Pisever-geceleri


HƏZRƏTİ ƏLİNİN NÜBUVVƏT MƏQAMINA «MƏNZİLƏT HƏDİSİ»NİN DƏLİL OLMASI



Yüklə 5,47 Mb.
səhifə43/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   39   40   41   42   43   44   45   46   ...   63

HƏZRƏTİ ƏLİNİN NÜBUVVƏT MƏQAMINA «MƏNZİLƏT HƏDİSİ»NİN DƏLİL OLMASI


Həzrət Əlinin nübuvvət məqamına sahib olduğuna dair ilk dəlil «Mənzilət» hədisidir. Bu hədis həm sizin həm də bizim qaynaqlarımızda bir neçə kəlimə fərq etməklə mütəvatir olaraq nəql edilmişdir. Bu hədisə görə Peyğəmbərmiz (s) dəfələrlə müxtəlif tədbirlərdə həzrət Əli (ə) haqqında belə buyurmuşdur: «Görəsən, mənə nisbətlə Harunun Musaya olan mənzilətində (dərəcəsində) olmağa ‒ bu fərqlə ki, bəndən sonra peyğəmbərlik yoxdur ‒ razı deyilsənmi?».

Bə᾽zən də əshaba belə buyurmuşdur: «Əli mənə nisbətdə, Harunun Musaya olan mənzilətindədir».



Hafiz: «Bu hədisin doğruluğu bəlli deyildir. Çünki Xəbəri Vadiddir; (yə᾽ni bir nəfər tərəfindən nəql edilmişdir) və Xəbəri Vahidə də etibar edilməz.

vətçi: «Hədisin doğruluğuna dair söylədikləriniz ya bu mövzuda kitabları az oxumağınızdan qaynaqlanır və ya bilərəkdən xəta edir ağıl və məntiq qarşısında təslim olmaq istəmirsiniz. Sizin mə᾽lumunuz olsun ki, hədisin doğruluğu hər kəs tərəfindən qəbul edilməkdədir. Bu hədisin inkarı və ya Xəbəri-Vahid olduğunu söyləməyinizin səbəbi ərz etdiyim kimi ya hədis kitabları haqqındakı mə᾽lumatın azlığıdır və ya inadkarlıqdır. Amma ümid edirəm ki, bizim məclisimizdə inadkarlıq olmayacaq.

Mən mövzunun aydınlığa qavuşması və məclisdə iştirak edənlərin və etməyənlərin bu mözuya olan bəsirətlərinin artması üçün zehnimin imkan verdiyi qədər sizin mö᾽təbər hədis kitablarınızdan istifadə edərək, məsələni izah etməyə çalışacağam. Bu hədisin xəbəri-vahid olmadığı kimi, sizin Siyuti, Hakimi-Nişapuri və sairə bir çox tanınmış alimlərinizin də müxtəlif tarixi sənədlərlə isbatladığı mütəvatir bir hədisdir.

1. Əbu Əbdullah Buxari «Məğazi»nin 54-cü səhifəsində «Təbuk Qəzvəsi» bölümündə, yenə eyni müəllifin Səhihinin «Bəd᾽ul-Xalq» kitabının 135-ci səhifəsində «Mənaqibi-Əli» (ə) qismində.

2. Müslim bin Həccac Səhihinin ΙΙ cildinin 236-237-ci səhifələrində (Misir nəşri h. 1290), «Fəzlüs-Səhabə» kitabının «Fəzaili-Əli (ə)» babında.

3. İmam Əhməd bin Hənbəl «Müsnəd» kitabının Ι cildinin 98, 118 və 119-cu səhifələrində «Vəch təsmiyəi-Həsənəyn» bölümündə, yenə eyni kitabın 5--i cüzünün 31-ci səhifəsinin haşiyəsində.

4. Əbu Əbdürrəhman Nəsai «Həsaisul-Ələviyyə»sinin 19-cu səhifəsində 18-ci hədisi nəql etmişdir.

5. Məhəmməd bin Surəti Tirmizi «Məscid» kitabında.

6. Hafiz İbni Hacər Əsqalani «İsabə» kitabının ΙΙ cildinin 507-ci səhifəsində.

7. İbni Hacəri Məkki «Səvaiqi-muhriqə»nin 9-cu babının 30-cu və 74-ci səhifələrində.

8. Hakim Əbu Əbdullah Məhəmməd bin Əbdullahi Nişapuri «Müstədrək» kitabının ΙΙΙ cildinin 109-cu səhifəsində.

9. Cəlaluddin Siyuti «Tarixi-Xuləfa» kitabının 65-ci səhifəsində.

10. İbni Əbdürəbbih «İqdul-Fərid»in ΙΙ cildinin 194-cü səhifəsində.

11. İbni Əbdülbirr «İstiab»ın ΙΙ cildinin 473-cü səhifəsində, Məhəmməd bin Sə᾽d Katibi Vaqidi «Tabaqatul-Kubra»da.

13. İmam Fəxri Razi «Məfatihul-Qeyb» adlı təfsirində.

14. Məhəmməd bin Cəriri Təbəri «Təfsiri-Təbəri» və «Tarixi-Təbəri» kitablarında.

15. Seyid Mö᾽min Şəblənci «Nur᾽ul-Əbsar»ın 28-ci səhifəsində.

16-Kəmaləddin Əbu Səlim Məhəmməd bin Təlhə əş-Şafei «Mətalibus-Süul»un 1-ci səhifəsində.

17. Mir Seyid Əli bin Şəhabuddini Həmədani «Məvəddətul-Qurba»nın 7-ci Məvəddəsinin sonlarında,

18. İbni Sabbağ adıyla məşhur olan Nuruddin Əli bin Məhəmmədi Maliki əl-Məkki «Fusulul-Mühimə»nin 23 və 125-ci səhifələrində.

19. Əli bin Burhanuddini Şafei «Sirei Hələbiyyə»nin ΙΙ cildinin 26-səhifəsində.

20. Əli bin Hüseyni Məsudi «Mürucuz-Zəhəb»in Ι cildinin 49-cu səhifəsində.

21. Şeyx Süleyman Bəlxi əl-Hənəfi «Yənabiul-Məvəddə»nin 9 və 17-ci bablarında, xüsusilə 6-cı və 18-ci bablarında Buxari, Tirmizi, Müslim, Əhməd, İbni Macə, İbni Məğəzili, Xarəzmi və Himvinidən on səkkiz hədis nəql etmişdir.

22. Mövla Əli Mütdaqi «Kənzul-Ummal»ın VΙ cildinin 152 və 153-cü səhifələrində.

23. Əhməd bin Əli əl-Xətib Bağdadi «Tarixi-Bağdad»da.

24. İbni Məğəzili əş-Şafei «Mənaqib»də.

25. Müvəffəq bin Xarəzmi «Mənaqib»ində.

26. İbni Əsiri Cəzri «Usdul-Ğabə»də.

27. İbni Kəsir Dəməşqi «Tarix» kitabında.

28. Əauddövlə Əhməd bin Məhəmməd «Urvətul-Vusqa»da.

29. İbni Əsir Mübarək bin Məhəmmədi Şibani «Məscidul-Usul fi Əhədisir-Rəsul»da.

30. İbni Hacəri Əsqəlani «Təzhibut-Təhzib»də.

31. Əbul-Qasım Hüseyn bin Məhəmməd (Rəğibi İsfahani) «Muhazirətul-Udəba»nın ΙΙ cildinin 212-ci səhifəsinda.

Bunlardan əlavə, sizin bir çox alimləriniz bu hədisi həzrət Peyğəmbərin (s) əshabından müxtəlif ibarələrlə nəql etmişlər.

Sözügedən hədisi nəql edən səhabələrin bə᾽ziləri bunlardır:

1- Ömər bin Xəttab.

2- Sə᾽d bin Əbi Vəqqas.

3- Əbdullah bin Əbbas (Hibri Ümmət) .

4- Əbdullah bin Mə´sud.

5- Cabir bin Əbdullah Ənsari .

6- Əbu Hüreyrə.

7- Əbu Səidi Hüri .

8- Cabir bin Səmərə.

9- Malik bin Huveyris.

10- Burra bin Əzib.

11- Zeyd bin Ərkam.

12- Əbu Rafi.

13- Əbdullah bin Əbi Əvfi.

14- Əbi Sureyhə.

15- Hufeyza bin Useyd.

16- Ənəs bin Malik.

17- Əbu Bureydə Əsləmi.

18- Əbu Əyyub Ənsari.

19- Sait bin Museyyib.

20- Həbib bin Əbi Sabit.

21- Şərhibil bin Sə᾽d.

22- Ümmü Sələmə (Peyğəmbərin Xanımı).

23- Əsma binti Umeys (Əbu Bəkirin xanımı).

24- Əqil bin Əbi Talib.

25- Muaviyə bin Əbu Süfyan.

 Səhabələrdən digərləri də vardır ki, nə bu məclisin və nə də mənim zehnimin bu sahabələrin hamsının adını saymağa səbrim yoxdur. Xülasə onların hamsı cüzü bir fərqlə Rəsuli Əkrəmin belə buyurduğunu nəql etmişlər: «Ya Ali! Sən mənə nisbətdə Harunun Musaya olan mənziləti (konumu) kimisən; bu fərqlə ki, məndən sonra bir peyğəmbər yoxdur».

Görəsən, sizcə bu qədər əhli-sünnət üləmasının -ki mən onların çox az bir qisminin adlarını zikr etdim- bu hədisi həzrət Peyğəmbərin səhabələrindən bir çoxuna isnad edərək nəql etmələri, bu hədisin mütəvatir olduğuna dair dəlil deyildirmi? Görəsən, bu anda bu hədisin Xəbəri-vahid olduğunu söyləməklə xata etdiyinizi və mütəvatir hədislərdən olduğunu qəbul edirsinizmi? Çünki mühəqqiq alimləriniz də bu hədisin mütəvatir olduğunu iddia etmişlər.

Məsələn; Cəlaləddin Siyuti «Risalətul-Əzharil-Mütənasirəti fi Əhədisil-Mütəvatirə»də bu hədisi mütəvatir hədislər sırasında qeyd etmişdir; «İzalətul-Xifa və Qurrətul-Əyneyn»də də bu hədisin mütəvatir olduğunu təsdiq etmişdir.

Siz bu hədisin sənədinin səhhəti haqqında adətiniz üzrə təşqiq etdiyinizə görə, sizin böyük alimlərinizdən olan Məhəmməd bin Yusif Gənci əş-Şafeinin «Kifayətut-Talib fi Mənaqibi Əli bin Əbi Talib» kitabının VΙΙ bölümünə müraciət etməniz yaxşı olar. O, həzrət Əlinin (ə) digər üstünlüyünü də bildirən altı hədis nəql etdikdən sonra 149-cu səhifədə öz nəzərini bildirməklə həqiqətləri bəyan etmişdir. Əgər siz bizim sözlərimizi qəbul etmirsinizsə, bu Şafei aliminin sözləri höccəti sizə tamamlamaqdadır. O belə yazır: «Bu hədis, səhihliyinə görə böyük alimlərin ittifaq etdiyi hədislərdəndir. Böyük alim və hafizlərdən Əbu Əbdullah Buxari «Səhihi Buxari» adlı kitabında, Müslim bin Həccac «Səhihi-Müslim» adlı kitabında, Əbu Davud «Sünəyi Əbu Davud» adlı kitabında, Əbu İsa Tirmizi «Məscid»sində, Əbu Əbdürrəhman Nəsai «Sünəyi Nəsai» adlı kitabında, İbni Macə Qəzvini «Sünəyi İbni Macə» deyə adlanan kitabında bu hədisi nəql etmiş və bütün bu alimlər zikr edilən hədisin səhihliyi haqqında ittifaq etmişlər. Həkim Nişaburi də; «Bu, təvatür həddinə yetişən bir hədisdir» demişdir.

Belə zənn edirəm ki, bu hədisin səhihliyi və mütəvatir olduğuna dair olan şübhələri aradan aparmaq üçün daha çox dəlil gətirməyə ehtiyac yoxdur.



Hafiz: «Gətirdiyiniz bu səhih və e᾽tibarlı dəlillər qarşısında tə᾽slim oluram mən o, qədər imansız və inadkar deyiləm. Amma böyük alim və mütəkəllim olan Əbul-Həsən Amudi dəlillərlə bu hədisi rədd etmişdir. Lütfən bunu üzərində bir az düşünün».

vətçi: «Sizin kimi insaflı bir alimin, mənim, əhli-sünnətin ümumisinin qəbul etdiyi böyük alimlərdən gətirdiyim dəlillərin qarşısında, Amudi kimi şərli, əqidəsiz və namazı tərk edən birinin sözlərinə diqqət etməsi həqiqətən məni təəccübləndirir».

Şeyx: «Bəşər əqidəsini bildirməkdə azadır və bir nəfər əqidəsini bildirərsə onu itham etmək doğru deyildir. Hələ sizin kimi əxlaq sahibi olan bir alimin məntiqli cavab vermək əvəzinə, bir fəqihi pis sözlərlə itham etməsi çox çirkin bir şeydir!».

vətçi: «Yanlış buyurdunuz. Mənim heç kimə bir pisliyim yox, Amudiylə də eyni dövürdə yaşamamışam. Amma onun yanlış əqidə sahibi olduğunu sizin böyük alimləriniz nəql etmişlər».

Şeyx: «Bizim alimlərimiz nə vaxt onun azğın əqidəyə sahib olduğunu demişlər?».

Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin