Xəstəliklərin etiologiya və patogenezi .
Etiologiya – xəstəliyin yaranma səbəbi və şəraiti haqqında təlimdir . Xəstəliktörədici amillər ekzogen və endogen olmaqla iki qrupa bölünür :
Ekzogen :
Mexaniki b) fiziki c) kimyəvi ç) bioloji d) psixi e) ictimai f) ekoloji
Endogen :
Patoloji irsiyyət
Konstitusiya
Cinsiyyət
Yaş
Patoloji rekativlik
Xəsteliyin yaranmasına təsir göstərən şərait amilləri aşağıdakı qruplara bölünür :
Ekzogen :
Xəstəliyin inkişafını surətləndirən amillər :
Soyuqdəymə , yorğunluq , qidalanma pozulmaları .
Xəstəliyin yaranmasına mane olan amillər :
Keyfiyyətli qidalanma , əlverişli həyat tərzi , idmanla məşqul olma , sağlam həyat tərzi
Endogen :
Xəstəliyin yaranmasına şərait yaradan amillər
irsi meyllik , patoloji konstitusiya ( diatez ) , erkən uşaqlıq və qocalıq dövrləri və s.
Xəstəliyin yaranmasına mane olan amillər :
Orqanizm üçün əlverişli olan irsi – konstitusional amillər , növ immuniteti və s.
QEYD : Xəstəliyin yaranamsında səbəb mütləqdir , çünki xəstəliyin spesifikliyini müəy -yənləşdirir . Xəstəliyin gedişini törədici müəyyənləşdirir . Şərait amilləri mütləq sayılmır , yalnız yardımçı rol oynayır . Səbəbi əsas götürən təlim determinizm adlanır .
Dostları ilə paylaş: |