Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə171/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   167   168   169   170   171   172   173   174   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
Bitkinin tarixi. 
Darı buğda kimi qədim bitkidir. Bizim eradan 4-5 min il əvvəl becərilib. N. 
M.Vavilova görə vətəni Şərqi və Mərkəzi Asiya ölkələridir. Avropaya köçəri xalqlar tərəfindən 
gətirilmişdir. Gürcüstan ərazisində 2 min il bundan əvvəl becərildiyi müəyyən edilmişdir. 
Yayılması və məhsuldarlığı.
Darı bitkisi əkin sahəsinə və məhsuldarlığına görə dünyada 
axırıncı yerlərdən birini tutur (d.t.b. içərisində). Dünya miqyasında əkin sahəsi 45 mln. hektara 
yaxındır. Orta məhsuldarlığı dünya üzrə hektardan 7 sentnerə çatır. Əkin sahəsi Asiyada 24 mln., 
Afrikada isə 17 mln. hektara yaxındır. Qazaxıstan, Ukrayna, Rusiyanın Mərkəzi qaratorpaq 
bölgələrində və Şimali Qafqazda becərilir. Yaxşı aqrotexnika tətbiq etməklə hektardan 20-35 
sentner dən məhsulu götürən təsərrüfatlar çoxdur. 
Darı bitkisinin hər bir kolu optimal becərmə şəraitində payızlıq buğdadan 4-5 dəfə çox dən 
verə bilir. Buğdanın hər bir sünbülündən 2-3 qram dən alındığı halda, hər bir darı kolu 10-15 qram 
dən verə bilir. Yaxud darı kolu 3-5 min ədəd dən verdiyi halda, buğda kolu 60-80 ədəd dən verir.
Botaniki təsviri. 
Darı 
Panicum
cinsinə aiddir, 400 növü vardır. Əsas əhəmiyyətə malik olanı 
iki növdür.
Adi darı - 
Panicum miliaceum
Otluq darı (İtaliya darısı) - 
Panicum italicum
Adi darı ən geniş yayılan və istifadə olunandır. Saçaqlı kök sisteminə aiddir. Rüşeym kökü bir 
ədəddir. Kökü topağın 1,5 m dərinliyinə, ətrafa isə 1 m-ə qədər yayılır. Kök kütləsinin 80%-i 
torpağın 40 sm-lik qatında yerləşir. Torpağın üst qatı quruduqda düyün kökləri əmələ gəlmir və 
bitki rüşeym kökünün hesabına inkişaf edir. Torpağın nəmliyi normal olduğu zaman aşağı yeraltı 
düyünlərdən (buğum) çoxlu əlavə köklər əmələ gəlir. Bu köklərin əmələ gəlməsi 2-ci yarpaq əmələ 
gəldikdən və 15-20 gün keçdikdən sonra 40 sm dərinliyə işləyərək saçaqlı kök sistemi formalaşır. 
Kök sisteminin daha fəal inkişaf dövrü kollanmanın ikinci yarısı və süpürgələmənin başlanğıcıdır. 
Darı yatmağa və quraqlığa qarşı davamlılığını yüksəldən hava kökləri də əmələ gətirir.


168 
Bitkinin hündürlüyü becərmə şəraitindən, qidalanmasından və sortun xüsusiyyətindən asılı 
olaraq 70-100 sm, hətta 150 sm-ə çata bilir. Gövdəsi düz, sadə və budaqlanan içərisi boş, səthi 
tüklüdür. Buğumaralarının miqdarı 2-10 arasında dəyişir. Cərgəarası becərmədə darı 2-3 süpürgəli 
gövdə əmələ gətirir. Qeyri-məhdud qidalanma sahəsində darı 20 ədədə qədər gövdə (budaq) əmələ 
gətirə bilər. Bir bitkidə 2-5, 15-20 gövdə əmələ gəlir. Kollanma əmsalı orta hesabla 2-3-dür. Bəzən 
bir kol 7-8 gövdə əmələ gətirir. 
Yarpaqları arpa, buğda və vələmir yarpağına nisbətən enlidir. Yarpaq ayasının səthi tüklü, 
əsas damarı kəskin inkişaf etmişdir. Qulaqcıqları olmur, dilçəsi enli və kirpiklidir. Bir sıra 
növmüxtəlifliklərində yarpaqlar və çiçək qrupu bənövşəyi-antosian rənginə boyanır. Darının 
yarpağında digər dənli taxıl bitkiləri ilə müqayisədə parenxim, sklerenxim, xlorofil daşıyan damarlı-
lifli toxumalar dəstəsi yaxşı inkişaf etmişdir. Ağızcıqları xırda və seyrəkdir, ona görə də nəmliyi 
qənaətlə sərf edir.
Çiçək 
qrupu 
15-50 
sm 
uzunluğunda, yaşıl və açıq-sarı rəngli 
tüksüz süpürgədir. Süpürgənin əsas oxu 
yaxşı şaxələnərək düz yaxud əyilmiş (10-
40 ədəd) budaq əmələ gətirir. Yarımnöv 
əlaməti 
olaraq 
süpürgənin 
yan 
budaqlarının əsasında (oxa birləşdiyi 
yerdə) yastıq adlanan xırda şiş olur. 
Sünbülcükləri budaqcıqların üzərində 
bir-bir yerləşir. Sünbülcük pulcuqları üç 
ədəd olur ki, onlardan biri xırda üçbucaq 
formalı 
olmaqla 
sünbülcüyün 
ən 
xaricində yerləşir, ikisi iri və qabarıq 
olduğu 
üçün 
sünbülcüyün 
digər 
hissələrini tam əhatə edir. Sünbülcüyü 
bir-iki çiçəklidir. Çiçəklərindən biri 
saplaqlı, ikicinsli və məhsuldar, digəri 
oturaq, bircinsli və məhsulsuzdur.
Meyvəsi pərdəli dənmeyvədir. 
Örtüklü 
dəni 
oval, 
oval-uzunsov, 
kürəşəkilli və xırdadır. 1000 ədəd dənin 
kütləsi 3-10 qramdır. Nüvəsi sarımtıl və 
sarı rənglidir. 
Adi darı süpürgəsinin formasına, 
sıxlığına və yan budaqların əsas oxdan 
ayrılma dərəcəsinə görə beş yarımnövə 
bölünür

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin