Zülmə dirəniş
İranın başqa bölgələrində olduğu kimi şah rejimi Azərbaycanda da tam və şəriksiz nəzarət qoymuşdu. Ancaq repressiya aparatı, yuxarıda deyildiyi kimi, 21 Azər hərəkatı və Milli hökuməti ləğvindən sonra burada özünü daha sərt, eyni zamanda üstüörtülü aparırdı. Yerli hakimiyyət orqanları Azərbaycandakı durum haqqında informasoyanın sızmasına imkan verməməyə, buradakı gerçəkliyi İran və dünya ictimaiyyətindən gizlətməyə borclu idi. Təsadüfi deyil ki, 1971-ci ildə Tehrandan gəlmiş müxbirlərin və yerli qəzet əməkdaşlarının Təbriz bələdiyyəsinin iclaslarında iştirakı belə yasaqlanmışdı.[63] Buna baxmayaraq, mətbuata sızan faktlar göstərirdi ki, gizli polis təşkilatı SAVAK-ın yerli bölmələri, polis və jandarmeriya Azərbaycanda daha sayıq və amansız işləyirdi. Bu barədə Ettelaat qəzetinin xəbəri diqqəti çəkir. Qəzet 10 fevral 1964-cü ildə hökumət komissiyasının iki üzvünün sərgüzəşti haqqında yazırdı. Onlar nəql edirdilər ki, “Təbrizin görməli yerlərinə baxarkən onları hardansa peyda olmuş rəsmi şəxslər tutaraq hərbi əsirlər kimi idarəyə apardılar. Orada vəziyyət bir qədər aydınlaşdı. Məlum oldu ki, idarədə iki nəfər naməlum və yad adamın fotoaparatla şəkil çəkməsindən xəbər tutunca, idarə rəisi öz adamlarını onların ardınca göndərib. Təhqiqat başlandı. Biz öz adımızı və sənətimizi bildirməyimizə baxmayaraq, kimliyimizi dəqiqləşdirməmiş bizi azad ertmədilər. Bizi nəhayət azad edəndə isə yol yoldaşımın çəkdiyi kadrları müsadirə etdilər.”
Müxtəlif sosial təbəqələrin Azərbaycandakı duruma, ümumiyyətlə Azərbaycan/Türk məsələsinə münasibəti eyni deyildi.
Tarixən elə gətirib ki, milli proseslərin yaranması və inkişafı mərhələsində Azərbaycandan olan yarımfeodallar və ticarət-komprador burjuaziyası mərkəzi hakimiyyət aparatında geniş təmsil olunub. Bu siniflərin nümayəndələri bəzən ən yüksək dövlət vəzifələri tutublar. II dünya savaşından sonrakı dövrdə absenteist yarımfeodalların əksəriyyəti Azərbaycanla nominal əlaqələri belə qırmış, ölkənin hakim dairələri ilə daha sıx birləşmişdilər. Bu təbəqənin nümayəndələri hakim monarxiyaya öz royallığını göstərmək üçün hər imkandan istifadə edirdilər. Nazir, senator, məclis deputatı, general, professor və başqalarının üzv olduğu “Tehranda yaşayan Azərbaycanlılar cəmiyyəti” (“Cəmaəte azərbaycaniyane moğime Tehran”) adlı təşkilat bu istiqamətdə xüsusi fəallıq göstərirdi.
Azərbaycanın iri ticarət və sənaye burjuaziyasının kapitalı getdikcə daha artıq “iranlaşırdı”. Ölkənin iri sənaye mərkəzlərində Azərbaycan mənşəli burjuaziya, yuxarıda deyildiyi kimi, olduqca mühüm mövqe tuturdu. Tehranda və ölkənin digər yerlərində Türk burjuaziyası dərinləşən kapitalizm şəraitində lazım gələndə ölkədəki Türklərin lideri kimi çıxış etmək üçün kifayət qədər güclü idi. Həmin vaxt onunla müqayisədə Azərbaycandakı burjuaziya xeyli zəif idi. Üstəlik, 60-70-ci illərdə yerli kapitalın Tehran və özəl xarici kapitalla qovuşması prosesi gedirdi. Həm də bu səbəbdən Azərbaycan burjuaziyası ümum-İran rəsmi, ya müxaluf ideologiyadan fərqli öz ideologiyasını yaratmadı. Azrbaycanın məzlum əhalisi arasında hətta müdafiə xarakterli millətçi cərəyanın olmaması qismən bununla izah edələ bilər.
Bürokratik burjuaziyanın yuxarı dairələrində, ordu və polisin ali komanda heyətində xeyli Türk vardı. Olduqca mühüm sosiaql qüvvəyə çevrilmiş bu təbəqələr şah sarayının tam tabeliyində və asılılığında idi. Bu sahələrdə “yüksəliş üçün yeganə yol assimilyasiyadan keçirdi.”[64] Onların əsas hissəsi əski zadəganlar və başqa hakim siniflər arasından seçilirdi. Bəlkə buna görə də onların milli məsələyə münasibəti iri burjuaziyanın və əski zadəgan silkinin mövqeyinə tam uyğun idi. Beləliklə, İrandakı Türklüyün milli hərəkatının fəal qüvvəsi ola biləcək yuxarı siniflərin və təbəqələrin sosial-iqtisadi mənafeyi, onların milli (millətçi) ideyalara deyil, pan-İranist ideyalara sədaqətini və güclü mərkəzəqaçan meylini şərtləndirirdi.
Öz xarakterinə və bəlli durumuna görə (onların əksəriyyəti Azərbaycandan kənarda idi) Türk aydınlarının xeyli hisəsi pan-İranizm ideyalarının yayılmasına maraqlı və meylli idi. Təsadüfi deyil ki, hakim ideologiyanın formalaşmasında Kəsrəvi, Rzazadə Şəfəq, Mahmud Əfşar kimi Türk mənşəli, ancaq Türklüyə nifrət etmiş adamlar oynamışlar. İrandakı Türk aydınlarının siyasi-milli əhval-ruhiyyəsinin özünəməxsus indikatoru onların öz milli tarixi, dili, mədəniyyətinin obyektiv elmi araşdırılmasına ehtiyatlı münasibətləri sayıla bilər. Burada onu da əlavə etmək gərəkdir ki, bu tipli araşdırmaları aparmaq və bu əsərləri çap etdirmək Pəhləvi İranında olduqca çətin idi. Ancaq belə əsərlər mövcud olsa idi, onları ölkənin özündə qeyri-leqal, ya xaricdə leqal şəkildə nəşr etdirmək mümkün olardı. Beləliklə, İrandakı Türk ziyalıları kiçik istisnalarla Azərbaycan/Türk milli hərəkatının ideologiyasını hazırlamaqdan uzaq idilər. Dünya təcrübəsindən bəllidir ki, bu missiyanı milli hərəkatın sıralarında olan milli aydınlar zümrəsi yerinə yetirir.[65]
Türk aydınlarının siyasi cəhətdən daha fəal hissəsi Milli Cəbhəyə, yaxud da dini müxalifətə yaxın idi. Milli Cəbhə siyasi proqramında özünü milli azadlıq hərəkatlarının, özəlliklə Yaxın və orta Şərqdəki hərəkatların tərəfdarı kimi qələmə verməsinə baxmayaraq, iranın çoxmillətli tərkibə malik olması gerçəkliyini, uyğun olaraq İran dövləti çərçivəsində milli muxtariyyət tələblərinin mümkünlüyünü belə qəbul etmirdi. İranın yeni tarixinin çeşidli dövrlərində İrandakı Fars olmayan bəzi xalqların milli muxtariyyət uğrunda apardıqları mübarizə, özəlliklə 1945-46-cı illərdə Azərbaycan və Kürdüstandakı hərəkatlar qonşu dövlətlərin əməlləri kimi qiymətləndirilirdi.[66]
Sıralarında Türklərin sayının az olmadığı din xadimlərinə gəlincə, onlar İranın Müsəlman əhalisini bölünməz bir bütün olaraq qəbul edirdilər: “Millət” (“xalq”) anlayışı onların yozumana görə etnik birlik deyil, konfessionel (dini) birlik idi. Ruhaniyyətə yaxın olan sağ terrorçu “Fədaine-İslam” (İslam döyüşçüləri) təşkilatı ifrat şovinist mövqedə durur, “İran millətinin müstəsnalığını” və İranın bölgədə xüsusi rəhbər rolunu təbliğ edirdi. Başqa bir təşkilat – “Hezbe melləte Eslam” (İslam millətinin partiyası) da fəal şəkildə Şiəliyi, dolayısı ilə pan-İranizm ideyalarını təbliğ edirdi. Şah rejiminə müxalif fikir adamları arasında Əli Şəriətinin (1932-1976) əsərləri inanılmaz populyarlıq qazanmaqda idi. Məşhəddə ənənəvi ailənin və mühitin yetirməsi olan Şəriəti Sorbonda təhsil görmüş, Qərb metodları ilə ənənəvi İran dəyərlərini çağdaşlaşdırmış, İran/Fars millətçiliyinin simvollarından olan Şiəliyə qayıdışı təbliğ etmişdir. Onun Özünəqayıdış (“Bazgəşt be xiştən”) konseptinin özəyində də məhz Şiəliyə qayıdışa çağırış durur.[67]
Fədai və Mücahid təşkilatlarının milli məsələyə münasibəti özlüyündə xüsusi maraq doğurur. Bu təşkilatların Azərbaycanda yerli qrupları 60-cı illərin ortalarında tələbələrin, orta təbəqədən olan aydınların və xırda burjuaziyanın sırasındn çıxmışdı.
Təbrizdə Fədailər qrupu 1965-ci ildə yaradıldı. Onun tərkibinə Bəhruz Dehqani, Əşrəf Dehqani və Əlirza Nabdil daxil idilər. Bəhruz Dehqani (1971-ci ildə həlak oldu) və onun kiçik bacısı Əşrəf kasıb Türk ailəsində doğulmuş, kənd məktəblərində müəllimlik etmişdilər. Onların atası 40-cı illərdə Tudənin fəal üzvlərindən olmuşdur. Əlirza Nabdil Tehran Universitetində ədəbiyyat oxumuş, sonra isə orta məktəbdə dərs demişdi. Onun da atası 40-cı illərdə Tudə və Demokrat Firqəsinin fəal üzvü olmuşdur. Mücahidlər qrupunun təşkilatlanmasında Azərbaycandan olan gənclər Məhəmməd Hənifnejad, M.Əsğərzadə, M. Bazarqani və A. Mihəndust-Hənifnejad fəal rol oynamışlar.[68]
[1] Der Aufstieg des İran sur Wirtsehafttsmacht und die entwicking der Iranisch-Sowjetischen injiehungen, Austenpolitik und Zeitgeschichte, 1975, no 12, s. 1-28.
[2] İran Almanac and Book of Facts 1961, Teheran, (n.a.), p.14; M.Keyhan, Coğrafiyaye mofəssəle İran, c.3, Tehran, 1311, s. 39; Burs, 30 oktyabr 1977, 24 sentyabr 1978.
[3] Burs, 3 fevral 1974; Ettelaat, 22 oktyabr 1977.
[4] Rahnəmaye məaden və karqahhaye bozorge sənətiye İran dər sale 1342, celde əvvəl, Tehran, 1965, s. 1-16.
[5] Salnameye amariye keşvəre sale 1347, Tehran, 1968, s. 5.
[6] Amarnameye ostane Azerbaycane Qərbi, Tehran, 1978, s.60; Amarnameye ostane Azerbaycane Şərqi, Tehran, 1979, s.66; Amarnameye ostane Zəncan, Tehran, 1978, s. 44.
[7] Qozareşe touseeye sənaye və məaden.Pərvanehaye təsis və bəhrebərdarihaye nimeye sale 1350, Tehran, 1351, s. 79.
[8] В.П.Цуканов, Территориальные сдвиги в обрабатывающей промышленности Ирана в период ломки колониальной структуры народного хозяйства, Иран. Проблемы экономического и социального развития, с. 181.
[9] Iran Almanac and Book of Facts 1974, Teheran:Plan Organization, (n.a.), p. 247.
[10] В.П.Цуканов, Территориальные сдвиги в обрабатывающей промышленности Ирана в период ломки колониальной структуры народного хозяйства, c. 201.
[11] Yenə orada, s. 495.
[12] Н. Мамедова, Концентрация производства и капитала в Иране в 60-70-е годы, Москва: Наука, 1982, с. 8-9.
[13] Yenə orada.
[14] Keyhan, 24 yanvar 1973.
[15] Tehrane Ekonomist, 2 oktyabr 1971.
[16] Yenə orada, 20 fevral 1959.
[17] Statistical Handbook of İran, vol. 2, Teheran, 1966, p. 149.
[18]Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının jurnalı), 5 noyabr 1965.
[19] Yenə orada, 24 may 1967.
[20]Keyhan, 24 yanvar 1973.
[21] R.E.Looney, The Economic Development of İran. A Recent Survey üith Projections to 1981, New York etc, 1973, p. 143.
[22]Baxın: Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 46-48.
[23] İran Almanac and Book of Facts 1967, Teheran, (n.a.), p. 314.
[24] Keyhan, 13 iyul 1965.
[25] Amarnameye ostane Azərbaycane - Qərbi, Tehran, 1978, s.70; Amarnameye ostane Azərbaycane – Şərqi, Tehran, 1979, s. 75; Amarnameye ostane Zəncan, Tehran, 1978, s. 75.
[26] М. Иванов, Иран в 60-70-х годах ХХ века, Москва: Наука, 1977, с. 68.
[27] Amarnameye ostane Azərbaycane – Şərqi, Tehran, 1979, s. 78.
[28] Ettelaat, 28.08.1949.
[29] Səməd Bayramzadə, İran hakim dairələrinin Cənubi Azərbaycan maarifi və mədəniyyəti sahəsindəki siyasəti (1947-1978-ci illər), Şövkət Tağıyeva (məsul redaktor), Cənubi Azərbaycan tarixi məsələləri, Bakı: Elm, 1989, s.50.
[30] Yenə orada, s. 51.
[31] Çənlibel, 21.07.1979.
[32] Qozareşe xolaseye sərşomariye omumiye keşvər dər sale 1335, c. 2, Tehran, 1961, s. 55-59, 82-85; Nəsib Nəsibzadə, İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri),s. 98, 174.
[33] Salnameye amariye keşvəre sale 2536-e şahənşahi, Tehran, 2536, s. 20-38.
[34]Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının qəzeti), 05.12.1962.
[35] Amarnameye ostane Azərbaycane - Qərbi, Tehran, 1978, s.8; Amarnameye ostane Azərbaycane – Şərqi, Tehran, 1979, s. 13; Amarnameye ostane Zəncan, Tehran, 1978, s. 10, İran dər ayineye amar, Tehran, 1360, s.19.
[36] Keyhan, 18.09.1975; Ettelaat, 11.07.1976
[37] Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının dərgisi), N 11, 1977, s.31.
[38] Keyhan, 12.09.1971, 17.05.1972, 29.05.1976; Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının qəzeti), 03.03.1965.
[39] Ettelaat, 19.01.1965.
[40] Keyhan, 29.05.1976.
[41] Keyhan, 27.09.1962, 28.07.1967, 15.05.1968, 21.07.1969, 07.09.1969; Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının qəzeti), 06.09.1967; Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının dərgisi), N 1, 1961, s. 52-57.
[42] Keyhan, 29.05.1976.
[43] Alıntı:С.М.Алиев, К национальному вопросу в современном Иране, Краткие сообщения Института народов Азии, Москва, 1964, N 77, c.45.
[44] Cəmaləddin Fəqih, Aturpatakan (Azərbaycan) və nehzəte ədəbi, Tehran, 1967, s.9.
[45] H. Vəhidi, Pojuxeşi dər məneşe melli və məneşe pasayi, Tehran, 2535, s.10.
[46] H.Behzadi-Mədədi, Nasyonalizm, Tehran, 1975.
[47] M.A. Foruği, İran ra çera bayəd dust daşt? Ettelaat, 14...1975.
[48] M.Müəyyedi, Həmbəstegi və yeqanegiye melliye iraniyan, Tehran, 1976, s.41.
[49] Mohammed Reza Pahlavi, Mission for My Country, London, 1960; Mohammed Reza Pahlavi, The White Revolution, Teheran, 1967; Məhəmməd Reza Pəhləvi, Besuye təməddone bozorg, (yersiz), 1977.
[50] Ричард Фрай, Наследие Ирана, Москва: Наука, 1972, с. 30.
[51] Sərvan Kaviyanpur, Tarixe omumiye Azərbaycan, Tehran, 1346, s.82.
[52] Məhmud Əfşar-Yəzdi, Moqəddəme, Mənuçehr Mortəzevi, Zəbane dirine Azərbaycan, Tehran, 1360 (səhifə göstərilməyib).
[53] Cəmaləddin Fəqih, Aturpatekan (Azərbaycan) və nehzəte ədəbi, s.186.
[54] Şəfi Cəvadi, Təbriz və piramune an, Təbriz, 1350, s.62.
[55] N. Şeybani, Təşkile şahənşahiye Səfəviyye, ehyaye vəhdətə melli, Tehran, 1346, s.246.
[56] Nəsrulla Fəlsəfi, Zendegiye Şahe Abbase Əvvəl, c.1, Tehran, 1334. s. “se” və “i”; О.Эфендиев, К освещению некоторых вопросов истории Сефевидов в современной историографии Ирана, Против буржуазных фальсификаторов истории и культуры Азербайджана, Баку: Элм, 1978, с.135.
[57] Məsələn, baxın: Keyhan, 26.08.1976, 28.08.1976; Ettelaat, 28.08.1976.
[58] Şövkət Tağıyeva, Müasir İran burjua tarixşünaslığında Azərbaycan xalqının etnik birliyinin inkar edilməsi haqqında, Ə. Sumbatzadə (red.), Azərbaycanın tarix və mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı, s.114-124.
[59] Л.Р.Полонская, А.Х.Вафа, Восток: идеи и идеологии (Критика буржуазных и мелкобуржуазных концепций «третьего пути» развития), Москва: Наука, 1982, с. 73-78.
[60] Keyhan, 28.08.1976.
[61] М.С.Иванов, Иран, Национальные процессы в странах Ближнего и Среднего Востока, Москва: Наука, 1970, с. 120-121.
[62] Əli Reza Nabdel, Azərbaycan və məsəleyi melli, s.38.
[63] Azərbaycan (ADP MK-nın – Tudənin Azərbaycandakı yerli təşkilatının qəzeti), 29.12.1971.
[64] Fred Halliday, İran: Dictatorship and Development, New Zealand, 1979, p. 216.
[65] Məsələn, baxın:В.И.Козлов, Динамика численности народов (Методология исследования и основные факторы), Москва: Наука, 1972, с.49; Формирования наций в Центральной и Юго-восточной Европе. Сборник статей, Москва: Наука, 1981, с.247-251, 323-328.
[66] Məsələn, baxın: Məhmud Pənahiyan (Təbrizi)), Fərhənge coğrafiyaye melliye Torkane İranzəmin, c.3, (yersiz), s.34-35.
[67] Baxın: Əli Şəriəti, Bazgəşt, Tehran: Hoseyniyeyi-ərşad, 1357; Ali Şeriati, Ali Şiası Safevi Şiası, Ankara:Fecr, 2009.
[68] MERİP Reports, Washington D.C., no 3, 1980, p.6-9.
Prof. Dr. Nəsib Nəsibli
Dostları ilə paylaş: |