Mühazirə müəllimi: Dos. H. H. Həsənov



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə3/157
tarix10.12.2023
ölçüsü2,21 Mb.
#139539
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   157
Maliyyə Və Kredit

KitabYurdu.az 
3


Mübadilənin inkişafının uzun tarixi prosesinin nəticəsində kortəbii olaraq digər 
əmtəələrdən ayrılmaqla meydana gələn pul-əmtəə təbiətini saxlamaqla davam edir. O, 
spesifik, ictimai funksiyanı – bütün başqa əmtəələrin dəyərini ifadə etmək vəzifəsini 
yerinə yetirməyə, bazarda əmtəələrin mübadiləsi zamanı vasitəçi və bununla da ümumi 
ekvivalent rolunu oynamağa başlayır. 
Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə, 
bir tərəfdən, əmtəə istehsalı və mübadiləsinin inkişafı, digər tərəfdən, quldarlıq 
dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması 
nəticəsində meydana çıxmışdır. Ilk qızıl sikkələr bizim eramızdan əvvəl VII əsrdə 
meydana gəlmişdir. Birinci olaraq sikkədə öz əksini təsvir edən Makedoniyalı Isgəndər 
olmuşdur. Qeyd etmək lazımdır ki, uzun dövr ərzində sikkələrin adları onların çəki 
mənşəli olduğu vaxtları xatırladır. Hansı ki, metallar pul formasında yox, çəki üzrə 
tədavül edirdilər. Məsələn keçmişdə funt-sterlinq həqiqətən də bir funt gümüşə bərabər 
idi.
Pul həcmi istehsal münasibətlərinin mühüm həlqəsidir. Pul və əmtəə ümumi 
mənşəyə, təbii əsasa malikdirlər. Lakin onların təbiətində fərqləndirici cəhətlər 
mövcuddur. Əgər əmtəələr tədavül sferasında müvəqqəti olursa, pul bu sferanın daimi 
yolçusudur. Əmtəə mübadiləsinin kortəbii inkişafı prosesində meydana gələn pul, əmtəə 
olaraq qalmaqda davam edir. Lakin bu əmtəə ona xas olan spesifik xüsusiyyətlərlə sair 
əmtəələr kütləsindən fərqlənir. Xüsusi əmtəə olan pul əmtəəsi əlavə istehlak dəyərinə 
malikdir. Əmtəə aləmindən pulun ayrılması ona gətirib çıxarır ki, pul spesifik ictimai 
funksiyanı – bazarda əmtəələrin mübadiləsində vasitəçilik vəzifəsini yerinə yetirməyə 
başlayır. Pulun ictimai faydalılığı onunla səciyyələnir ki, o, istehsalçı ilə istehlakçı 
arasında əmtəələrin hərəkətini müşayiət edərək, fərdi kapitalların tədavülünə xidmət 
edir. Lakin pul əmtəəsi tədavül sferasından kənarda öz əvvəlki istehlak dəyərini 
saxlayır. Bununla əlaqədar pul münasibətlərinin daşıyıcısı eyni zamanda iki istehlak 
dəyərinə – əmtəə kimi pul əmtəəsinin istehlak dəyərinə və pul sifətində çıxış edən pul 

Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin