Pisever-geceleri


HƏZRƏT PEYĞƏMBƏR ZÖHRLƏ ƏSR VƏ MƏĞRİBLƏ İŞA NAMAZLARINI HƏM CƏM, HƏM DƏ AYRI-AYRILIQDA QILIRDI



Yüklə 5,47 Mb.
səhifə5/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   2   3   4   5   6   7   8   9   ...   63

HƏZRƏT PEYĞƏMBƏR ZÖHRLƏ ƏSR VƏ MƏĞRİBLƏ İŞA NAMAZLARINI HƏM CƏM, HƏM DƏ AYRI-AYRILIQDA QILIRDI


vətçi: «Əvvəla bunu söyləyim ki, ağalar da (məclisdəki alimlərə işarə) bilirlər ki, fiqhi məsələlərdə alimlər arasında ixtilaf çoxdur. Hər halda, sizin dörd məzhəb imamlarınız arasında da çox ixtilaflar vardır.

Sonra «şiələrin əməli Rəsulallahın (s) sünnətinə ziddir» şəklində buyurduğunuz sözə gəlincə, məsələni sizə yalnış bildirmişlər. Çünki o həzrət, namazı bə᾽zən cəm və bə᾽zən də ayıraraq qılardı».



Nəvvab: (Öz alimlərinə tərəf dönüb) «Görəsən, Rəsulallah (s) təfriq və həm də cəm şəklindəmi namaz qılırdı?».

Hafiz: «Ümmətin zəhmətə və çətinliyə düşməməsi üçün sadəcə səfər, yağış və sair üzürlü vaxtlarda belə edirdi. Amma səfərdə olmadıqda, namazlarını daima təfriq şəklində əda edirdi. Deyəsən, cənabımız səfəri vətən sanıb, səhvə yol vermişdir».

vətçi: «Xeyir, yanılmamışam, buna yəqinim var; hətta öz rəvayətlərinizdə belə nəql olmuşdur ki, həzrət Rəsulallah bə᾽zən vətəndə heç bir üzürü olmadan, namazlarını cəm şəklində əda etmişdir».

Hafiz: «Deyəsən, şiə rəvayətlərini bizim rivayətlərlə qarışdırmısınız».

vətçi: «Şiə rəvayətlərini bu mə᾽naya (namazın cəm şəklində qılınması) ittifaq etmişlər. Söz sizin rəvayətlər haqqındadır. Bir çox səhih rəvayətlər sizin səhih və mö᾽təbər kitablarınızda bu babda varid olmuşdur».

Hafiz: «Mümkünsə, onların yerlərini bildirərdiniz».

vətçi: «Müslim bin Həccac öz səhihində «Əl-cəmu beynəəs-səlatəyni fil həzər» babında ravilərin silsiləsini nəql edərək, İbni Abbasdan belə deyir: «Rəsulallah (s), zöhrlə əsr və məğriblə işa namazını heç bir təhlükə və səfərdə olmadan, cəm halda qıldı».

Yenə İbni Abbas belə nəql etmişdir: «Rəsulallahla (s) səkkiz rükət zöhrlə əsr və yeddi rükət də məğriblə işa namazlarını cəm halda qıldım».

Eyni hədisi İmam Əhməd bin Hənbəl, «Müsnəd»in Ι cüzündə digər bir hədis də söyləyərək nəql etmişdir ki, İbni Abbas belə dedi: «Rəsulallah (s) Mədinədə olduqda səfərə çıxmadığı halda, bir dəfə səkkiz, bir dəfə də yeddi rükət namaz qıldı (yə᾽ni zöhrlə əsr və məğriblə işa namazını cəm halda əda etdi)».

Müslim, bu qəbildən bir neçə hədis nəql edir; o yerə qədər belə yazır: «Əbdullah bin Şəqiq belə dedi: «Bir gün əsr vaxtından sonra İbni Abbas bizə xütbə oxuyub, söhbət edirdi. Söhbəti o qədər uzun çəkdi ki, günəş batdı, ulduzlar çıxdı və camatın; «Əs-salat! Əs-salat» (Namaz! Namaz!) səsləri ucaldı, amma İbni Abbas e᾽tina etmədi. Bu əsnada Bəni-Təmim tayfasından olan bir şəxs yüksək bir səslə; «Əs-salat! Əs-salat!» deyə qışqırdı. İbni Abbas cavabında belə dedi: «Anasız! Sünnəti mənəmi öyrətmək istəyirsən? Mən ki, Rəsulallahın (s) zöhrlə əsr və məğriblə də işa namazlarını cəm halda əda etdiyini gördüm».

Əbdullah deyir ki, onun bu sözündən qəlbimdə bir vəsvəsə peyda oldu, bu səbəbdən Əbu Hureyrənin yanına gedib, bu məsələni ona söylədim, Əbu Hüreyrə də bunu təsdiq etdi və «bu məsələ İbni Abbasın söylədiyi kimidir» dedi.

Yenə başqa bir mənbədə Əbdullah bin Şəqiqi Əqilidən belə nəql edir: «Əbdullah İbni Abbasın söhbəti o qədər uzun sürdü ki, artıq hava qaraldı; Bir nəfər üç dəfə ardıcıl olaraq, «Əs-salat» deyə qışqırdı. İbni Abbas əsəbiləşərək, belə dedi: «Anasız! Sən namazı mənə öyrədirsən?! Biz Rəsulallahın (s) zamanında iki namazı cəm edirdik».

Yenə sizin böyük alimlərinizdən olan Zərqani, İbni Malikin «Müvatta» kitabının şərhinin Ι cüzündə «Əl-cəmu bəynəs-səlatəyn» babında Əmr bin Hirəm, o da Əbi Şəsa vasitəsiylə Nəsaidən belə nəql edir: «İbni Abbas Bəsrədə zöhrlə əsr və məğriblə işa namazını onların arasında bir fasilə vermədən, cəm edərək qılırdı və «Rəsulallah (s) namazı bu şəkildə əda edirdi» deyirdi».

Yenə «Səhihi-Müslim»də Malik Müvattanın «Cəmun bəynəs-səlatəyn» babında imam Əhməd bin Hənbəl «Müsnəd»də ravilərin silsiləsini Səid bin Cübeyr, o da İbni Abbasdan belə dediyini nəql edir: «Rəsulallah (s) zöhrlə əsr namazını Mədinədə heç bir təhlükə və səfər olmadan, cəm edərək qıldı».

Əbu Zübeyr belə deyir: Səidə, «Nə səbəbdən Peyğəmbər (s) namazı cəm edib qılırdı?» deyə soruşanda, belə cavab verdi: «Mən də bu sualı İbni Abbasdan soruşdum, o da cavabında, «Çünki Peyğəmbər (s) ümmətinin əziyyətə, çətinliyə düşməsini istəmirdi» dedi».

Yenə bir neçə hədisdə İbni Abbasın belə dediyini nəql edirlər: «Rəsulallah (s) zöhrlə əsr və məğriblə işa namazını heç bir qorxu və yağış olmadan, ara vermədən cəm etdi».

Bu babda çox hədislər nəql etmişlər. Amma namazı cəm etməyin caiz olmasına dair daha aydın dəlil «Cəmun beynəs-salatəyn» adıyla mə᾽lum olan bablardır. Cəm hədislərinin zikr edilən babda nəql edilməsi, namazı cəm halda, ara vermədən qılmağın mütləq caiz olmasına bir dəlildir. Belə olmasaydı, o zaman hər biri (yə᾽ni vətəndə və səfərdə cəm etmək) üçün xüsusi bir bab ayırmaları lazım gəlirdi. Sizin səhih və mö᾽təbər kitablarınızda nəql olunan hədislərdə, namazın həm səfər və həm də vətəndə cəm halda qılmağın caiz olması mövcudur».

Hafiz: «Səhihi-Buxari»də belə bir bab və bu cür rəvayət yoxdur».

vətçi: «Birincisi, Müslim, Nəsai və Əhməd bin Hənbəl kimi səhih bildiyiniz kitab sahiblərinin, «Səhihi-Müslim» və «Səhihi-Buxari»yə şərh verənlər və digər böyük alimlərinizin nəql etdikləri, hədəf və məqsədimiz üçün yetərlidir. İkincisi, möhtərəm Buxari də digərlərinin nəql etdiyi rəvayətlərin eynisini öz «Səhih»ində zikr etmişdir, lakin tam bir mə᾽nada öz yeri olan «Cəmun beynəs-salatəyn» babını başqa bir yerdə nəql etmişdir. Əgər «Təhirüz-zöhr iləl əsr min kitabi məvaqitis səlat» və «Zikrul-işa vəl-ətəmət» və «Vəqtul-məğrib» bablarını oxuyub diqqət etsəniz, bu cəm hədislərinin hamısını görərsiniz.

Həm də, «Cəmun bəynəs-səlatəyn» babında izn və icazə ünvanıyla nəql edilən hədislər, əhli-sünnət alimlərinin əqidəsidir, öz səhihlərində bu hədislərin səhih olduğunu iqrar etmişlər. Bu səbəbdən Əllamə Nəvəvi «Səhihi-Müslim»ün şərhində, Əsqəlani, Qəstəlani və Zəkəriyyə Ənsari «Səhihi-Buxari»yə və Zərqani Malikin «Müvatta»sına yazdığı şərhdə, eləcə də sizin digər böyük alimləriniz hədisləri, xüsusən İbni Abbasın hədisini nəql etdikdən sonra onun səhihliyinə və ümmətin əziyyət və çətinliyə düşməməsi üçün bu hədislərin namazın vətəndə cəm halda qılınmasına aydın bir dəlil olduğunu e᾽tiraf etmişlər».



Nəvvab: «Rəsulallahdan namazın cəm halda qılınmasına dair bə᾽zi hədislərin yetişməsinə baxmayaraq, alimlərin onun hökmünə zidd əməl etmələri necə mümkün ola bilər?».

vətçi: «Rəsulallahdan (s) yetişən hədislərə zidd əməl etmək, sadəcə bu mövzuya məxsus deyildir; daha sonra buna bənzər çox şeylərin mövcud olduğunu anlayacaqsınız. Xüsusi ilə bu mövzuda əhli-sünnətin fəqihləri ya dar düşüncələrindən, ya da bilmədiyim başqa bir səbəbdən o səhih hədisləri zahirən zidd sayaraq, əsassız tə᾽villərlə dəyərdən salmışlar. Məsələn belə deyirlər: «Bu hədislər, ancaq təhlükə hiss olunduqda, yağış, sel və möhkəm külək kimi üzürlü vaxtlara aiddir».

Bax, sizin imam Malik, Şafei və Mədinə alimlərindən bir qrup şəxslər də, o tə᾽vilə əsasən fitva vermişlər. Halbuki, belə bir əqidəni və fitvanı İbni Abbasın «من غير خو ف ولامطر»1 hədisi aydın şəkildə rədd edir.

Bə᾽ziləri də belə demişlər: «Yəqin hava buludlu imiş, vaxtı düzgün müəyyən edə bilməmişlər, zöhr namazını qıldıqdan sonra buludlar çəkilib göy üzü açıldıqda, əsr vaxtının daxil olduğunu görmüş, ardınca əsr namazını qılmışlar. Bu səbəbdən zöhr və əsr namazı cəm halda, ara verilmədən qılınmışdır».

Bu tə᾽vildən daha zəif bir tə᾽vil olduğunu zənn etmirəm. Guya bu cür tə᾽vil edənlər, namaz qılan şəxsin Rəsulallah (s) olduğunu düşünməmişlər. Buludun olub-olmaması, Rəsulallah üçün bir maneə olmaz. Çünki o həzrətin elmi, səbəblərə bağlı deyildir; O həzrət bütün səbəb və nəticələri əhatə etmişdi. Belə dar düşüncəli insanların əllərində heç bir dəlil yoxdur. Belə bir tə᾽vilin batilliyi, məğrib və işa namazının cəm olmasında sabitdir. Çünki məğrib və işa namazında buludun olub-olmamasının heç bir əsəri yoxdur; üstəlik belə bir tə᾽vil hədislərin zahirinə də ziddir.

Ərz etdiyimiz kimi, İbni Abbasın xütbəsi o qədər uzun çəkdi ki, dinləyicilər uca bir səslə; «əs-salat» deyərək, ulduzların çıxdığını və namaz vaxtının yetiştiyini xatırlatdılar. Amma bununla belə, İbni Abbas qəstən məğrib namazını işa namazının vaxtına saxlayıb; hər iki namazı bərabər qıldı. Əbu Hureyrə də, Rəsulallahın (s) bu cür namaz qıldığını e᾽tiraf etmişdir. Əlbəttə, bu növ tə᾽villər bizim qarşımızda qəbulolunmazdır. Hətta sizin böyük alimləriniz də bu tə᾽villəri rədd etmiş və bunların, hədislərin zahirinə zidd olduğunu bildirmişlər. Bu səbəbdən, sizin böyük alimlərinizdən Şeyxul-İslam Ənsari «Töhfətul-bəhri fi hərhi Səhihil-Buxari» kitabında, «Səlatüz-zöhr məal əsri vəl məğribi məal işa» babında, eyni şəkildə Əllamə Qəstalani «İrşadüs-sari fi şərhi Səhihi-Buxari» kitabının ΙΙ cüzündə, «Səhihi-Buxari»ni şərh edən digər şəxslər və sizin tədqiqatçı alimlərinizdən bir çoxları, bu növ tə᾽villərin hədislərin zahirinə zidd olduğunu bildirmişlər. Namazın təfriq olaraq qılınmasının vacibliyinə bağlılıq­­­­­­­ «تر جيح بلا مر جٌح وتجصيص بلا مخصٌص»2-dır».

Nəvvab: «Bəs, bu iki qrup müsəlman qardaşın bir-birinin canına düşməsinə, ədavət gözüylə bir-birlərinə baxmasına və bir-birlərinin əməllərini pisləməsinə səbəb olan bu ixtilaflar necə meydana gəlmişdir?».

vətçi: «Birincisi, «Bu iki qrup müsəlman bir-birlərinə ədavət gözüylə baxır» dediyiniz sözə gəlincə, Əhli-beyt və risalət xanədanını, şiə camaatını müdafiə etmək məcburiyyətindəyəm. Çünki şiə camaatı qətiyyən əhli-təsənnin qardaşların alim və avamına ədavət və həqarət gözüylə baxmır, hətta onları öz qardaşlarımız bilirik Amma əhli-təsənnin qardaşlar əcnəbi, xəvaric, nasibi və Əməvilərin əleyhimizə apardığı təbliğatın tə᾽siri altına düşərək qiblə, kitab, nübuvvət, bütün fərz və müstəhəb əhkama əməl etmək, böyük günah və məsiyyətləri tərk etmək yönündə onlarla ortaq olan şiə qardaşlarını rafizi, müşrük və kafir bilmiş, onları özlərindən ayırmış və onlara ədavət gözüylə baxmışlar.

İkincisi, «Bu ixtilaflar nə cür meydana gəlmişdir?» deyə buyurdunuz. Yanığlı bir qəlblə ərz edim ki, bu ixtilafın təməlini qoyanın Allah canını alsın. İndi bu növ ixtilafların haradan qaynaqlandığını ərz edəcək bir vaxtımız yoxdur. İnşaallah, sonrakı gecələrdə bə᾽zi münasibətlər, daha doğrusu pərdələr qalxacaq, o zaman özünüz həqiqətin nə olduğunu anlayacaqsınız.

Üçüncüsü, namazın cəm və təfriq şəklində qılınmasına gəlincə, əhli-sünnət fəqihləri mütləqə və caizliyə dəlalət edən zikr olunan hədislərin, ümmətin rahatlığı və əziyyətə düşməməsi üçün üzürlü vaxtlara aid olduğunu söyləmişlər. Amma bilmirəm onlar nə üçün belə əsasız fikirlər irəli sürür və üzür olmadan, namazların cəm qılınmasını caiz bilmirlər. Hətta Əbu Hənifə və ona tabe olanlar, namazı cəm halda qılmağı istər üzürlü, istər üzürsüz, istər vətəndə, istərsə də səfərdə olsun, qadağan etmişdir.

Lakin Şafei, Maliki və Həmbəlilər bütün üsul və füruda ixtilafları olmalarıyla bərabər, həcci-ümrə və mubah olan yerlərdə namazın cəm olaraq qılınmasına izn vermişlər.

Lakin şiə alimləri Rəsulallahın (s) göstərişiylə, haqq və batili bir-birindən ayıran və qiyamət gününə qədər Qur᾽andan ayrılmayan həzrət Peyğəmbərin bütün günahlardan uzaq olan Əhli-beytinə tabe olaraq, namazın istər səfərdə, istər vətəndə, istər üzürlü, istərsə də üzürsüz olsun, cəm halda qılınmasının caiz olduğu hökmünü vermişlər.

Cəm halda namaz qılmaq, namaz qılanın ixtiyarındadır; yə᾽ni namaz qılan bir şəxs zöhrlə əsr və məğriblə işa namazını, rahatlıq üçün cəm halda, bir vaxtda və ya təfriq halda, ayrı fəzilət vaxtlarında qılmaqda ixtiyar sahibidir. Əlbəttə, təfriq halda, ayrı olaraq və fəzilət vaxtlarında qılınması, cəm halından daha fəzilətlidir. Bu məsələ şiə alimlərinin fiqh kitablarında kamil bir şəkildə zikr edilmişdir. Lakin ümumilikdə xalqın işinin çoxluğu və sıxıntıları nəzərə alınaraq, müqəddəs İslam şəriətinin hədəfi də xalqı əziyyət və məşəqqətə salmamaq olduğundan, şiələr namazlarını cəm olaraq qılırlar.

Bizə qəzəb və kinlə baxan digər əhli-sünnət qardaşların ağıllarına gələn şübhəli sualların aydınlıq tapması üçün dediyim bu cavabların, yetərli olacağını hesab edirəm. Qarşıda daha əhəmiyyətli mövzular haqqında bəhs ediləcəyinə görə, əvvəldəki müzakirəmizə qayıtmaq yaxşı olardı. Çünki əsl əhəmiyyətli məsələlər həll olduqda, cüz᾽i məsələlər də öz həllini tapacaqdır».

Hafiz: «Birinci gecədən qardaşımızın nə dərəcədə yüksək mə᾽lumatlı olduğunu, aramızda onunla müqayisə ediləcək bir kəsin olmadığını və kitablarımızdan kamil şəkildə xəbərdar olan bir şəxs olduğunu anladıq. Bu səbəbdən, çox şad olduq. Buyurduğunuz kimi, bəhs edilən mövzunu davam etdirməniz yaxşı olardı.

İcazənizlə bunu demək istərdim ki, siz fəsih və bəlağətli bir bəyanla Hicazi və Haşimilərin belə pak bir nəsilə sahib olduqlarını sabit etdiniz. Necə oldu ki, Məcusi (atəşpərəst) mərkəzi olan İrana gedərək orada məskunlaşdınız? Bu hicrətin səbəb və tarixini bəyan etsəydiniz, çox şad olardıq».



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin