İlk məftilsiz teleqraf (radio qəbuledici) 7 may 1895-ci ildə rus alimi Aleksandr Stepanoviç Popov Rusiyanın Fizika-Kimya cəmiyyətinin iclasında “ildırımölçən” cihazı nümayiş etdirdi, hansı ki, elektrik dalğalarını qeyd etmək üçün təyin olunmuşdur. Bu cihaz dünyada ilk məftilsiz teleqraf, radioqəbuledici aparat hesab olunur. 1897-ci ildə bu aparatın köməyi ilə Popov sahillə hərbi gəmilər arasında məlumatın ötürülməsi və qəbulunu həyata keçirmişdir.
Bodun teleqraf aparatı
XIX əsrin sonlarında fransız Jan Moris Bod bərabərölçülü teleqraf kodlarını ixtira etmişdir. Onda iki müxtəlif növ siqnallardan istifadə olunurdu. Onları necə adlandırmaq əhəmiyyətli deyil: nöqtə və tire, plus və minus, 0 və 1. Bu iki bir-birindən fərqlənən elektrik siqnallarıdır. Bütün simvolların kodları eyni uzunluqdadır və 5-ə bərabərdir. Bu halda hərfləri bir-birindən ayırmaq problemi olmayacaq: hər bir 5 siqnal – mətnin işarəsidir. Əgər bütün simvolların kodlarının uzunluğu bərabərdirsə, onda kodlar eyniölçülü adlanır.
Bod kodları – texnika tarixində ilk dəfə olaraq informasiyanın ikilik kodlaşdırma üsulu hesab olunur. Bu ideya sahəsində yazı makinasına oxşar olan hərf çap edən teleqraf aparatı yaradıldı. Müəyyən hərfə uyğun düyməni basdıqda, rabitə xəttinə ötürülən 5 impulslu siqnal hazırlanır. Bodun şərəfinə 1 vahid informasiyanın ötürülmə sürətini bod adlandırmışlar: 1bod=1bit/san (bps). Müasir kompüterlərdə mətnləri kodlaşdırmaq üçün bərabərölçülü ikilik kodlar tətbiq olunur.
Kompüterdə ikilik kodlaşdırma Kompüterdə emal olunan bütün informasiyaları 2-lik kodlarla göstərmək lazımdır. Bu iki simvolu 2-lik rəqəmlər yaxud bitlər adlandırmaq qəbul olunur. 0 və 1 rəqəmlərinin köməyi ilə istənilən məlumatları kodlaşdırmaq olar. Bu kompüterdə iki əsas prosesin təşkil olunmasına səbəb olur: kodlaşdırmaya və dekodlaşdırmaya.
Kodlaşdırma –giriş informasiyasını kompüterin qəbul etdiyi formaya çevrilməsidir, yəni ikilik koda.