Pisever-geceleri


HƏZRƏT ƏLİNİN (Ə) QƏBRİNİN AŞKAR EDİLMƏSİ



Yüklə 5,47 Mb.
səhifə9/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   5   6   7   8   9   10   11   12   ...   63

HƏZRƏT ƏLİNİN (Ə) QƏBRİNİN AŞKAR EDİLMƏSİ


Qoca cavabında, «Mən sirrini bilirəm, lakin söyləsəm, həyatım əldən gedər» dedi. Xəlifə tə᾽minat verdikdə, ağsaqqal sözə başladı: «Atamla birlikdə buraya gəldik. Atam bu təpənin üzərini ziyarət edib, orada namaz qıldı. Atamdan, «Burada nə vardır?» deyə soruşdum. Atam cavabında belə dedi: «Biz imam Cəfər Sadiqlə (ə) birlikdə buranı ziyarətə gəldik. İmam (ə), «Bura cəddimiz Əli ibn Əbu Talibin (ə) məzarıdır, bu yaxında aşkar olacaqdır» buyurdu.

Xəlifə o yerin qazılmasını əmr etdi. Oranı qazanda, qəbir əlamətinə oxşar daş çıxdı. Orada iki sətir Süryani yazısıyla yazılan bir lövhə gördülər. Lövhədəki yazını tərcümə etdikdə, bu sözlərin yazıldığı mə᾽lum oldu: «Bu Nuh peyğəmbər tərəfindən 700 il əvvəl Məhəmmədinin (s) vəsisi olan Əli üçün qazdığı qəbirdir».

Harun bunu gördükdə, o qəbrə çox ehtiram göstərdi; topraqları təkrar öz yerinə tökmələrini əmr edib, özü də dəstamaz alandan sonra aşığı endi. İki rükət namaz qıldı, çox ağladı və özünü o mütəhhər qəbrin üzərinə atdı. Daha sonra həzrət Musa bin Cəfərin (ə) huzuruna bir məktub yazaraq, bu hadisənin o həzrətdən öyrənilməsini əmr etdi. Həzrət onların sualarının cavabında belə yazdı: «Bəli, ora cəddim Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) qəbridir».

Harun qəbrin üzərində daşla bir bina tikilməsini əmr etdi. Bu bina «Təhciri-Harun» adı ilə məşhur oldu. Daha sonra bu xəbər digər şəhərlərə yayıldı. Mö᾽minlər dörd bir tərəfdən səfər edib, o həzrətin ziyarətinə axışdılar. Bu səbəbdən, seyid İbrahim Mücab da fürsət tapıb, Şiraz şəhərindən həzrətin ziyarəti üçün yola çıxdı. Kərbəlayi-Müəllanı ziyarət edib ondan ayrıldıqdan sonra, Haqqın nidasına «ləbbeyk» deyib, dünyadan köçdü və cəddi imam Hüseynin (ə) yaxınlığında dəfn edildi. İndiyə qədər mübarək qəbri həzrət Hüseynin (ə) məqbərəsinin şimal qərbində dostlarının ziyarətgahıdır.


HƏZRƏT ƏLİNİN (Ə) MƏZARI HAQQINDAKI İXTİLAF


Hafiz: «Amma mən belə açıq və qət᾽i buyurduğunuz kimi, mövlamız həzrət Əlinin (ə) (kərrəmullahu vəchəhu) qəbrinin Nəcəfdə olduğunu düşünmürəm. Çünki alimlər onda ixtilaf etmişlər. Bə᾽ziləri Kufənin Qəsrül-imarəsində, bə᾽ziləri Kufənin məscidinin qiblə tərəfində, bə᾽ziləri Kufə məscidinin Babul-Kindesinde, bə᾽ziləri Kufə Rahbəsində və bə᾽ziləri də Bəqi qəbristanında olduğunu söyləmişlər. Bizim Əfqanıstanın Kabul şəhərinin yaxınlarında da «Məzari Əli» adında bir qəbir vardır. Deyirlər ki, mövlamız Əlinin cənazəsini bir sandığa qoyub sonra onu bir dəvənin üzərinə bağlayaraq, Mədinəyə doğru apardılar; bə᾽ziləri sandığın içərisində qiymətli əşyaların olduğunu zənn edərək, karvanı qarət edib, onu apardılar; Sandığın ağzını açdıqda, həzrətin mübarək cəsədini gördülər. Onu Kabula gətirib, orada dəfn etdilər. Bu səbəbdən, o bölgənin əhalisi o məzara ehtiram edirlər».

vətçi: «Bütün bu mübahisəli fikirlər o həzrətin qəbrinin gizli qalmasını əmr etməsinə görə ortaya çıxmışdır. Bu fəqir (mən) təfsilatıyla izah etmək istəmədi. Bu səbəbdən, imam Cəfər bin Məhəmməd Sadiqdən (ə) belə bir rəvayət nəql edilmişdir: «Həzrət Əmirəl-mö᾽minin həzrət Əli (ə) vəfat anında oğlu imam Həsənə belə buyurdu: «Nəcəfdə məni dəfn etdikdən sonra qəbrimin yerini heç kəsin bilməməsi üçün bu dörd yerdə qəbir qaz: 1. Kufə məscidində; 2. Rahbədə; 3. Cadətu Hübəyrənin evində; 4. Ğariydə».

Əlbəttə, bu fikir ayrılığı sizin alimləriniz arasındadır. Çünki onlar hər kəsin sözünə e᾽tina göstərirlər. Amma şiə alimlərinin o həzrətin mübarək qəbrinin Nəcəfül-əşrəfdə olmasında fikirləri birdir. Çünki onlar hədislərini mütəhhər Əhli-beytdən almışlar. Əhli-beytin də, beytdə olan şeyləri başqalarından daha yaxşı bilmələri açıq-aşkardır.

«Həzrət Əlinin (ə) məzarı Kabulun yaxınlığındadır» buyurduğunuz sözə gəlincə, bu söz həqiqətən çox gülünc, tamamilə yalandır və bu hadisə, doğru bir xəbərdən daha çox əfsanəyə yaxındır.

Daha çox sizin alimlərinizə heyrət edilməlidir. Çünki hər yerdə mütəhhər Əhli-beytdən və onların sözlərindən uzaq durmuşlar; hətta ixtilaf çıxmaması üçün atalarının qəbrinin yerini övladlarından soruşmağa belə hazır olmamışlar. Çünki «ev əhli» evdə olanı daha yaxşı bilir; o həzrətin övladlarının atalarının dəfn edildiyi yeri başqalarından daha yaxşı bilmələri, gün kimi aydındır.

Əgər o zikr edilmiş yerlərdən hər hansı biri doğru olsaydı, hər halda Əimmeyi-əthar1 öz şiələrinə xəbər verərdilər. Əksinə, Nəcəful-Əşrəfə yönəlmişlər. Hətta özləri belə Əmirəl-mö᾽minin (ə) Nəcəfdəki qəbrinin ziyarətinə getmiş və şiələri də bu işə təşviq etmişlər.

Sibt bin Cəvzi «Təzkirə» kitabında müxtəlif rəvayətlər zikr etmişdir: «Altıncı rəvayət də budur ki, həzrət Əlinin (ə) qəbri, bu gün bütün xalqın ziyarətgahı olan «Nəcəful-Əşrəf» şəhərindədir. Bu rəvayət daha aşkar və məşhurdur».

Yenə digər alimləriniz, məsələn Xətibi Xarəzmi, «Mənaqib», Xətibi Bağdadi «Tarixi-Bağdad», Məhəmməd bin Təlhə Şafei «Mətalibüs-süul», İbni Əbil Hədid «Şərhi Nəhcül-bəlağə» və Firuz Abadi «Kamus» (Nəcəf maddəsində) və sairləri öz kitablarında o həzrətin dəfn edildiyi yerin Nəcəfül-Əşrəf olduğunu yazmışlar.

İBRAHİM MÜCABIN ÖVLADLARI


«Vəlhəsil əl-kəlam yəcurrul-kəlam»2 münasibətiylə əsl mövzudan uzaqlaşdıq. İbrahim Mücabın (r.ə) Kərbəlayi-Müəllada vəfatında sonra ondan Əhməd, Məhəmməd və Əli adında üç oğlu yadigar qaldı. Onların hər üçü də cədlərinin dinini təbliğ etmək üçün o zaman «Darül-İmarə»3 olan İrana doğru hərəkət etdilər. Əhməd «Qəsri ibni Hübəyrə»yə gedərək, orada məskunlaşdı və övladlarının hamısı dinə xidmətlə məşğul oldular.

Məhəmməd1 Kirmana gəldi. Ondan Əbu Əliyyul-Həsən, Məhəmməd Hüseyn Şəyyiti və Əhməd adında üç uşaq yadigar qaldı. Onlara da çox şərəfli nəvələr nəsib oldu. Məhəmməd Hüseyn və Əhməd Kərbəlaya qayıtdılar və atalarının qəbri kənarında ömürlərini başa vurdular. Onların nəslindən Kərbəla və ətrafında məşhur böyük qəbirlər vardır. Məsələn, möhtərəm Əli Şəyyiti və Əli Fihar seyidlərinin qəbiləsi ki, Məhəmməd Hüseyn Şəyitinin nəslindəndirlər və Əli Əbu Nasir və Əli Tumə seyidləri də «ərvahuna fədah»ın2 möhtərəm xidmətçilərindən idilər. Onlar da Əhmədin soyundandırlar.

Əliyyul-Həsən isə, Şiraza gəldi. Şiraz əhalisi mütəəssib əhli-təsənnin, ümumiliklə nasibi və xəvaric tə᾽qibçilərindən idilər. Əhli-beytə qarşı məxsus bir ədavətləri olduqlarına görə, Əliyyul-Həsən seyid olduğunu gizli saxladı. Buna görə də, ərəb libasıyla şəhərin kənarındakı çuxur bir yerdə3 evlər tikib, orada yerləşdi. Şirazın Sərəzdək məhəlləsində evləri olan şiə ailələri müəzzəm imamzadələrlə əlaqə qurdular. Onlar da, gizli bir şəkildə dini təbliğat və vilayət haqqında həqiqətləri yaymağla məşğul oldular.

Əbu Əli Əhməd vəfat etdikdən sonra onun böyük oğlu olan Əbu Təyyib təbliğat sahəsini genişləndirdi, yavaş-yavaş şöhrəti artmağa başladı. Müxaliflərdən çoxu hidayət olub, haqq yolunu tapdılar. Artıq şiə cəmiyyəti çoxalmağa başladı. Müəzzəm imamzadələrin təbliğat və təşəbbüsləri nəticəsində, əhəmiyyətli təşkilatlar quruldu. Hətta Şirazda «Sadati Abidi və Mücabi» adında təbliğat minbərləri bərpa edildi.

Öz qohumlarını dini təbliğ etmək üçün dəstə-dəstə kəndlərə göndərir, bir az olsun belə, dini xidmət və təbliğ etməkdən çəkinmirdilər. Onların təbliğat sahəsi İranın ətrafındakı şəhərlərdə getdikcə genişlənirdi. Şiəliyi seçən Diyaləmə zamanında Qazan xan (Mahmud) və Moğol Ülcayitu (Sultan Məhəmməd Xudabəndə) səltənəti dövründə və tamamilə azad olduqları Səfəviyyə zamanında şiə aləminə böyük xidmətlər edildi; İran şəhərlərinin çoxunda şiə imamiyyə məzhəbinin həqiqətləri bu uca xanədan vasitəsiylə yayılmış oldu.


Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin