Azərbaycan Respublikası Təhsil Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Problemləri
İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti
Bakalavr tədris pilləsi üçün “Gəlir və əmək haqqı siyasəti” fənninin
Proqramı
İxtisas: “İİ 010500 – Əməyin iqtisadiyyatı və sosiologiyası”
Azərbaycan Respublikası Təhsil
Nazirliyinin 18.12.2012-ci il tarixli
2230 saylı əmri ilə qrif verilmişdir
Bakı-2013
Tərtib edənlər: i.e.n.,dos. Ə.İ.Məmmədov
i.e.n.,dos. Ə.A.İsmayılzadə
Redaktor : i.e.n.,dos. A.B.Məmmədov
Rəyçilər : i.e.d.,prof. M.Əhmədov
i.e.n.,dos. Q.S.Bayramov
GİRİŞ
Içtimai təkrar istehsalın mühüm mərhələsi olan bölgü çox zəruri bir funksiyanı həyata keçirir. Bolgü öz mahiyyəti, forma və prinsiplərinə görə müxtəlif istehsal üsullarında əsaslı surətdə fərqlənir. Cəmiyyətin hər bir inkişaf mərhələlərində maddi nemətlər bölgüsünün xarakteri və forması mövcud hakim mülkiyyət münasibətləri ilə müəyyən olunur. Odur ki, bazar münasibətlərinin inkişaf etdiyi bir şəraitdə «Gəlir və əmək haqqı siyasəti” fənninin tədrisi və öyrənilməsi olduqca zəruridir.
Gəlirlər və əmək haqqı siyasəti bir qayda olaraq makro və mikro səviyyələrdə həyata keçirilir. Gəlirlər, əmək haqqı, onların formalaşması və istifadəsi sosial-iqtisadi sistemlərin hamısında həmişə dövlətin əsas problemi olmuş və olmaqdadır.
Sosial-əmək münasibətləri sistemində əmək haqqı mühüm yer tutur. Əmək haqqı eyni zamanda mühüm ailə təsərrüfatlarında pul kütləsinin həcmi ilə əlaqələndirilməsi, əhalinin investisiya imkanlılığı, əhali xərclərin strukturu, vergi ödəmə qabiliyyəti ilə əlaqədardır. Əmək haqqının artan xəttlə inkişafı bu əlaqələrin daha sığ inkişafına səbəb olur.
Bu baxımdan «Gəlir və əmək haqqı siyasəti» fənninin bütün iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələrin öyrənməsi vacibdir. Bu fənnin proqramı 15 mövzudan ibarət olmaqla, məntiqiardıcıllıq və üzvi bağlılıqla tərtib edilmişdir. Bu mövzularda əsasən gəlir və əmək haqqı siyasətinin bölgü münasibətləri ilə əlaqəsi, gəlirlər və əmək haqqının formalaşmasının iqtisadi mahiyyəti, gəlirlər və əmək haqqının tənzimlənməsində dövlətin rolu, əmək haqqı və gəlirlər sferasında vəziyyətin təhlili və qiymətləndirilməsi, əmək haqqının təşkili və onun əsas funksiyaları, əmək fəaliyyətinin stimullaşdırılması, sosial transfertlər və onların əhali gəlirlərinin formalaşmasında rolu və s. məsələlər şərh olunmuşdur.
MÖVZU l.
BAZAR İQTİSADİYYATI İNKİŞAF ŞƏRAİTİNDƏ GƏLİR VƏ ƏMƏK HAQQI
SİYASƏTİNİN ƏSAS MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
Bazar münasibətləri şəraitində «Gəlir və əmək haqqı siyasəti» kursunun əsas məqsədi, məzmunu və mahiyyəti. Makro və mikro səviyyədə gəlirlər və əmək haqqı siyasəti. Gəlirlər və əmək haqqı siyasətinin sosial-iqtisadi əsasları. «Gəlir və əmək haqqı siyasəti» fənninin vəzifələri.
Gəliriər və əmək haqqı siyasətinin həyata keçirilməsi mexanizmi. Bazar münasibətləri şəraitində əhali gəlirlərində və əmək haqqlarında baş verən dəyişikliklər. Kursun nəzəri əsasları. Kursun digər elmlər sistemində yeri, onun digər yaxın elmi fənlərlə qarşılıqlı əlaqəsi.
«Gəlir və əmək haqqı siyasəti» kursunun yeni inkişaf mərhələləri və perspektivləri.
MÖVZU 2.
GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİ VƏ BÖLGÜ
MÜNASİBƏTLƏRİ
Bazar münasibətləri şəraitində bölgü münasibətlərinin mahiyyəti və xarakteri. Bölgü münasibətləri mülkiyyət münasibətlərindən törəmədir. Ümumi daxili məhsul, milli gəlir və əhalinin gəlirlərinin formalaşması. İctimai istehsalın mərhələləri: istehsal, bölgü, mübadilə və ıstehlak. Milli gelirin ilkin bölüşdürülməsi və yenidən bölüşdürülməsi. Milli gəlirin ilkin böl- güsü: əmək haqqı, mənfəət; faiz, torpaq rentası. Milli gəlirin yenidən bölgüsü yolları: dövlət büdcəsi vasitəsilə, xidmət sferası vasitəsilə, ictimai təşkilatlar vasitəsilə.
Milli gəlirin artması əhalinin həyat səviyyəsinin yüksəlməsinin əsasıdır. Milli gəlir yığım və istehlak fondlarının yaradılmasına xidmət edir. Ictimai əmək məhsuldarlığı, onun milli gəlirin artmasına təsiri. Əmək məhsuldarlığının artırılması əhalinin real gəlirlərinin əsasıdır.
Əhalinin real gəlirlərinin artım tempi ilə əmək məhsuldarlığı arasındakı əlaqə. Müəssisələrdə və sahələrdə əmək haqqı və əmək məhsuldarlığının artımı arasındakı nisbət.
MÖVZU 3.
GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ FORMALAŞMASININ
İQTİSADİ MAHİYYƏTİ
Iqtisadi gəlirlər və iqtisadi resurslar. Gəlirlər istehsal amilləridir. Əmək haqqı əhali gəlirlərinin bir mənbəyidir. Əhali gəlirlərinin növləri. Ailə gəlirləri, onun quruluşu, ailə xərcləri və onların istiqamətləri. Mülkiyyətdən əldə olunan gəlirlər. Sahibkarlıqdan əldə olunan gəlirlər. «Kölgəli» iqtisadiyyat və ondan əldə edilən gəlir. Leqal və qeyri-leqal gəlirlər. Əmək gəlirləri və qeyriəmək gəlirləri.
Əhali gəlirlərinin tərkibi və quruluşu. Gəlirlər, xərclər və əhalinin əmanətləri, onların mənbəyi və növləri. Gəlirlər və xərclər siyasəti. Gəlirlərin bölüşdürülməsinin müxtəlif modelləri. Əhalinin gəlirlərə göre təbəqələşməsi.
Bazar iqtisadiyyatının inkişaf dövründə gəlirlərin formalaşması. Xərclərin növləri və quruluşu. Gəlirlər və xərclər siyasəti, onların iqtisadi inkişafla əlaqəsi. Istehlak malları və xidmətləri qiymətlərinin artmasının əhalinin gəlirlərinə və xərclərinə təsiri. Əhali gəlirlərinin formalaşmasına inflyasiyanın təsiri.
MÖVZU 4.
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ ƏMƏK HAQQI VƏ
HƏYAT SƏVİYYƏSINİ MÜƏYYƏN EDƏN AMİLLƏR
Əmэk haqqının sosial-iqtisadi mahiyyəti. Əmək haqqı milli gəlirin ilkin bölgüsündə işçinin pul formasında aldığı paydır. Əmək haqqı işçinin şərt etdiyi iş qüvvəsi dəyərinin haqqıdır. Əməyin kəmiyyəti və keyfiyyəti, əməyin mürəkkəbliyi, əmək intensivliyi, onların əlaqəsi.
Əmək haqqı xüsusi iqtisadi kateqoriya kimi. İş qüvvəsi əmtəəsi, onun xüsusiyyəti. Əmək haqqı iş qüvvəsi dəyərinin çevrilmiş forması və qiyməti kimi. Əmək haqqının təkrar istehsal, stimullaşdırıcı, tənzımləyici, idarəetmə və mövqe (status) funksiyaları. Əmək haqqının əmək məhsuldarlığına təsiri. Əmək haqqının növləri: nominal və real əmək haqqı. Real əmək haqqı indeksi. Real əmək haqqı indeksinin yüksəlməsinə təsir edən amillər.
Həyattın keyfiyyəti anlayışı. Yoxsulluq və kasıblıq problemləri. Yoxsulluğun aradan qaldırılması yolları və əhalinin sosial müdafiəsi ilə əlaqədar görülən tədbirlər.
Əhalinin həyat səviyyəsi göstəriciləri: istehlakın səviyyəsi, asudə vaxtdan istifadə təhsil və mədəni səviyyə, səhiyyənin vəziyyəti, əməyin təhlükəsizliyi, fiziki inkişaf və vətəndaşın təhlükəsizliyi. «Həyat səviyyəsi» və «həyat tərzi» anlayışları, onların bir-birindən fərqləri. Birləşmiş Millətlər Təşkilatının həyat səviyyəsini müəyyən etmək üçün müəyyənləşdirdiyi «insanın inkişaf ındeksi» göstəricisi, onun mahiyyəti və göstəricıləri.
MÖVZU 5.
GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ
TƏNZİMLƏNMƏSİNDƏ DÖVLƏTIN ROLU
Bazar münasibetləri şəraitində iqtisadi mexanizmlərin rolunun getdikcə artması. Bazar iqtisadiyyatı inkişaf şəraitində dövlət tənzimlənməsinin mövcud ünsürləri. «Minimal sosial risk» münasibətlərində dovlətin rolu. Dövlətin iqtisadiyyata müdaxilesinin 3 iqtisadi-nəzəri modeli: total, liberal-demokratik, keçid iqtisadiyatı.
Gəlir iqtisadi və sosial kateqoriya kimi. Gəlir və əmək haqqı siyasətinin reallaşdırılmasının ünsürləri.
Gəlir və əmək haqqının tənzimlənməsi siyasəti - dövlətin sosiai siyasətinin tərkib hissəsi kimi. Minimal əmək haqqı siyasəti, onun tətbiqi və ona olan zərurət.
Gəlirlər və əmək haqqının dövlət tənzimlənməsinin əsas problemləri. Gəlirlər və əmək haqqının tənzimləmnəsinin başlıca ıstiqamətləri. Dövlət tənzimlənməsinin məqsədi, vəzifələri və metodlarıl. Tənzimlənmənin hüquqi aspektləri. Əməyin ödənilməsinin vahid tarif sistemi.
Əmək haqqı və gəlirlərin tənzimlənməsində vergilərin rolu. Gəlirlər və əmək haqqının kollektiv müqavilə vasitəsılə tənzimlənməsi.
MÖVZU 6.
GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ
Dövlətin mövcud sosial-iqtisadi siyasэti. Gəlirlərin ədalətli bölgüsü – social siyasətin əsas problem kimi. Sosial standartlar. Minimal sosial standartlar. Həyat səviyyəsinin beynəlxalq standartlarına dair beynəlxalq hüquq normaları – Beynəxalq Əmək Təşkilatın (BƏT) konvensiyası № 117.
Fiskal siyasəti - gəlirlər bölgüsü siyasətinin formalaşmasının iqtisadi əsası kimi. Diskression və avtomatik fıskal siyasət. Vergi sıyasəti gəlirlər və əmək haqqı siyasətinin əsası kimi. Gəlirlərə dair regional sosial siyasət. Gəlirlərin və əmək haqqının regional tənzimlənməsi istiqamətləri.
Əhalinin yaşayış minimumu, onun məzmunu və mahiyyəti. «Minimum istehlak səbəti», onun müəyyən edilməsi. Minimal əmək haqqı, onun mahiyyəti. Mınimal əmək haqqı həddi.
MÖVZU 7.
ƏMƏK HAQQI VƏ GƏLİRLƏRİN VƏZİYYƏTİN
TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
Bazar şəraitində gəlirlərin formalaşması. Qiymətlərin dinamikasının gəlirlər və əmək haqqı səviyyəsinə təsiri. Bazar iqtisadıyyatı şeraitində əhali gəliriərinin növləri və əmələgəlmə mənbələri. Əhalinin məcmu gəlirləri.
İnflyasiya, onun mahiyyəti, forma və növləri. İnflyasiyanın əmək haqqına və gəlirlərə təsiri. Antiinflyəsiya tədbirləri. Bu tədbirlərin əhalinin real gəlirlərinin dinamikasına təsiri. Əhalinin pul və natural gəlirləri. Gəlirlərin ədalətli bölgüsü nəzəriyyələri: eqalitar; roulsion; utilitar; bazar.
Əmək haqqının və gəlirlərin indekşləşdirilməsi. Gəlirlərin indeksleşdirilməsinin həyata keçirilməsi inflyasiyanın əhali gəlirlərinə təsirini azaltmaq və ya tamamilə kompensasiya etmək tədbiridir. Makro və mikro səviyyədə indeksləşdirmə. Tam və qismən indeksləşdirmə. Gəlirlərin indeksləşdirilməsinin növləri və aparılması mexanizmləri. İnkişaf etmış ölkələrin əhali gəlirlərinin indeksləşdirilməsi sahəsində təcrübələri.
MÖVZU 8.
ƏMƏK HAQQININ TƏŞKİLİ VƏ ONUN
ƏSAS FUNKSİYALARI
Əmək haqqı dövlət müəssisələrində fəhlə və qulluqçuların əsas gəlir mənbəyidir. Əmək haqqı ictimai əməyin təşkilinin mühüm ünsürüdür. Əmək haqqı istehsalın səmərəliliyinin yüksəldilməsində maddi stimulların artmasının əsas vasitəsidir. Əmək haqqı fondunun və sosial xarakterli ödəmələrin quruluşu. Əmək haqqının təşkilinin əsas prinsipləri: əməyin kəmiyyət və keyfiyyətinin, iş şəraitinin nəzərə alınması, bərabər əməyə bərabər haqqın verilməsi; əmək məhsuldarlığının artımının orta əmək haqqının artımını qabaqlaması; müəssisələrin coğrafi yerləşməsi.
Əmək haqqının təşkil edilməsinin əsas ünsürləri: tarif sistemi, əmək haqqının forma və sistemiləri; əməyin normalaşdırılması. Əmək haqqınıın təşkili ünsülərinin qarşılıqlı əlaqəsi.
Tarif sisteminin mahiyyəti və təyinatı, onun işlənməsi, yenidən baxılması. Tarif sisteminin ünsürləri: tarif cədvəli; tarif maaşları; tarif ixtisas sorğu kitabçaları, onların təyinatı və məzmunu. Tarif cədvəlinin ünsürləri: tarif dərəcələri və tarif əmsalları.
Vahid tarif sistemi, onun mahiyyəti.
Əmək haqqının forma və sistemlərinin mahiyyəti, onların əmək haqqının təşkilində rolu və yeri. Işəmuzd əmək haqqı forması, onun sistemləri.
Əmək normaları, onların mahiyyəti və məzmunu; vaxt norması; istehsal norması; xidmət norması; say norması.
MÖVZU 9.
İŞ QÜVVƏSİ BAZARI, ONUN GƏLİRLƏRƏ VƏ ƏMƏK
HAQQINA TƏSİRİ
İşçi qüvvəsi bazarının (əmək bazarının) mahiyyəti, xüsusiyyətləri, məzmunu, strukturu, növləri və modelləri. Əmək bazarının fəaliyyət mexanizmi. Əmək bazarının seqmentləri. İşçi qüvvəsinə tələb və təklif, onlara təsır edən amillər. İşçi qüvvəsinin keyfiyyəti və rəqabət qabiliyyəti. Əmək bazarının tənzimlənməsi məsələləri.
Işçi qüvvəsi bazarı, gəlirlər və əmək haqqının qarşılıqlı əlaqəsi. Əmək bazarı subyektlərinin iqtisadi maraqları; işaxtaran və işverən arasında iqtisadi; sosial və hüquqi münasibətlər, tərəflərin maddi tələbləri.
İş qüvvəsi bazarının əmək haqqı və gəlirlərin formalaşmasına təsiri. Gəlirlərin formalaşması problemi. Bazar iqtisadiyyatına keçid dövründə iş qüvvvəsinin qiymətdən düşməsi. Onun səbəbləri, iş qüvvəsi bazarında sahibkarın
MÖVZU10.
MƏŞĞULLUQ SFERASINDA SOSİAL
ZƏMANƏTLƏR
Məşğulluq bir iqtısadi kateqoriya kimi. Dövlətin məşğulluq siyasəti və əmək bazarının inkişafı. Məşğuliyyətin şəviyyəsi və iş yerlərinin kəmiyyəti və miqdarı. Məşğulluğun səmərəli göstəriсiləri.
İşsizlik, onun səbəbləri, formaları və strukturu. Işsizliyin əmək haqqına və gəlirlərə təsiri. Fərdin işsizlik əlamətlərinın təsnifatı. Işsizliyə dair sosial müdafiə sistemi. Işsizlərə sosial zəmanətlər və ödənilən müavinətlər. Əhalinin xüsusi kateqoriyaları üçün əlavə məşğulluq zəmanətləri. Əhalinin məşğulluğu üzrə dövlət fondu.
Məşğulluq, məşğulluq fondu və əmək haqqı arasında əlaqə. Meşğulluğun növləri, səviyyəsi və əhali gəlirləri. Işsizliyin azalması və məşğulluğun artması üçün görülən iqtisadi və sosial tədbirlər. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə müаvinət və onun müəyyən olunmasının alternativ üsulu.
Meşğulluğun səviyyəsinin yüksəldilməsində əmək birjalarının rolu. Həmkarlar təşkilatları əmək bazarında.
MÖVZU 11.
ƏMƏK FƏALİYYƏTİNİN STİMÜLLAŞDIRILMASI
Əməyin fəaliyyətinin stimullaşdırılmasının mahiyyəti və məqsədi. Əmək fəaliyyətinin stimullaşdlmasının funksiyaları: iqtisadi funksiya, sosıal funksiya; sosial-psixoloji funksiya. Əmək fəaliyyətinin stimullaşdırılmasında başlıca məqsəd - insanın əmək davranışının fəallaşdırılmasının, əmək davranışının əsas prinsipləri, başlıca meyar-təlabat və əməyin məzmunu kimi.
Stimullaşdırma, onunla bilavasitə bağlı olduğu əməyin kəmiyyət və keyfiyyət tərəfi, onların qarşılıqlı halda ölçülməsi və qiymətləndirilməsi - sosioloji tədqiqatların ən mühüm obyekti kimi.
Əmək fəaliyyətinin stimullaşdırılması əmək fəaliyyətinin motivləşdirilməsinin amili kimi. Əmək fəaliyyəti stimullarının növləri və stimullaşdırmanın təşkilinə olan tələblər.
Maddi stimulların növləri: əmək haqqı, mükafatlar, əmək haqqına əlavələr.
Qeyri-maddi stimullar: sosial stimullar, mənəvi stimullar; yaradıcı stimullar; sosiоloji-psixoloji amillər. Əməyin ödənilməsinin kollektiv məsələləri. Kollektivlərə əmək haqqının (qazancın) bölüşdürülməsi üsulları: tarif dərəcələri və işlənmiş vaxta görə; yalnız işlənilmiş vaxta görə; faktiki işlənilmiş işə görə; şərti tarif dərəcələri və işlənilmış vaxta görə; əməkdə ıştirak etmə əmsalına görə, əmək haqqı əməyin fəaliyyətinin başlıca stimulu kimi. Sosioloji tədqiqat və əmək haqqı.
MÖVZÜ12.
SOSİAL PARTNYORLUQ VƏ GƏLİRLƏR SİVASƏTİ
Sosial partnyorluq problemi. Sosial partnyorluq – müqavilə münasibetlərinin sistemi kimi. Sosial qruplar və sosial təbəqə. Müəssisə və sosial qrupların qarşılıqlı əlaqəsi. Sosial qrupların xüsusiyyətləri, onların peşə-ixtisas və sosial-demoqrafik strukturu.
Sosial partnyorluğun beynəlxalq hüquqi normaları. Sosial partnyorluq – gəlirlər və əmək haqqı siyasətinə həmrəylik funksiyası kimi.
Gəlirlər sahəsində regional ərazi və həmkarlar sazişlərinin xüsusiyyətləri. İşçilərin iqtisadi maraqlarının müdafıəsi. Qanunvericilik zəmanətləri və işçilərin hüquqları. Əmək haqqında qanunlar məcəlləsi. Bazar münasibətləri şəraitində həmkarlar təşkilatlarının fəaliyyəti və məqsədləri. Sahibkarlığın sosial bazası, təbəqə və qrupları, onların formalaşması xüsusiyyətləri. Sahibkarlığın iqtisadi maraqlarının müdafiəsi. Bu anlayışın mövcud əmək haqqında qanunlarla ahəngsizliyi. Sahibkarlıq fealiyyətinə kömək məqsədilə son vaxtlarda ölkə prezidentinin verdiyi fərmanlar və görülən tədbirlər.
MÖVZÜ 13.
GƏLİRLƏR VƏ SOSİAL-İQTİSADİ DİFFERENSİASİYA.
Gəlirlər və xərclər anlayışı. Qanuni ve qeyri-qanuni gəlirlər. Qeyri-bərabər gəlirlər. Dövlət tənzimləınməsinin həyata keçirilməsi - bölgü funksiyasının icrası kimi. Gəlirlərin funksional bölgüsü. Gelirlərin növləri: əmək fəaliyyətindən əldə olunan gəlirlər, fərdiçilikdən gələn gəlirlər; donor gəlirləri; işgüzarlıqdar (biznesdən) əldə olunan gəlirlər; qiymətli kağızlardan, istiqrazlardan əldə olunan gelirlər; örtülən gəlirlər; transfert ödənişləri; nəzərdə tutulmayan gəlirlər.
Əhalinin alıcılıq qabiliyyəti və inflyəsiya. Əhalinin gəlir əmanətlərinə dair siyasət. Əmanətlərin indeksləşdirilməsi. Əhalinin əmanətlərinə dair dövlət zəmanətləri. Əmanətlərin mühafızəsi və bərpəası işində dövlətin rolu. Bank əmanətlərinin sığortası təcrübəsi. Əmanətlərin qoyuluşunda bankların rolu. Əhali əmanətlərinin sığortalanmasında sığorta təşkilatlarının rolu. Əlavə sığortalanma. Əhalinin gəlir əmanətləri sistemindəki çatışmamazlıqlar.
Ərazi üzrə gəlirlərin differensasiyası. Gəlirlərin differensasiyası cəmiyyətin seyredici amili kimi əmək haqqının differensasiyası.
MÖVZU 14.
SOSİAL TRANSFERTLƏR VƏ ONLARIN ƏHALİ
GƏLİRLƏRİNİN FORMALAŞMASINDA ROLU
Sosial transfertlərin mahiyyəti, onların əhali gəlirlərinin formalaşmasına təsiri. Sosial transfertlər növləri və funksiyaları. Sosial transfert sistemlərinin əsas vəzifələri. Bazar münasibətləri şəraitində sosial transfertlər sisteminin xüsüsiyyətləri. Sosial transfertlərin formaları. Sosial transfert sistemi modelləri. Sösial transfertlərin maliyyələşdirilməsi mənbələri və resursları. Maliyyə resurslarının yenidən bölüşdürülməsi. Yaşamaq üçün zəruri olan minimum vəsait, onun müəyyən edilməsi, minimum sosial əhəmiyyətli xidmət.
Sosial norma və normativlər, onların hesablanması və tətbiqi. Sosial tələbat və mənafelər, onlanrın məzmunu və növləri.
İctimai sığorta sistemi. Sosial müdafıə sisteminin ünsürləri, sığorta fondu və onun formalaşması mənbələri. Sığorta fondundan istifadə istiqamətləri.
Büdcədən kənar sosial fondların formalaşması mənbələri və istifadə olunması. Büdcədən kənar fondların məqsədi. Bu fondların formalaşması və istifadə olunmasının təkmilləşdirilməsi istiqamətləri.
MÖVZU 15.
BÜDCƏ TƏŞKİLATLARI SFERASI İŞÇİLƏRİNİN
ƏMƏK HAQQININ TƏNZİ MLƏNMƏSİ
Büdcə təşkilatlarında işçilərin əmək haqlarının tənzimlənməsinin iqtisadi və hüquqi əsasları. İqtisadiyyatda dövlət sektorunun idarə olunması – hökümətin iqtisadi funksiyası və dövlət iri təsərrüfat subyekti kimi.
Dövlət büdcəsi, onun gəlirlər bölməsinin formalaşması. Dövlət büdcəsi, büdcə təşkilatı işçilərinin əmək haqlarının ödənilməsi, artırılması və tənzimlənməsi mənbəyidir. Büdcə təşkilatlarında əmək haqqının təşkili və tənzimlənməsi ünsürləri: vahid tarif sistemi; tarif sistemi və onun ünsürləri: tarif-ixtisas sorğu kitabçaları, tarif cədvəlləri, tarif maaşları; tarif əmsalları; tarif dərəcələri.
Mühəndis-texniki işçilərin, mütəxəssislərin və qulluqçuların əməyinin ödənilməsinin vəzifə maaşları sxemi, onun tətbiqi qaydaları. Tarif sistemlərinin çatışmamazlıqları.
Qeyri-istehsal sahələrində vəzifə maaşları sxeminin xüsusiyyətləri. Mükafatlandırma sistemləri, onların mahiyyəti və təyinatı.
Dövlət məmurlarının əmək haqlarının tənzimlənməsi. Əmək haqqının sahələr üzrə tənzimlənməsi. Qeyri-dövlət müəssisə və təşkilatlarda əmək haqqının təşkili və tənzimlənməsi.
«GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİ» FƏNNİ ÜZRƏ SAATLARIN BÖLGÜSÜ
N
|
Mövzuların adı
|
Saatlar
|
Müazirə
|
Məşğələ
|
1.
|
BAZAR İQTİSADİYYATI İNKİŞAF ŞƏRAİTİNDƏ GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİNİN ƏSAS MƏQSƏDİ VƏ VƏZİFƏLƏRİ
|
2
|
2
|
2.
|
GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİ VƏ BÖLGÜ MÜNASİBƏTLƏRİ
|
2
|
2
|
3.
|
GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ FORMALAŞMASININ İQTİSADİ MAHİYYƏTİ
|
2
|
2
|
4.
|
BAZAR İQTİSADİYYATI ŞƏRAİTİNDƏ ƏMƏK HAQQI VƏ HƏYAT SƏVİYYƏSINİ MÜƏYYƏN EDƏN
AMİLLƏR
|
2
|
2
|
5.
|
GƏLİRLƏR VƏ ƏMƏK HAQQININ TƏNZİMLƏNMƏ-
SİNDƏ DÖVLƏTIN ROLU
|
2
|
2
|
6.
|
GƏLİR VƏ ƏMƏK HAQQI SİYASƏTİNİN İSTİQAMƏTLƏRİ
|
2
|
2
|
7.
|
ƏMƏK HAQQI VƏ GƏLİRLƏRİN VƏZİYYƏTİN
TƏHLİLİ VƏ QİYMƏTLƏNDİRİLMƏSİ
|
2
|
2
|
8.
|
ƏMƏK HAQQININ TƏŞKİLİ VƏ ONUN ƏSAS
FUNKSİYALARI.
|
2
|
2
|
9.
|
İŞ QÜVVƏSİ BAZARI, ONUN GƏLİRLƏRƏ VƏ ƏMƏK HAQQINA TƏSİRİ.
|
2
|
2
|
10.
|
MƏŞĞULLUQ SFERASINDA SOSİAL ZƏMANƏTLƏR.
|
2
|
2
|
11.
|
ƏMƏK FƏALİYYƏTİNİN STİMÜLLAŞDIRILMASI.
|
2
|
2
|
12.
|
SOSİAL PARTNYORLUQ VƏ GƏLİRLƏR SİVASƏTİ.
|
2
|
2
|
13.
|
GƏLİRLƏR VƏ SOSİAL-İQTİSADİ DİFFERENSİASİYA.
|
2
|
2
|
14.
|
SOSİAL TRANSFERTLƏR VƏ ONLARIN ƏHALİ GƏLİRLƏRİNİN FORMALAŞMASINDA ROLU.
|
2
|
2
|
15.
|
BÜDCƏ TƏŞKİLATLARI SFERASI İŞÇİLƏRİNİN ƏMƏK
HAQQININ TƏNZİ MLƏNMƏSİ.
|
2
|
2
|
ƏDƏBİYYAT
-
Azərbaycan Respublikasının Kostitusiyası, Azərnəşr, Bakı-1997.
-
Azərbaycan Rcspublikasnın Əmək Məcəlləsi, Bakı - 1999.
-
«lqtisadi, sosial və mədəni hüquqlar haqqında». 16 dekabr 1996-ci il, Beynəlxalq Paktı.
-
Keмпвелл P. Макконелл, Ctеhjiи Л. Бpıo. Ekohomиkа, Бакy- 1992.
-
T.Ə. Quliyev «Əməyin sosiologiyası». Maarif, Bakı -1998.
-
F.Ə. Məmmədov, A.F. Musayev və başqaları: «Vergitutmanın nəzəri ve metodoloji əsasları».
-
S.Mehbaliyev, R.İskəndərov:”Əmək bazarı və əhalinin sosial müdafiəsi”, Bakı, 2002
-
Ə.Q.Əlirzayev: «İqtisadi və sosial idarəetmə: bazar iqti- sadiyyatı, metodoloji prinsiplər, qanunauyğunluqlar». Bakı-1997
-
Адамчук В.В., Кокин Ю.П., Яковлев Р.А. Экономика труда. М.: Финстат-информ, 1999.
-
Бабич А.М., Егоров Е.В., Жильцов Е.Н. Экономика социального страхования: Курс лекций. М.. ТЕИС, 1998, гл. I, III, IV.
-
Доходы и заработная плата: проблемы формирования, распределения, регулирования / Под ред. Н.А. Волгина. М.: РАГС, 2009.
-
B.H. Jleвашов «Социальная политика доходов и заработной платы ». Mocквa, 2000
-
«Политика доходов и заработной платы». Абакумова Н.Н., HГAЕ и У. Moсквa -1999.
-
«Oсновныe npинципы ycтановления минимальной заработной платы b мировой практике» Boйшнкова Г. «Общество и экономика», 1993,№6
14. Яковлев P.A. «Koнцепция реформирования заработной платы», Mockbа, 1998.
15. «Экономика труда». IIoд ред. Куликова, Moква 2002.
16.Boлгин H. A., Николаев C.B. Доход работника и результативность производства». Mocква, 1999.
17.Политика доходов и заработной платы: Учебник / Под ред. Савченко и
Ю.П. Кокина. - М.: Юрист, 2006. - 456 с.
Dostları ilə paylaş: |