Qara ciyər xəstəlikləri
664) Qara ciyərin portal sirrozu adətən aşağıda göstərilən hansı xəstəlikdən sonra inkişaf edə bilər?
A) Xroniki alkoqolizm
B) Qara ciyərin massiv nekrozu
C) Qara ciyərin toksiki distrofiyası
D) Göbələklə zəhərlənmə
E) Viruslu hepatit - A
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
665) Etiologiyasından asılı olaraq aşağıda sirrozun hansı növü göstərilmişdir?
A) Qastro-enteral sirroz
B) Kriptogen sirroz
C) İridüyünlü sirroz
D) Portal sirroz
E) Xırdadüyünlü sirroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
666) Qara ciyərin portal sirrozunun əsas morfoloji əlamətləri hansılardır?
A) Yalançı paycıqlar biri-birindən qalın sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər zülal distrofiyası vəziyyətindədirlər
B) Yalançı paycıqlar biri-birindən müxtəlif qalınlıqlı sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər piy və zülal distrofiyası vəziyyətindədirlər
C) Hepatositlərdə parenximatoz zülal distrofiyası görünür
D) Yalançı paycıqlar biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmışlar. Qara ciyər toxumasında çoxlu miqdarda öd piqmenti toplantıları görünür
E) Yalançı paycıqlar biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmışlar. Hepatositlər piy distrofiyası vəziyyətindədirlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
667) Mikroskopik müayinə zamanı qara ciyərdə biri-birindən nazik sklerotik arakəsmələrlə ayrılmış yalançı paycıqlar görünür. Bu yalançı paycıqları təşkil edən hepatositlər piy distrofiyası vəziyyətindədirlər. Bu, hansı patologiyadır?
A) Xroniki aktiv hepatit
B) Qara ciyərin postnekrotik sirrozu
C) Qara ciyərin paycıqlı piy distrofiyası
D) Xroniki qeyri-aktiv hepatit
E) Qara ciyərin portal sirrozu
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |