Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Vaxtaşırı ( dövrü) suvarma



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə163/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   159   160   161   162   163   164   165   166   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Vaxtaşırı
(
dövrü) suvarma
üsulunda çəltik becərərkən torpağın nəmliyi suvarma yolu ilə 
səpindən cücərtilər alınana qədər 65-70% sonra isə 75-80% həddində saxlanılır. Sahəyə 15 dəfəyə 
qədər su verilir. Nəmləndirmədə yağış yağdıran aqreqatlardan istifadə edildikdə səmərəli olur. Bu 
üsulda hektara 8-10 min m
3
az su sərfi edilir. Bu üsul əlverişli hesab olunmur.
Zərərvericilərə qarşı kompleks mübarizə məqsədilə çəltik əkinlərinə hektara 0,5- 0,75 kq 
metafos (40 %-li) çilənir. Zəmilərdə suluf (toyuq darısı) çoxalıbsa su örtüyü 25 sm-ə çatdırılır. 
Sulufun yarpaqları qonurlaşdıqda su örtüyü azaldılır. İkiləpəli alaqlara qarşı su vasitəsi ilə mübarizə 
aparılır, yəni ləklərdə suyun səviyyəsi qaldırılır, enli yarpaq və bataqlıq alaqlarına qarşı hektara 1,2-
1,4 kq 43%-li 2,4-D-nin butil efiri çilənir. Toyuq darısına qarşı 1-4 yarpaq fazasında 30%-li 
propanid (16,7-30 kq/ha) çilənir (ləkdən su boşaldıqdan sonra). Bu iş adətən kollanma fazasında 
aparılır. Alaqlar məhv edildikdən 2-5 gün sonra ləklərdə su örtüyü bərpa edilir (10-12 sm). 
Ləklərdən suyun 5-7 gün qurudulması alaqlara qarşı yaxşı mübarizə tədbiridir. 
Məhsulun yığılması. 
Yığımın başlanması süpürgədə dənlərin yetişməsi ilə müəyyən edilir. 
Yetişkənliyin xarici əlaməti dənmeyvənin pərdəsinin (örtük) yaşıl rənginin itirilməsinə xidmət edir. 
Çəltiyin yığımına süpürgədə yetişmiş sünbülcüklərin miqdarı 85-90%, dəndə nəmlik 23%-dən aşağı 
olduqda başlanılır.
Budaqlar və yarpaqlar sünbülcüklər yetişdikdən sonra süpürgələr yaşıl rənglərini və yüksək 
nəmliklərini saxlamaqla vegetasiyalarını yenə də uzun müddət davam etdirirlər, demək olar ki, bu 
atmosfer çöküntülərindən və torpaq nəmliyinin dəyişməsindən asılı deyildir. Belə hallar yığım 
zamanı çətinliklərə gətirib çıxarır. Çəltik gövdəsindəki nəmlik tarlada dənə dolma zamanı və 
yığımdan sonra 20-30 gün müddətində 65-75% həddində saxlanılır, ancaq süpürgədə dənin nəmliyi 
yığımın başlanğıcında 26-30 və tədricən 16-20%-ə qədər aşağı enə bilər.
Nəmliyin aşağı salınması üçün çəltiyin kökü üzərində saxlanılması məqsədə uyğun deyildir, 
belə ki, bu zaman dənin tökülməsi hesabına itki çox olur, məhsul yığımı isə payız yağışları dövrü ilə 
üst-üstə düşə bilər.
Məhsul yığımı digər taxıl bitkilərindən fərqlənir. Sahə düzgün qurudulmalıdır. Məhsul 
yığımına 10 gün qalmış sahəyə suyun verilməsi dayandırılır və tədricən su sahədən kənarlaşdırılır. 
Çəltiyin dənləri süpürgənin nəhayətindən əsasına doğru tədricən yetişir. Süpürgənin orta 
hissəsindəki dənlər tam yetişmə fazasında olduqda yığım aparılır. Çəltik hissə-hissə yığılır. JNU-4 
markalı aqreqatla 15-20 sm hündürlüyündə biçilib tirələrə yığılır. Əgər süpürgələr yaxud bitkilər 


163 
tam əyilmiş olduqda biçinin hündürlüyü 5-8 sm qısaldılır. Biçilmiş çəltik 3-5 gündən sonra nəmlik 
15-16%-ə endikdə xüsusi kombaynla döyülür. Çəltik döyülən kimi təmizləmə aqreqatından 
keçirilərək qurudulur. Qurudulma təbii şəraitdə açıq meydançalarda yaxud çardaq altında 10-15 sm 
qalınlıqda sərilməklə həyata keçirilir. Daha keyfiyyətli çəltik süni qurudulma üsulundan əldə edilir. 
Yeni yığılaraq təmizlənmiş (emal edilmiş) çəltik dənləri yüksək kimyəvi aktivliyi ilə fərqlənir. Ona 
görə də onu 14,5%-dən yüksək olmayan nəmlikdə saxlamaq mümkündür. 
Hissə-hissə yığım səmərəli olmadıqda birbaşa yığım tətbiq edilir. Birbaşa yığım aparmaq 
üçün hektara 25-50 kq maqnezium xloratı 150 litr suda həll edərək tarlada çiləmə aparılır 
(desikasiya). 
Toxumluq sahələrdə toxumun zədələnməməsi üçün deka və barabanlar arası məsafəni 10-12 
mm-ə qədər artırıb barabanın dövrlər sayını 500-600 dövr/dəq. qədər azaldıb birbaşa yığım aparılır. 
Bu zaman iri dənlər yığılır. Tirələrə sərilən küləş 2-ci dəfə adi rejimdə (1000 dövr/dəq. və birbaşa 
baraban arası məsafəni 4-5 mm qoymaqla) döyülməklə xırda dənləri yığılır.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin