Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri II cild Mizanul hikmət ( xülasəsi )



Yüklə 15,62 Mb.
səhifə40/51
tarix16.05.2020
ölçüsü15,62 Mb.
#102611
növüXülasə
1   ...   36   37   38   39   40   41   42   43   ...   51

318




Fürsət



1461. Fürsəti qənimət bil.

4982. Allahın Peyğəmbəri (s): «Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının vaxt üzünə qapanacağını bilmir1

4983. Allahın Peyğəmbəri (s): «Fürsəti əldən vermək kədər gətirər2

4984. İmam Əli (ə): «Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil3

4985. İmam Əli (ə): «Fürsət tez keçən gec tapılandır4

4986. İmam Əli (ə): «Fürsət qənimətdir5

4987. İmam Əli (ə): «Fürsəti əldən vermək kədərin mayasıdır6

4988. İmam Əli (ə): «İşlər öz zamanlarının girovlarıdır7

4989. İmam Əli (ə): «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik ahəstəlik nadanlığın nişanəsidir8

4990. İmam Sadiq (ə): «Hər kimin əlinə fürsət düşsə o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti ondan alar. Çünki ruzigarın işi aparmaq zamanın üslubu əldən çıxarmaqdır9


319




Vacib əməllər



1462. Vacib əməllərin yerinə yetirilməsinə təşviq.

4991. Allahın Peyğəmbəri (s): «Allahın vacib buyurduğu əməllərə riayət et ki, ən təqvalı insanlardan olasan1

4992. İmam Əli (ə): «Vacib əməllər! Fərizələr! Onları Allaha qaytarın ki, sizi cənnətə çatdırsın2

4993. İmam Əli (ə): «Allahın sizlərə vacib buyurduğunu səylərinizin məqsədinə çevirin sizdən istədiyi haqqını əda etmək üçün Ondan kömək uğur diləyin3

4994. İmam Əli (ə): «Öz nəfsini yumşaqlıqla ibadətə vadar onunla mülayimliklə rəftar et. Sənə edilməsi vacib buyurulan əməllərdən başqa, onunla güclə danışma sakit, şad olan vaxtı ibadət et. Belə hallarda onları yerinə yetirməli vaxtında əda etməlisən4

4995. İmam Əli (ə): «Vacib əməlləri yerinə yetirmək kimi ibadət yoxdur5

4996. İmam Əli (ə): «Əgər müstəhəbləri yerinə yetirməyə görə vacib əməllərdən qalırsansa, qazandığın fəzilət heç vaxt zay etdiyin vacib əməllə (onun günahı ilə) bir olmaz6

4997. İmam Həsən (ə): «Allah sizə ehtiyacı olduğuna görə deyil, Öz kərəm rəhmətinə görə vacib əməlləri sizlərə vacib buyurdu. Bu, tək olan Allahın sizə rəhmət mərhəmətindəndr. Ondan ötrü ki, təmizi çirkindən ayırsın, sinələrinizdə olanları sınasın, qəlbinizdəkiləri isə xalisləşdirsin1

4998. İmam Səccad (ə): «Allahın vacib buyurduğunu yerinə yetirən hər bir şəxs insanların ən yaxşılarındandır2

4999. İmam Sadiq (ə): «Böyük Allah buyurmuşdur: Bəndəm ona vacib buyurduğum şey qədər özünü mənə sevdirməmişdir3


1463. Pak olan Allahın insanlara vacib buyurduqları.

5000. İmam Əli (ə): «Böyük Allah ədalətli (haqq olan) rəhbərlərə vacib bu­yur­muşdur ki, özünü kasıb camaatla eyniləşdirsin yoxsul öz kasıb­­ğından qeyzlənməsin4

5001. İmam Əli (ə): «Pak Allah kasıbların yeməyini imkanlıların var-dövlətində vacib buyurmuşdur. Buna görə imkanlı insan onun haqqına sahib çıxmasa, heç bir kasıb ac qalmaz5

5002. İmam Əli (ə): «Allah, imanı şirkdən təmizlənmək üçün, namazı təkəbbür lovğalıqdan uzaqlaşmaq zəkatı (ehtiyacı olanlara) ruzi səbəbi olmaqdan ötrü vacib buyurdu6

5003. İmam Əli (ə): «Allah sənin bədəninin hər bir əzası üçün vacib olan əməllər buyurmuşdur ki, qiyamət günündə onların vasitəsilə sənə qarşı şəhadət veriləcək7
1464. Vacib əməllərin cəmi.

5004. İmam Əli (ə): «Allahın camaat üçün təyin etdiyi vacib əməllərin hüdud sərhədləri ən böyük vacib əməllərdən olan beş vəzifədir: namaz, zəkat, həcc, oruc digər dörd vacib əməlin qoruyucusu olan imamət8



Yüklə 15,62 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin