Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə166/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   162   163   164   165   166   167   168   169   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Sorqhum sernum Host.
– alçaq 
boyludur- dənlikdir.
2.
Kaffer – 
Sorqhum 
caffrorum Beauv. 
– 
yem üçündür.
3.
Durra- 
Sorqhum 
durra
Forsk. 
– 
ortaboylu, dənlikdir.
4.
Qaolyan-
çin
sorqosu- 
Sorqhum 
chinense
Jakushev. 
– hündürboy, dənlikdir.
5.
Sudan otu – 
Sorqhum 
sudanence
Stapf. 
– 
birillik yem otudur. 
6.
Qvineya sorosu-
Sorqhum guineense 
Stapf.
– Qvineyada becərilir.
Sorqonu istifadəsinə görə üç qrupa bölürlər. 
Dənlik sorqo
– alçaqboylu, zəif kollanan, gövdəsinin buğumaraları yarpaq qınından qısa, 
özəyi quru, yaxud yarımşirəli, azacıq şirin, bəzi hallarda isə bir az turş dadır. Dənləri çılpaq və ya 
pulcuqlarından çox asan təmizlənir. Əsasən dən üçün becərilir. Süd-mum yetişkənlik fazasında 
yığdıqda yaxşı keyfiyyətli silos hazırlanır. 
Şəkərli sorqo
– hündürlüyü 3-3,5 metr, yaxşı kollanan, özəyi şirin və şirəlidir. Dənləri örtülü 
və acı dadlıdır, gövdəsindən şirə alınır. Ən yaxşı silosluq bitkidir. 
Süpürgəlik sorqo
– hündürboylu, yaxşı kollanan, quru özəkli, süpürgəsi uzun (50-90 sm), 
dənləri örtülü çətin təmizlənən olub süpürgə və yem üçün istifadə edilir. Bir çox sortları vardır. 
Bunlardan daha əhəmiyyətliləri Kuban kəhrəbası, qırmızı kəhrəba və Çin kəhrəbasıdır. 
Bioloji xüsusiyyətləri. 
İkinci qrup dənli taxıl bitkiləri içərisində sorqo quraqlığa ən davamlı 
bitkidir. O torpaq və hava quraqlığına yaxşı dözür. 30-35 
0
C temperaturda yaxşı boy ataraq inkişaf 
edir. Toxumun cücərməsi üçün minimum 8-10 
0
C, optimum 15-20 
0
C, maksimum 25-30 
0
C istilik 
tələb edir. Cücərtilər -2-3
0
C şaxtada məhv olur. Dənli taxıl bitkiləri içərisində yüksək temperatura 
Şəkil 12. Sorqonun süpürgələri
: 1 – asılan 
süpürgəli (əsas oxu qısalmış); 2 - asılan süpürgəli 
(əsas oxu uzun budaqları dağınıq); 3 – kip 
süpürgəli (əsas oxu və gövdəsi düz); 4 - kip 
süpürgəli (gövdəsi və süpürgəsi əyilmiş). 


165 
(40 
0
C) və quraqlığa daha çox davamlı bitki kimi tanınır. Transpirasiya əmsalı orta hesabla 200-ə 
bərabərdir. Çiçəkləmə üçün minimal temperatur 14-15 
0
C, yetişmə 10-12 
0
C, vegetasiya 
müddətində isə effektli temperaturun cəmi 2250-2500 
0
C-dir. Sorqo işıqsevən qısa gün bitkisidir. 
Toxumun cücərməsi üçün öz kütləsinin 40%-i qədər nəmlik qəbul etməlidir. Bütün ikinci 
qrup dənli taxıl bitkiləri kimi sorqo başlanğıcda tədricən inkişaf edir və tarlanın zibillənməsindən 
güclü əziyyət çəkir. Orta müddətdə yetişən sorqonun cücərtiləri (çıxışlar) səpindən 10-15 gün sonra 
əmələ gəlir, ancaq kollanma isə 25-30 gündən sonra başlayır. Boruya çıxma fazası 40-50 gün 
keçdikdən sonra, lakin süpürgələmə çıxışlardan 55-65 gün sonra qeydə alınır. Çiçəkləmə 
süpürgələmədən 5-6 gün sonra başlayır. Bitkinin vegetasiya dövrü yetişmə müddətləri müxtəlif olan 
sortlarda 90-145 gün arasında dəyişir. Quraqlığa davamlı olmasına baxmayaraq sorqo bitkisi 
suvarmaya yaxşı reaksiya göstərir. İsti və rütubətli şəraitdə ildə 2-3 biçim verir ki, bu da 
heyvandarlığın yem bazasının möhkəmləndirilməsində böyük rol oynayır.
Qarğıdalı bitkisinə nisbətən torpağa az tələbkardır. Onu yüngül qumlu, gilli və nisbətən 
şoranlaşmış torpaqlarda da becərmək mümkündür. Bu bitkinin çatışmayan cəhəti yaşıl halda 
gövdəsində, yarpaqlarında az miqdarda sianid (sinil) turşusunun olmasıdır. Gövdələşmə fazasında 
hər kq-da 100-226 mq, süpürgələmədə 60-90 mq dənin süd-mum yetişmə fazasında isə cəmi 2 mq 
sianid turşusu olur. Yaşıl kütləsi soluxdurulduqda və qurudulduqda tərkibində sianid (sinil) turşusu 
azalır. Quru otunda sianid turşusu yox dərəcəsindədir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin