251
Tibb
1167.Həqiqi həkim
3793. Allahın Peyğəmbəri (s): «Həkim Allahdır, sənsə mehriban dost.»1
1168. İnsanı təbabətdən ehtiyacsız edən şey
3794. İmam Əli(ə) (oğlu Həsənə (ə) tövsiyəsindən): «Oğlum! Sənə dörd incə məqamı öyrədimmi ki, onlara riayət eməklə təbabətdən ehtiyacsız olasan?» Ərz etdi: «Bəli, ey Əmirəl-möminin (ə).» Həzrət (ə) buyurdu: «Acmamış yemək yemə, doymamış yeməkdən əlini çək, yeməyi yaxşı çeynə və yatmaqdan qabaq ayaqyoluna gedib rahatlan. Əgər bu məqamlara riayət etsən, həkimə ehtiyacın olmaz.»2
3795. İmam Əli (ə): «Havaların soyumağının əvvəlində özünüzü soyuqdan qoruyun (soyuq hava fəslinin) sonunda ona üz tutun. Çünki soyuq ağaclarla etdiyini, bədənlərlə də edir. Əvvəldə (ağacların yarpaqlarını) yandırar, və sonda yarpaqları bitirər.»3
1169. Təbibdən daha yaxşı həkim
3796. İmam Əli(ə): «Təcrübəli insan təbibdən daha yaxşı həkimdir.»4
3797. İmam Əli(ə): «Həkimlik edən şəxs Allahdan qorxmalı, xeyirxah olmalı və öz səyini əsirgəməməlidir.»5
252
Yemək vermək
1170. Aca yemək verməyin fəziləti
Quran:
«Allahı sevdiklərinə görə miskinə, yetimə və əsirə yemək verərlər. (Deyərlər) Biz yalnız Allahın razılığına xatir sizə yemək veririk, sizdən nə mükafat istəyirik, nə də təşəkkür.» 1
«Ya ac günlərində qohum olan yetimi, ya tamamilə yoxsullaşmış insanı yedirtmək.»2
3798. İmam Əli (ə): «Bədənlərin xörəyi qida məhsulları, canların (ruhun) xörəyi isə yemək yedirtməkdir.»3
3799. İmam Əli(ə): «Yediyin şey gedəcək, yedirtdiyin şey bol və bərəkətli olacaqdır.»4
3800. İmam Baqir (ə): «Allah-taala yemək yedirtməyi və qurban kəsməyi sevər.»5
3801. İmam Sadiq (ə): «Cənnətə və bağışlanmağa səbəb olan amillərdən biri ac insana yemək verməkdir.» Sonra Allah-taalanın bu kəlamını oxudu: «Ya aclıq günündə yemək yedirtməkdir... 6» 7
3802. İmam Sadiq (ə): «Əmirəl-möminin(ə) yemək və qidalanma cəhətdən Allahın Rəsuluna (s) ən çox bənzəyən insan idi. Özü (arpa) çörək, sirkə və yağ yeyər, camaata isə (buğda) çörək və ət yedirərdi.»8
253
Təlaq
1171. Təlağın pislənilməsi
3803. Allahın Peyğəmbəri (s): «Allah-taala, təlaq qədər nifrət etdiyi heç bir şeyi halal etməmişdir.»1
3804. Allahın Peyğəmbəri (s): «Allah-taala daim öz zövqünü dəyişən kişi və qadınları düşmən bilər, ya Öz rəhmətindən uzaqlaşdırar.»2
3805. İmam Baqir (ə): «Allah-taala qadına çox təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişilərə nifrət edər.»3
3806. İmam Sadiq (ə): «Allahın halal buyurduğu şeylərdən Onun yanında təlaq kimi nifrət olunmuş qeyri bir şey yoxdur. Allah-taala çox qadına təlaq verən və hər zaman da bir qadını sınaqdan çıxaran kişini düşmən bilir.»4
3807. İmam Sadiq(ə): «Allah-taala, içində toy olan evi sevər və içində təlaq olan evi düşmən bilər. Allah yanında təlaqdan mənfur qeyri bir şey yoxdur.»5
1172. Üç dəfə təlaqdakı hikmət
Quran:
«Əgər (əri üçünçü dəfə) ona təlaq versə, başqa kişi ilə evlənməyincə ona halal olmaz. Əgər (ikinci əri) ona təlaq versə, (əvvəlki ər və arvad) Allahın hüdudlarını yerinə yetirə biləcəklərini başa düşdükləri təqdirdə (yeni bir kəbinlə) Bir-birinin yanına qayıtmalarında heç bir günah yoxdur. Bunlar anlayan bir camaat üçün Allahın açıqladığı hökmlərdir.» 1
Hədis:
3808. İmam Rza (ə): («Nəyə görə «iddi» təlağı ilə (yəni üç dəfə təlaq verilmiş) qadın başqa kişi ilə evlənməyincə öz ərinə halal olmaz?» sualına cavabı): «Allah-taala iki dəfəyə qədər təlağa icazə vermiş və buyurmuşdur: «Təlaq iki dəfədir. Ləyaqətlə saxlamaq, ya yaxşılıqla boşamaq.» Yəni, üçüncü təlaqda. Kişi üçüncü təlaqla Allahın xoşuna gəlməyən bir iş gördüyünə görə Allah-taala həmin qadını ona haram etmişdir. Başqa kişi ilə evlənməyincə qadını ona halal bilməmişdir ki, insanlar təlağa yüngül yanaşmasınlar və qadınlara ziyan dəyməsin.»2
3809. İmam Rza (ə) («üç dəfə təlağın səbəbi barədə Məhəmməd ibn Sənana yazdığı məktubunda): «Üç dəfə təlağın müəyyən olunmasının səbəbi budur ki, birinci təlaqdan üçüncü təlaqa qədər ailə həyatını yenidən başlamağa meyl, rəğbət yaranması, ya əgər arada əsəbilik və qəzəb olmuşsa onun aradan getməsi, həmçinin qadınların görub ibrət götürməklə ərlərinə itaətsizlik etməkdən çəkinmələri üçün bir fürsət vardır. Çünki qadın ərinə itaətsizlik kimi nalayiq əməlinə görə ayrılmağa və təlağa layiq olmuşdur. Doqquz dəfə təlaqdan sonra qadının kişiyə əbədi haram olmasının səbəbi isə budur ki, kişi təlağı bir oyuncağa çevirməsin, qadına əziyyət verməsin, öz işlərində gözüaçıq, ibrətgötürən olsun və bilsin ki, doqquz dəfə təlaqdan sonra onunla birgə yaşamaq ona əbədi haram olacaq.»3
254 Tamah
1173. Tamahın pislənilməsi.
3810. Allahın Peyğəmbəri (s): «Tamah alimin qəlbindən hikməti aparar.»1
3811. Allahın Peyğəmbəri (s): «Tamah elə sürüşkən qaya parçasıdır ki, alimlərin ayağı onun üzərində sabit qalmaz.»2
3812. Allahın Peyğəmbəri (s): «Tamahdan ehtiyatlı ol ki, o nəqd olan yoxsulluqdur.»3
3813. İmam Əli (ə) : «Tamahkarlıq əbədi köləlikdir.»4
3814. İmam Əli(ə): «Kim ömrünü azad yaşamaq istəyirsə öz qəlbində tamaha yer verməsin.»5
3815. İmam Əli(ə): «Tamahkar xarlığa düçar olubdur.»6
3816. İmam Əli(ə): «Kim tamah libasını əyninə geysə, özünü xar edər.»7
3817. İmam Əli(ə): «Tamahkardan zəlil adam yoxdur.»8
3818. İmam Əli(ə): «Ağılların ən sürüşkən yeri tamahların parıltısı altındadır.»9
3819. İmam Əli(ə): «Təqva və tamahkarlıq bir yerə sığmaz.»10
3820. İmam Baqir(ə): «Necə də pis bəndədir, rəhbəri tamah olan şəxs.»11
3821. İmam Kazım(ə) (Hişama nəsihətindən): «Tamahdan çəkin və insanların malına göz dikmə. Xalqa göz dikmək adətini öz qəlbindən çıxar. Çünki tamah hər zəlalətin açarıdır. O, əqli oğurlayar, insaniyyəti didər, abrı ləkələyər və elmi aradan götürər.»2
3822. İmam Hadi (ə): «Tamah çirkin xislətdir.»3
3823. İmam Əskəri (ə): «Necə də pisdir mömində onu xarlığa çəkən istəyin olması.»4
1174. Yaxşı tamah.
Quran:
«Yanlarını yataqlardan ayırarlar. Qorxudan və (ümidə) tamahla Öz Rəbblərini çağırar və onlara verdiyimiz ruzidən ehsan edərlər.»5
«Niyə Allaha və haqdan bizə tərəf gələnlərə iman gətirməyək? Halbuki Rəbbimizin bizi layiqlilərin cərgəsinə (cənnətə) çıxaracağına tamah salmışıq?»6
Hədis:
3824. İmam Səccad (ə) (duada): «Ey Ağam! Öz günahlarıma baxıram, qorxuram. Sənin bağışlamağına baxıram, (ümidə) tamahlanıram.»7
3825. İmam Səccad(ə) (yenə də duada): «İlahi! Sənə bəslədiyim çoxdankı ümidimə, Səndən umduğum böyük təmənnaya görə, Sənin Özünə vacib etdiyin mehribanlıq və rəhmətə xatir dərgahına dilək əllərimi açıram.»8
Dostları ilə paylaş: |