Pisever-geceleri


SALMAN, ƏBUZƏR, MİQDAD VƏ ƏMMARIN MƏQAMI



Yüklə 5,47 Mb.
səhifə14/63
tarix21.10.2017
ölçüsü5,47 Mb.
#7650
1   ...   10   11   12   13   14   15   16   17   ...   63

SALMAN, ƏBUZƏR, MİQDAD VƏ ƏMMARIN MƏQAMI


vətçi: «Bunlara əlavə olaraq, siz Peyğəmbərin (s) əshabının əməlini höccət bilir və o həzrətdən belə bir hədis nəql edirsiniz: «Şübhəsiz, əshabım ulduzlar kimidir, hansına iqtida etsəniz, hidayət olarsınız».

Əbul-Fida öz tarixində, «Peyğəmbərin (s) əshabından olan bu dörd nəfər «Səqifeyi Bəni-Səidə»də Əliylə (ə) birlikdə Əbu Bəkirə bey᾽ət etməkdən çəkindilər», -deyə yazılmamışdırmı? Belə isə, nə səbəbdən onların əməlini və bey᾽ətdən çəkinmələrini höccət bilmirsiniz?! Öz alimləriniz ki, onları Allahın və Peyğəmbərin (s) dostu olduqlarını yazmışlar. Biz də, həzrət Əlinin (ə) tə᾽qibçiləri olaraq onlara bağlanırıq. Siz də öz hədislərinizin hökmüylə doğru yolu tapa bilərsiniz.

Qardaşların izniylə vaxtınızı nəzərə alaraq, sizlərə bir neçə hədis nəql etmək istəyirəm:

Hafiz Əbu Nəim İsfahani «Hilyətul-övliya»da1 və İbni Hacər Məkki «Səvaiqul-mührikə»də həzrət Əlinin (ə) fəzilətləri haqqındakı qırx hədisin 5-ci hədisində Tirmizidən, Hakkim də Bureydədən Rəsulallahın (s) belə buyurduğunu nəql etmişlər: «Allah-təala dörd nəfəri sevməyi mənə əmr etmiş və mənə də onların məni sevdiyini bildirmişdir». «Ya Rəsulallah! O dörd nəfər kimlərdir?» soruşulduqda, o həzrət (s), «Əli ibn Əbu Talib, Əbuzər, Miqdad və Salmandır», -deyə buyurdu.

İbni Hacər 33-cü hədisdə Tirmizidən və Hakim Ənəs bin Malikdən Rəsulallahın (s) belə buyurduğunu nəql etmiş: «Cənnət üç nəfərin həsrətini çəkir: Əli, Əmmar və Salman».

Görəsən, Allahın, Peyğəmbərin və cənnət əhlinin məhbubu olan Rəsulallahın (s) xas əshabının əməl və davranışları nümunə deyil? Müsəlmanların onları qəbul edəcək və onlara əhəmiyyət verəcək dərəcədə höccətləri yoxdurmu?! Görəsən, sizin nəzərinizdə sadəcə «Səqifə» oyunuyla müvəfəqiyyət qazanan bə᾽zi qrupların əshab sayılması və Rəsulallahın (s) Səqifə əhlinin niyyətlərinə müxalifət edən digər pak səhabəsinin e᾽tibar dərəcəsindən düşüb tə᾽sirsiz qalması utandırıcı deyilmi?!

Bu səbəbdən, nəql etdiyiniz hədisi mütləq bir şəkildə deyil, bu çıxılmaz vəziyyətə düşməməniz və bizi də hidayət dairəsindən çıxarmamağınız üçün «Əshabımdan bə᾽zisi ulduzlar kimidir» desəydiniz daha yaxşı olardı».

İRANLILARIN ŞAHLARI, DİYALEME, QAZAN XAN VƏ XÜDABƏND ŞAHIN ZAMANINDA ŞİƏ OLMALARININ SƏBƏBİ


Lakin «şiə məzhəbi siyasi bir məzhəbdir», «məcusi iranlılar, siyasətdə ərəblərin əsarətindən və səltənətindən uzaqlaşmaq üçün bunu qəbul etmişlər» sözlərinizə gəlincə, diqqət etmədən atalarınıza tabe olaraq, onların səhv sözlərini bəyan etdiniz. Çünki əvvəlcədən şiənin İslami bir məzhəb olduğunu və Xatəmul-ənbiyanın (s) Allahın əmriylə ümmətin qarşısında qoyduğu bir yol olduğunu sabit etdik. Biz o həzrətin əmrinə görə, Əmirəl-mö᾽minin həzrət Əli və pak Əhli-beytinə (salamullahi əleyhim əcməin) bağlanırıq. Bizə verilən əmrə uyğun əməl edirik və özümüzü haqq bildiyimizdən, qurtuluşa yetişəcəyimizə inanırıq.

Rəsulallahın (s) ən kiçik bir göstərişi olmadan və onun əmrinə uyğun olmayan Səqifə iclasını təşkil edənlər, siyasətçilərdir; Onlar həzrət Peyğəmbərin (s) xəttində və hər şeydən pak Əhli-beytə (ə) bağlı olan kəslər deyildilər. Çünki Əhli-beytə bağlanmaq üçün o həzrətin bilavasitə özündən göstəriş vardır və sizin e᾽tibarlı kitablarınızda da zikr olunmuşdur. Lakin Səqifə və Səqifə əhlinə bağlanmaq xüsusunda, o həzrət tərəfindən qətiyyən heç bir göstəriş sadir olmamışdır.

İranlıların, Əmirəl-mö᾽minin Əli və mütəhhər Əhli-beytinin vilayət məqamlarına diqqət etmələrinə gəlincə, əhli-sünnətdən olan qardaşlar ya inad və təəssüb üzündən, ya düşünmədən, ya da heç bir araşdırma aparmadan, keçmiş ata-babalarının adətinə bağlanaraq hökm vermişlər. Beləcə, əhli-sünnətin kitablarını mütaliə edən digər yazarlar da yanlışlığa qapılmışlar. Belə məşhur bir atalar sözü vardır: «Tək başlarına hakimin yanına gedib, sevinclə döndülər». Onlar iranlıların, siyasi məqsədlərə görə haqq olan şiə məzhəbini seçdiklərini səhvən düşünmüşlər.

Həqiqətən iranlıların Əmirəl-mö᾽minin Əliyə və o həzrətin Əhli-beytinə olan maraq və sevgilərinin əsl səbəbini, adət və təəssübdən uzaq duraraq öyrənmək istəməmişlər və ya dərin bir şəkildə düşünüb diqqət etməmişlər. Əgər bir az düşünüb diqqət etsəydilər, həqiqətə tez yetişərdilər. Əgər bir kəs və ya bir cəmiyyət bir işi siyasət məqsədi ilə etmiş olarsa, o iş müvəqqətidir; nəticə əldə edib hədəfə yetişdikdən sonra gəldikləri eyni yollada geri dönərlər. Onlar şiə kimi min il o əqidədə sabit qalmaz, bu yol uğrunda canlarını verməz, şiə kimi bayrağını qanlarıyla qorumaz və «La ilahə illallah Məhəmmədən Rəsulallah»dan sonra «Əliyyən vəliyyullah» kəlməsini söyləyərək, iftixar etməzlər.

Qardaşların icazəsiylə tarixin aydınlığa qovuşması, onların siyasət hicabı ilə özlərini şiə göstərmədiklərini, həqiqət, dəlil, bürhan və qəlbdən qaynaqlanan sevgi ilə haqq olan şiə məzhəbini seçib, qəbul etdiklərini bilməyiniz üçün bütün millətlər arasında iranlıların həzrət Əli və mütəhhər Əhli-beytinə olan sevgilərinin əsl səbəbini qısaca hüzurunuza ərz edirəm:

Əvvəla, iranlıların ağıl və zəkaları, cəhalət, adət və təəssübün onlara mane olmamasını, eyni zamanda haqq və həqiqəti tez idrak edib, səmimiqəlbdən bunu qəbul etməyin vacib olduğunu bilmişlər. Çünki müsəlman ərəblərin əliylə İranın fəth edilməsindən sonra müsəlmanların onlara tanıtdırdıqları müqəddəs İslam dinini tam azad bir şəkildə qəbul etməklərində heç bir məcburiyyət və zorakarlıq olmadı. Müsəlmanlarla həm söhbət olduqdan sonra dəqiq bir araşdırma ilə İslamın haqq olduğunu anlayıb, neçə min illik atəşpərəstlik və Məcusiyyət dininin batil olduğunu təşxis1 edərək, tam bir istəklə iki tanrıya ‒ Əhrimən və Yəzdana olan inanclarından üz çevirib, İslam dinini qəbul etdilər. Beləliklə, həqqaniyyəti sabit edən dəlilləri şiə məzhəbinə, yə᾽ni həzrəti Əlini (ə) tə᾽qib etməklə, əqli dəlillərə bağlandılar.

Buyurduğunuz kimi və dar düşüncəli yazarların çoxunun iddialarının əksinə olaraq, iranlıların vilayət məqamına olan bağlılıqları və onların Əmirəl-mö᾽minin həzrəti Əliyə (ə) olan sevgiləri Harun və Məmunun xilafəti dövründə olmamışdır; bu sevgi bilavasitə Rəsulallahın (s) zamanında insanların qəlbinə yerləşmişdi. Çünki hər iranlı Mədinəyə gəlib müsəlman olduqda, sahib olduqları xüsusi baxışları və zəkalarıyla haqq və həqiqəti həzrəti Əlidə (ə) görürdülər. Bax, bunun üçün Rəsulallahın (s) əmir və rəhbərliyi ilə o həzrətin vilayətinin sağlam ipinə sarılırdılar.

İmanın bütün dərəcələrinə sahib olan Salman onların başında yer almışdı. Hər iki firqənin nəql etdiyinə görə, Rəsulallah (s) onun haqqında belə buyurmuşdur: «Salman biz Əhli-beytdəndir».

Əvvəl gündən «Salmani Məhəmmədi» ləqəbiylə məşhur oldu. Baxın, bu Salman xalis şiələrdən, o həzrətin vilayətinə maraq göstərənlərdən və Səqifə hadisəsinə qarşı ciddi bir şəkildə müxalif olanlardandır. Sizin öz kitablarınızda nəql olan hədisin hökmünə görə, ona bağlanmaq, hidayət yoluna tabe olmaqdır.

Salman Farsinin belə xalis şiə olmasının səbəbi, həzrət Əlinin haqqında eşitdiyi ayə və Rəsulallahın (s) sözləri idi. Çünki dəfələrlə Rəsulallahın (s) belə buyurduğunu eşitmişdi: «Əliyə itaət edən mənə, mənə itaət edən isə, Allaha itaət etmişdir; Əliyə müxalifət edən mənə, mənə müxalifət edən isə, Allaha müxalifət etmişdir».

Rəsulallahın (s) zamanında və ondan sonrakı zamanlarda Mədinəyə gedib müsəlman olan hər iranlı, o həzrətin itaət və səfində yer alırdı. Buna görə də, ΙΙ xəlifə qəzəblənərək, onlar üçün bə᾽zi hüdudlar qoydu. Bu məhdudiyyət və təzyiqlər onların qəlbində bə᾽zi ədavət və kinin yaranmasına səbəb oldu. Xəlifənin, Rəsulallahın (s) əmr və davranışına zidd olaraq onları qovması və İslami haqqlardan məhrum etməsinə görə, çox kədərləndilər.

Bunlara əlavə olaraq, iranlıları hər şeydən daha çox həzrət Əli (ə) və Əhli-beytinin müqəddəs məqamına istiqamətləndirən, o həzrət haqqında geniş təhqiqat aparmaları və qəlblərində ona qarşı məhəbbət bəsləmələrinə səbəb olan şey, Əmirəl-mö᾽minin həzrət Əlinin (ə) əsir düşmüş şahzadələrini müdafiə edib, qoruması olmuşdur.

Mədain1 (Tisfun) əsirlərini Mədinəyə gətirəndə, ΙΙ xəlifə əsir olan bütün qadınları müsəlmanlara cariyə (kəniz) olaraq verilməsini əmr etdi. Əmirəl-mö᾽minin Əli (ə) bu işə mane olub, belə buyurdu: «Şəhzadələr müstəsna və möhtərəmdirlər, İran şahı Yəzdəgirdin iki qızı əsirlər arasındadır, onlar cariyə verilməməlidir». ΙΙ xəlifə, «belə isə nə etmək lazımdır?» dedikdə, Əli (ə) buyurdu: «Əmr et, ayağa qalxsınlar və müsəlmanlardan istədikləri şəxsi, azad şəkildə özlərinə ər qəbul etsinlər».

Həzrət Əlinin tövsiyəsinə əməl edərək, durub səhabələri gözdən keçirdilər. Şahzadə həzrətin himayəsi altında tərbiyə görən və böyüyən Məhəmməd bin Əbu Bəkri, Şəhribanu da Rəsulallahın (s) nəvəsi ‒ imam Hüseyni (ə) seçdi. Bu qızlar şəri bir nigahla onların evinə getdilər.

Allah-təala, Şahi-Zənəndən Məhəmmədə bir övlad verdi (İmam Cəfər Sadiqin anası olan Ümmü Fərvənin babası Qasım Fəqihi). Şəhribanudan da imam Hüseynə (ə) imam Zeynül-Abidini (ə) bağışladı.

Bu xəbər və həzrəti Əlinin (ə) şəhzadələri qoruması məsələsi iranlılara yetişdikdə, o həzrətə xüsusi bir maraq göstərdilər; bu göstərilən maraq, imam haqqında dərin bir şəkildə təhqiq aparmalarına səbəb oldu.

Xüsusilə də, İran müsəlmanların əliylə fəth edildikdən sonra müsəlmanlarla yaxından təmasda olmaları nəticəsində, o həzrətin vilayət, imamət və xilafət məqamını isbatedici dəlillərlə öyrənib, qəlbən ona bağlandılar. Mane və məhdudiyyətlər aradan getdikdə, vəziyyət münasib olduqda, öz inanc və əqidələrini açıq-aydın söyləyib, məzhəblərini aşkar etdilər.

Bu əqidənin ortaya çıxması və məzhəbin mövcudluğunun, Harun və Mə᾽munun zamanı və Səfəvilərin səltənət dövrüylə heç bir əlaqəsi yoxdur. Səfəvilərin səltənət dövründən 700 il əvvəl haqq olan şiə məzhəbi İranda zühur etmişdir, yə᾽ni hicri IV əsrdə İranda hakim Diyalemei Əli Buyeye devrildikdən sonra bu həqiqətin üzərindən pərdə götürüldü. Beləcə, iranlılar tam bir azadlığa qovuşub, qəlblərində gizli qalan məzhəbi aşkar etdilər.



Yüklə 5,47 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin