1.Tərbiyənin həyatla və əməklə əlaqələndirilməsi prinsipi
Həyat ən yaxşı tərbiyə məktəbidir. Ona görə də tərbiyənin həyat əlaqəsi mühüm prinsiplərdən biri sayılır. Gənc nəsli müsbət nümunələr, adət - ənənələr əsasında tərbiyə etmək çox vacib məsələlərdən biridir. Demokratik ruhlu gənclərin tərbiyə olunmasına bu gün böyük ehtiyac vardır. Bunun üçün onların ictimai – siyasi hadisələrlə tanışlığı, həmin hadisələrin həlli yollarının müəyyənləşdirilməsi və ona münasibətini bildirməsi imkanlarının yaradılması çox mühümdür. Bu imkanlar birdən-birə deyil, müxtəlif yollarla əldə edilir. Tərbiyənin həyatla əlaqəsi şagirdlər qarşısında böyük imkanlar açır. Keçirilən tədbirlər, aparılan ekskursiyalar, yarışlar, gecələr, olimpiadalar, gəzintilər şagirdləri mənəviyyatca zənginləşdirir, əxlaqca saflaşdırır, fiziki cəhətdən kamilləşdirir. Keçirilən hər bir tədbir şagirdləri həyat yaxınlaşdırır, əməyə maraq yaradır və ona hazırlayır, yaradıcılıq işlərinə istiqamətləndirir.
Dostları ilə paylaş: |