Penitensiar sistemdə Vərəmə nəzarət üzrə TƏLİmat



Yüklə 1.97 Mb.
səhifə29/32
tarix14.01.2017
ölçüsü1.97 Mb.
1   ...   24   25   26   27   28   29   30   31   32

Əlavə 17: Təlim mərkəzinin standart əməliyyatlar proseduru


Təlim mərkəzinə, onun işini təşkil və əlaqələndirən, maraqlarını təmsil edən və fəaliyyətinə görə məsuliyyət daşıyan rəhbər başçılıq edir. Təlim mərkəzinin rəhbəri vəzifəsinə işə götürmə və işdən azad etmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi tərəfindən müvafiq qaydada həyata keçirilir.

I.Əsas anlayışlar və təriflər


Təlim mərkəzinin işçiləri

Təlim mərkəzinin işçiləri - Azərbaycan Respublikası ƏN TBİ-nin rəisinin əmri ilə bölmələrin işçi ştat vahidi hesabına təyin edilən şəxslərdir. Təlim mərkəzi 5 nəfərdən ibarət tərkibdə təşkil edilir: rəhbər, metodist, müəllim, assistent və sürücü. Təlim mərkəzinin işçiləri onun rəhbərinə tabedirlər və öz öhdəliklərinin icrasını vəzifə təlimatlarına əsasən həyata keçirirlər.



Müəllimlər

Təlim mərkəzi tərəfindən ilkin mərhələdə keçirilən təlimlərin müəllimləri, PS-də vərəmə nəzarətdə iştirak edən təcrübəli işçilərdir. Növbəti mərhələdə müəllim qismində xüsusiləşmiş dövlət təhsil müəssisələrində və ölkənin qeyri dövlət strukturlarında, həmçinin beynəlxalq təşkilatlarda işləyən peşəkar mütəxəssislər cəlb edilə bilərlər.

Seçimlər və dəvətlər müqavilə əsasında müəllim və tərcüməçilərin cəlbini Təlim mərkəzinin rəhbəri təşkil edir. Habelə müəllimlərin işinin təşkili, həmçinin tədris kursunun hazırlanması və aparılması üzrə vəzifələrinin yerinə yetirmələrinə nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçiri.

Təlim mərkəzinin rəhbəri tədris kursu yekunlaşdıqda aparılan tədris kursu barədə hesabatı hazırlayır və müəllimlərin fəaliyyətini qiymətləndirir. Müəllimlər iştirak etdikləri təlim tədbirlərinin hazırlanması, aparılması, qiymətləndirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürürlər. Müəllimlər tədris proqramını, apardıqları tədris üçün müəyyən edilmiş məzmun və modul dizaynı standartına müvafiq tematik modulları işləyib hazırlayırlar.



Tədris tədbiri və tədris kursu

Struktur və davam etməsindən asılı olaraq bu tədbir Təlim mərkəzi tərəfindən qabaqcadan planlaşdırılmış praktiki təlim üzrə bir günlük və ya bir-neçə günlük tədbirdir, misal üçün: təlimin müxtəlif forma və mövzularından ibarət seminar, treninq, dəirmi masa, mühazirə sessiyası, konfrans, forum və ya çox günlük kurslar və s. Təlim tədbirlərinin və ya təlim kurslarının Tədris Proqramları kursantların və təlimin iştirakçılarının tələblərinə əsasən müəllimlər tərəfindən vaxtında (təlim başlamamışdan əvvəl) hazırlanmalıdır.



Təlimin iştirakçıları və Kursantlar:

Təlim mərkəzi tərəfindən aparılan və təşkil edilən bütün növ tədris tədbirlərinin (seminar, treninq, mühazirə sessiyası, kurslar, dəirmi masa, konfranslar, forumlar) iştirakçılarıdır. Təlim mərkəzində vərəmə nəzarət məsələri üzrə nəzəri və praktiki təlimlərin iştirakçıları aşağıdakı şəxslər ola bilər:



  • Tibb əməkdaşları (orta tibb personalı, laborantlar, həkimlər, tibb bölmələrinin rəhbərləri);

  • Azərbaycan Respublikasının penitensiat sisteminin tibb əməkdaşı olmayan şəxslər;

  • Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri;

  • İctimai səhiyyə mütəxəssisləri, Tibb Universitetinin tələbələri, tibb kolleclərində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Akademiyasında təhsil alan şəxslər.



Tərcüməçilər

Tərcüməçilərin müqavilə əsasında seçilməsi və dəvət edilməsini ƏN TBİ təşkil edir. Tərcüməçilərin işinin təşkilini, materialların, sənədlərin, çıxışların tərcüməsi üzrə işin icrasına nəzarəti Təlim mərkəzinin rəhbəri həyata keçirir.


Tədris planı

Tədris tədbirlərinin aparılmasını, onların aparılması və təşkilinə görə məsuliyyət müəyyən edən bütün maraqlı şəxsləri və prosessin iştirakçılarını əks etdirən razılaşdırılmış tədris tədbirlərinin qrafikidir. Sənəd məsul müəllimin mövzusu, konkret peşəkar fəaliyyətin şərtləri və tədris prosessinin mərhələləri nəzərə alınmaqla əlavə və dəqiqləşdirmələrlə hazırlanır. Zəruri tədris müddətinin həcmi göstərilməklə, bütün növ tədris kurslarını tərkibinə daxil edir. Tədris planı Təlim mərkəzinin rəhbəri tərəfindən tədrisdə tələblərə və əldə olan resurslara müvafiq olaraq hazırlanır və Azərbaycan Respublikası ƏN TBİ-nin rəisi tərəfindən təsdiq edilir. Tədris planı müəllimlərin tədris işinin işgüzarlığının hesablanması üçün əsasdır.



Tədris proqramı

Tədrisin konkret məzmununu müəyyən edən sənəddir. İş proqramı müəllim tərəfindən aparılan tədris təlimi və ya kursu üzrə hazırlanır və strukturuna görə fərqlənə bilər, lakin mütləq aşağıdakı məlumatları özündə əks etdirməlidir:



  • Tədris tədbirinin və ya tədris kursunun tam adı:

  • Kursun keçirilmə tarixi, saat sayı;

  • Tədrisin təşkilatçısı və aparılma yeri;

  • Məsul müəllim göstərilməklə müəllimlərin A.S.A və əlaqə məlumatı;

  • Tədrisin iştirakçıları – ixtisas, iş yeri (müəssisənin profili), iştirakçıların sayı;

  • Tədris tədbirinin/kursunun qısa təsviri, bura həmçinin daxildir: məqsəd, vəzifə, məzmun və gözlənilən nəticələr;

  • Məşğələlərin cədvəli, tədrisin iştirakçılarına (tanışlıq, mühazirə, təqdimat, müzakirə, qrup şəklində iş, təcrübi məşğələlər, klinik və təsadüfi məsələlərin həlli, qarşılıqlı əlaqə, qiymətləndirmənin keçirilməsi, sertifikatların verilməsi.) təqdim edilən materialı daha yaxşı mənimsəməyə şərait yaradan müxtəlif metodiki elementlərdən ibarətdir. Məşğələlərin cədvəlini təşkil edən elementlər tədris tədbiri üçün ayrılan müddətdə məntiqəuyğun şəkildə paylanır, müəllimlərin hər elementə görə məsuliyyəti müəyyən edilir.


Modul

Modul (blok) tədrisin struktur vahididir, qəbul edilmiş tədris standartı və mütəxəssisin təsnifat xarakteristikası əsasında hazırlanır. Tematik modul müəyyən edilmiş mövzu üzrə zəruri məlumatlar və elmi-metodiki sənədlərin məcmusudur. Modulun məqsədi – oyrənilən mövzunun modelinin yaradılmasıdır.

Tematik Modul aşağıdakı yüklülükdən ibarətdir:

  • Tədrisin iştirakçılarına mövzunun mənimsəmələrində metodiki və praktiki köməyin göstərilməsi;

  • Müəllimlərə mövzu üzrə tədris prosessinin hazırlanması və keçirilməsində metodiki köməyin göstərilməsi;

  • Tədris prosessinin təmin edilməsinin sonrakı təkmilləşdirilməsi üzrə işin qiymətləndirmə və planlaşdırılmasının əsasıdır.

Qeyd etmək lazımdır ki, tematik modulun formalaşması bir dəfəlik tədbir deyil, sübutedici baza və təcrübi sınaqların göstəricilərinə əsaslanan, ən yaxşı milli və dünya təcrübəsi, tövsiyəsi barədə yığılan məlumatın uçotu barədə mütəmadi fəaliyyətdir. Müəllim kollektivindən tematik modulların, onların komponentlərinin yaradılması, qaydaya salınması, təkmilləşdirilməsi, daha dərindən anlaşılması və optimizasiya tələb edilir.

Tematik Modulun standartı

Tematik Modula aşağıdakı materiallar daxildir:

  • Giriş (tematik modulun məzmunundan ibarətdir)

  • Bu tip Tədris Proqramı (bu mövzunun məzmunu təşkil edən bölmələr daxil olmaqla)

  • Bu mövzu üzrə qısa mühazirə konspekti, təqdimatlar, materiallar və görülən işlər;

  • Elmi-metodiki materiallar (qruplarda işin təsviri, müzakirələrin sualları, məsələlər kitabçası, bu mövzuda olan dərsliklərin siyahısı və s.);

  • Təlimin iştirakçılara təqdim ediləcək materiallar;

  • Məlumat materialları (buklet, vərəqlər, broşürlər, lövhələr və s.);

  • Təlim keçənlərin bilik səviyyəsinin nəzarət üçün test sualları və tövsiyələr;

  • Tövsiyə edilən ədəbiyyatın siyahısı (dərsliklər, metodiki tövsiyələr və rəhbərlik, dərsliklər, o cümlədən elektron) və Əmrlərə həmçinin internet mənbələrinə istinad edən normativ-hüquqi baza.

Tədris iştirakçısının qovluğu

Bu tədris tədbirinin təşkilatı və təsviri bazasını iştirakçılara təqdim edir. “Qovluq” iştirakçılara və müəllimlərə tədris zamanı öz işlərini əlaqələndirməyə, ünsiyyəti asanlaşdırmağa, tədris iştirakçılarına müstəqil şəkildə materiallarla işləməyə və onları təcrübədə istifadə etməyə imkan yaradır.

İştirakçının qovluğu (qovluğun üzərində Təlim mərkəzinin loqosunun olması arzuediləndir) aşağıdakılardan ibarətdir:

  • Tədris tədbiri proqramı (adı, tarixi, vaxtı, keçirilmə yeri, müəllimlərin adları və onların əlaqə məlumatları, məqsədləri, tədrisin vəzifələri və gözlənilən nəticələri, məşğələlərin cədvəli olmaqla);

  • Tədrisin iştirakçılarının siyahısı (əlaqə məlumatları olmaqla);

  • Paylamaq üçün nəzərdə tutulan materiallar: təqdimat slaydların, tematik materialların, instruksiyaların, metodiki tövsiyələrin, əmrlərin, sərəncamların və s. surəti (bu tematik modullardan Tədris Proqramında təqdim edilmiş mövzulara müvafiq);

  • Tədris mövzusu üzrə məlumat materialları, rəhbərlik (dərc edilmiş);

  • Bloknot, qələm;

  • Təlim mərkəzinin Press-relizi və promo- (bu Təlim mərkəzinin loqosu, üzərində əks etdirilmiş döş nişanları, bloknotlar, qələmlər, gündəlik məlumat və ya qeyd kitabçaları, iştirakçıların foto-şəkilləri (kursun tarixi və adı göstərilməklə), qalstuklar, idman köynəkləri və s.)



II. İş qaydaları


  1. Tədris tədbirlərinin maliyyələşməsinin təmin edilməsi üçün Təlim mərkəzi yeni maliyyə ilinin başlanmasına ən azı üç ay qalmış Tədris planını hazırlayır, razılaşdırır və dərc edir.

  2. Tədris planından kənar tədrisin aparılması barədə təkliflər tədris kursunun başlanmasına ən azı iki ay qalmış təqdim edilməlidir (kimə, nə vaxt və nəyi oyrədirik).

  3. Müəllimlər müəyyən edilir, məsul müəllim təyin edilir. Tədris komandasının siyahısı ən azı bir ay qalmış razılaşdırılır. Müəllimlər Azərbaycandan ən azı bir ay qalmış, xaricdən isə iki ay əvvəl dəvət edilir.

  4. Müəllimlər tərəfindən məqsədi, vəzifələri, metodologiyası, təlim edilənlərin hədəf qrupu, müddəti, tematika və tədbirin (kurs, seminar, treninq, mühazirə və s.) keçirilmə vaxtı göstərilməklə hazırlanmalı və ən azı bir ay qalmış Təlim mərkəzinin rəhbərinə kursun proqram layihəsi təqdim edilməlidir.

  5. Proqramın layihəsi müəllimlər, zərurət olduqda mütəxəssislər cəlb edilməklə Təlim mərkəzinin işçiləri tərəfindən müzakirə edilir.

  6. İştirakçıların siyahısı (ASA, vəzifələri, rütbələri, iş yerləri, əlaqə məlumatları, konfrans keçirildikdə isə elmi dərəcələri göstərilməklə) tərtib edilir və kursun təşkilatçıları (müəllimlər, Təlim mərkəzinin, AR ƏN TBİ-nin işçiləri və ya kursu sifariş edənlərlə) ilə razılaşdırılır. İştirakçıların siyahısı iştirakçıların dəvət edilməsi üçün tədrisin başlama vaxtından ən azı iki həftə əvvəl təqdim edilməlidir və onun bitməsindən əvvəl iştirakçıların siyahısı dəqiqləşdirilir.

  7. Təlim mərkəzinin işçiləri tərəfindən keçirilməsi nəzərdə tutulan tədbir barədə məlumat xarakterli məktublar göndərilir. İştirakçılar iki həftə əvvəlcədən dəvət edilirlər və tədrisin başlanmasına bir həftə qalmış kursun proqramı əlavə edilmiş təkrar dəvət məktubu alırlar.

  8. Sertifikat Təlim mərkəzi tərəfindən qəbul edilmiş standartlar əsasında hazırlanır və tədris kurslarını müvəffəqiyyətlə bitirən şəxslərə təqdim edilir. İştirakçıları tədris kursunun nəzərdə tutulan vaxtının 80%-dən az müddətdə iştirak etdikləri təqdirdə sertifikat alma hüquqlarını itirmələri barədə əvvəlcədən məlumatlandırılırlar.

  9. Tədris kursunun üçün materiallar müzakirəyə onun başlanmasına ən azı iki həftə qalmış təqdim edilməlidir.

  10. Təlim mərkəzinin işçiləri müvafiq büdcə və tədbirin məqsədlərinə uyğun, tədbirin proqramı hazırlandıqdan dərhal sonra, başlanmasına iki həftə qalmış dəftərxana siyahısı hazırlayırlar və tədbir başlanmamışdan üç gün əvvəl tərtib edilmiş siyahıya müvafiq olaraq tələb edilən dəftərxana ləvazimatları ilə təminatı həyata keçirirlər.

  11. Testlər, seminarın iştirakçılarının seminarı qiymətləndirmə sualları ilə, həmçinin müəllimlərin qiymətləri müəllimlər tərəfindən Təlim mərkəzinə kursun bitməsinə ən azı bir həftə qalmış təqdim edilir. Sonradan iştirakçıların bilik testləri və qiymətləndirmə kağızları standart tematik modullara daxil edilərək müəllimlər tərəfindən istifadə edilir.

  12. Təlim mərkəzinin rəhbəri tədris tədbirindən əvvəl və sonara, onların sonradan tematik modullara daxil edilməsi, standartlaşdırılmış qiymətləndirmə kağızları və testlərin hazırlanması üçün monitorinq və qiymətləndirmə üzrə mütəxəssisləri, müəllim və ekspertləri cəlb edir.

  13. Tədrisin ilk günü bütün iştirakçıların paylanma materialları ilə təmin edilməli olduqları üçün, kursun başlanmasına üç gün qalmış materiallar, slaydlar, çıxışlar, testlər, iştirakçıların, müəllimlər və proqramların siyahısı öz əksini tapmış qovluq formalaşdırılır.

  14. Zərurət olduğu halda tədbirin başlanmasına kimi iştirakşıların/kursantların adları üzərində əks edilən beydjlər (müəssisənin və təmsil etdiyi ölkənin adı göstərilməklə) və dəirmi masa, konfrans, forum (rəhbərlik və ya bütün iştirakçılar üçün) kimi tədbirlər üçün elan hazırlanmalıdır.

  15. Tədris kursuna cavabdeh Təlim mərkəzinin rəhbəri tərəfindən kurs bitdikdən sonra onun məqsədləri, vəzifələri, metodları və tədrisinin nəticələri barədə təqdim edilən formaya (aşağıdakı formaya bax.) uyğun olaraq hesabat hazırlayır. Hesabatda nəticə və tövsiyələr öz əksini tapır və Təlim mərkəzinin rəhbərinə bir həftə tamam olmamış təqdim edilməlidir.



Müəllimin keçirilmiş tədris tədbiri barədə hesabat forması:

  1. Tədris tədbirinin adı;

  2. Tədris təşkilatçısı, vaxtı və keçirilmə yeri;

  3. Hesabatı hazırlayan şəxs, hesabatın Təlim mərkəzinin rəhbərinə təqdim edildiyi tarixi;

  4. Tədrisi aparan müəllim (cavabdeh müəllim);

  5. İştirakçılar kimlərdi, haradandılar, hansı ixtisas/peşə sahibləridirlər;

  6. Tədrisin məqsədi və vəzifəsi;

  7. Gözlənilən nəticələr;

  8. Tədrisin və üsulların qısa məzmunu (hansı mövzular təqdim edilmişdir, tədrisin aparıldığı dil, tədrisin hansı formaları istifadə edilmişdir, hansı materiallardan istifadə edilmişdir);

  9. Tədris tədbirinin və iştirakçıların biliklərinin qiymətləndirilməsinin nəticələri;

  10. Nəticələr;

  11. Tövsiyələr.


Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə