159
üçün istifadə edilmir. Çəltiyin becərilməsi üçün istifadə edilən torpaqlar
suyu özündə saxlamaqla
bərabər humus və qidalı maddələrlə zəngin olmalıdır.
Çəltik qida maddələrinə çox tələb göstərən bitkidir. Onun məhsuldarlığı torpaqda kifayət
qədər qidalı maddələrin olmasından çox asılıdır. Sortun xüsusiyyətindən,
torpaq-iqlim şəraitindən
və tətbiq edilən becərilmə texnologiyasından asılı olaraq aldığı qida maddələrinin miqdarı artıb-
azala bilər. Bu bitki vegetasiya müddəti ərzində istifadə etdiyi qida elementlərinin çoxunu (70-80%)
kollanma-çiçəkləmə fazaları arasında istifadə edir. Sonra qida maddələrinə tələbat azalır.
Çəltik çay vadilərinin lilli torpaqlarında daha yüksək məhsul verir. Ağır qranulometrik
tərkibli, su saxlama qabiliyyəti yüksək olan zəif turş mühitli (pH=5,0-6,6) torpaqlarda bitki yaxşı
inkişaf edir. B. A. Neunılovanın məlumatlarına görə çəltik toxumları oksigen az olan mühitdə
cücərə bilir. Çıxışdan sonra kökü oksigenlə təmin edən aereanxim hüceyrələrin hesabına
inkişaf
davam edir.
Dostları ilə paylaş: