Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Azot gübrəsinin normasından asılı olaraq əlverişli simbioz şəraitinda paxlalı bitkilərin



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə21/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   17   18   19   20   21   22   23   24   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Azot gübrəsinin normasından asılı olaraq əlverişli simbioz şəraitinda paxlalı bitkilərin 
məhsuldarlığı (ton/ha)
Bitkilər
Azotsuz
Azotun norması, kq/ha 
HCP
*
05 
70 - 165 
200 - 370 
Noxud 

2,92 
2,64 
0,37 
Yem paxlası 
3,1 
2,7 

0,61 
Ensiz yarpaq lüpin 
2,61 
2,76 
2,83 
0,33 
Lobya 
2,69 
2,91 
2,96 
0,23 
Yonca (quru ot) 
12,2 
12 
13,7 
1,3 
Çəmən üçyarpağı (quru ot) 
10,2 
10,1 
9,5 
0,9 
HCP
*
05 
– 5% əhəmiyyətli dərəcə zamanı ən kiçik zəruri fərq
Əgər bir hektara 30 kq azot verilərsə toxum məhsuluna əhəmiyyətli təsir etmək 
mümkündürmü? Simbiozun tam olmaması sayəsində bəzi hallarda toxumun məhsul artımı 0,15-
0,25 ton təşkil edir. Start azotun istifadə əmsalı 30-40%, və ya bitki 9-12 kq azot mənimsəyir, 100 
kq dənli-paxlalılar orta hesabla 6 kq azot aparır, ona görə də simbioz olmadıqda belə məhsul artımı 
mümkündür. Əgər yumurcuqlar əmələ gəlirsə, o vaxt start azotu onların əmələ gəlməsini 6-10 gün 
gecikdirir, hələ də verilmiş azot bitki tərəfindən istifadə olunmur və torpaq tərəfindən təsbit edilir. 
Nə vaxt ki, mineral azot qurtarır, ancaq yenə də yumrular əmələ gəlmir və hava azotu təsbit 
olunmur. Böyümədə tənəzzül (depressiya) başlayır, hansı ki bəzən vegetasiyanın sonuna qədər 
saxlanılır. Məhsul bu zaman artmır, lakin bəzi hallarda hətta bir qədər az və daha pis keyfiyyətli 
olur. Bir çox ölkələrin alimləri belə bir nəticəyə gəliblər ki, dənli-paxlalı bitkilər altına azot 
gübrəsinin verilməsi nəinki faydasızdır, həm də təhlükəlidir. Bu nəticə azotun aşağı normasında 
simbiozun əlverişli şəraiti üçün inandırıcıdır.
Nə vaxt ki simbioz getmir və yaxud proses zəifləyir, bu halda dənli-paxlalı bitkilərdən orta 
məhsul (1,5-2,0 ton/ha) əldə etmək üçün hektara 100-150 kq azot gübrəsinin verilməsi məqsədə 
uyğundur. Azot normasını hektara 200 kq-a qədər artırdıqda toxum məhsulu bir qədər artır, ancaq 
gübrə xərcinin ödənilməsi aşağı düşür. Nəmlik çatışmadıqda azot gübrəsi bitki tərəfindən istifadə 
olunmur, onlar torpaq məhlulunun qatılığını daha çox yüksəldir və fizioloji quraqlıq sürətlə 
başlayır. Bu halda məhsul artmır, lakin daha tez aşağı enir.
Bu yenə də onu deyir ki, dənli-paxlalı bitkilərin mineral tipli azot gübrələri ilə qidalanması 
məhsuldarlığı artırmaq üçün etibarsız və baha üsuldur. Hər bir halda bu qrup bitkilərdən yüksək 


23 
məhsul götürmək məqsədilə azotla simbiotrof qidalanma üçün əlverişli şəraitin yaradılması 
zəruridir.
Yazda və hər biçindən sonra hektara 60-100 kq mineral azotla çoxillik paxlalı otların 
yemləndirilməsi qışlamış yumurcuqlarda lehemoqlobinin miqdarının aşağı enməsinə, yazda yeni 
əmələ gələn yumurcuqların gecikməsinə və hətta qışlamadan çıxmış yumurcuqların məhv olmasına 
səbəb olur. Bitki azotla mineral tip qidalanmaya keçir. Lakin, qönçələmə fazasında nə vaxt ki 
mineral azot biçin qabağı tükənir, bitki qısa müddətdə fəal simbiotik aparatı formalaşdırır və eləcə 
də yumrularda lehemoqlobinin miqdarı mineral azotun verilməməsindəki kimi olur. Biçindən sonra 
azotla yemləmə bir daha məcbur edir ki, bitki simbiotik aparatı azaltsın. Yaşıl kütlə məhsulu azotla 
avtotrof və simbiotrof tip qidalanma zamanı praktiki olaraq eyni olur.
Paxlalı bitkilərin becərilməsi praktikasında bitkinin müştərək təsbit edilmiş hava azotu ilə 
təmin edilməsi üçün nəzarət etmə və proqnozlaşdırmanı bilmək olduqca vacibdir. Müxtəlif ekoloji 
şəraitlər üçün proqnozlaşdırma meyarı spesifiklikdir.
Əgər tarlada pH
duz
bitkinin bioloji tələbatına uyğundursa, torpağın nəmliyi optimal səviyyədə 
saxlanılırsa, torpaq fosfor və kaliumla kifayət qədər təmin olunursa yaxud ona fosfor-kalium 
gübrələri və mikroelementlərin verilməsi optimal səviyyədədirsə, torpaqda fəal spontan (yerli) fır 
bakteriyaları varsa, yaxud toxumlar virulent, fəal və spesifik ştamlar ilə yoluxdurularsa, onda belə 
halda azotun maksimal təsbit olunması və bitkinin hava azotunu mənimsəməsi hesabına yüksək 
məhsuldarlığın alınması (quru üçyarpaq otu hektardan 12 ton, yonca 15-18, noxud və lobya toxumu 
3,0-3,5, yem paxlası 5 tona qədər) mümkündür. Tənzimlənməyən nəmlik zamanı simbiozun fəallığı 
ilin meteoroloji şəraitindən asılı olacaq.
Əgər hər hansı amil əlverişsiz parametrə malikdirsə, hava azotu zəif təsbit olunacaq yaxud 
tamamilə təsbit olunmayacaqdır.
Vegetasiya müddətində proqnozun düzgünlüyünə nəzarət etmək çətin deyil. Əgər dənli-
paxlalı bitkilərdə çıxışlar (cücərtilər) alındıqdan 20-25 gün sonra çəhrayı rəngli yumurcuqlar əmələ 
gələrsə, o vaxt hava azotunun təsbit olunması normal keçir. Çiçəkləmə fazasında lehemoqlobinin 
miqdarının daha çox olduğunu 40-60 bitki üzərində tarlada aparılan vizual (görülən) analizlər 
simbiozun fəallığı barədə təsəvvür verə bilər. Bunun üçün tarlanın müxtəlif yerlərindən bitkini 10-
15 sm dərinlikdə qazaraq (fəal yumurcuqların 80-90%-i torpağın 10 sm-lik qatında yerləşir) 
ehtiyatla torpaqdan ayrılır (üzərində yumurcuqlar olan kök yuyulur) və yumurcuqlar təhlil (analiz) 
edilir. İri çəhrayı yaxud qırmızı yumurcuqlar azotun fəal təsbit olunmasını və bitkinin azotla yaxşı 
təminatını sübut edir. Əgər yumurcuqlar yoxdursa yaxud onlar boz və ya yaşıl rənglidirsə 
(lehemoqlobinsiz), onda plastik kütlə toxuma axan zaman bitki azot aclığını daha çox hiss edəcək. 
Bu halda gencərgəli əkinlərdə torpağın normal nəmlik şəraiti zamanı azotla yemləmə aparılması 
məqsədə uyğundur. Oxşar nəzarət çoxillik paxlalı bitkilərdə həyata keçirilir. 
Beləliklə, simbiotik
aparatın fəallığı və formalaşması prosesinə nəzarət etməklə aqronom 
təkcə paxlalıların azotla təmin olunmasını düzgün təsəvvür etməklə, bitkinin qidalanmasına və 
məhsuldarlığın formalaşmasına fəal müdaxilə edə bilər. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin