AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə: Biznes və iqtisadiyyat
Kafedra: Maliyyə və iqtisadiyyat
Fənn: İnsan resurslarının idarə edilməsi
İxtisas: Biznesin idarə edilməsi
Tədris ili: II
Qrup: 204 402A
Mövzu: İnsan resurslarının planlaşdırılması və təşkili
Müəllim: dok. Kazımov Asəf Əsəd oğlu
Tələbə: Abdulla Abdullayev
Bakı 2022
Plan
Giriş
1. Kadr planlaşdırılmasının mahiyyəti, məqsədi və vəzifələri
2. Kadr planlaşdırılmasının məzmunu, səviyyələri və onlara qarşı tələblər.
3. Heyətin operativ planlaşdırılmasının quruluşu və məzmunu.
Nəticə və təkliflər
Ədəbiyyat
GİRİŞ
İnsan Resurslarının planlaşdırılması, təməl olaraq şirkətin işçi qüvvəsinə olan ehtiyacını müəyyən edərək bu ehtiyacın qarşılanması üçün göstərilən fəaliyyətlərin bütünüdür. Daha təfsilatı ilə desək, İnsan Resursları planlaşdırılması ilə şirkət gələcəkdə insan resurslarına olan tələbatı proqnozlaşdırmaq və bunun da nəticəsi olaraq şirkətin kifayət qədər işçiyə sahib olub-olmamasını müəyyənləşdirərək biznes hədəflərinə çatmasına vəsilə olur. İnsan Resurslarının planlaşdırılması proaktiv prosesdir, şirkətin gələcəkdə işçilərə olan tələb və təklifini öyrənir. Bu fəaliyyətin missiyası kifayət qədər düzgün kadrı düzgün vəzifəyə təyin etməkdir. Effektli HR planlaşdırılması ilə şirkətin hədəfləri və strateji məqsədlərinə çatmasına və kadr çatışmamazlığından qaçmasına nail olmaq mümkündür. Bütün bu planlamaları edərkən maliyyə, marketinq və s. ünsürləri də nəzərə almaq lazımdır.
İnsan Resurslarının planlaşdırılması nəinki İR departamentlər üçün eyni zamanda strateji biznes planlaşdıranlar üçün də əsas prioritetlərdən birinə çevrilmişdir.
İnsan Resursları planlaşdırılmasının əsas ana məqsədlərindən biri işçilərin motivasiyasını, təlimləri və müəssisənizə bağlılığını təmin edə biləcək üsulların müəyyənləşdirilərək tətbiq edilməsidir. Çünki personalın inkişaf etmə prosesləri də planlaşdırmanın tərkibinə daxildir. İRP prosesi digər proseslərdən daha çox insan faktoruna əsaslandığı üçün olduqca həssas bir prosesdir. Nəticə olaraq bu planlaşdırma işçilərinizi ən səmərəli şəkildə bütün təşkilati proseslərə daxil etməkdə işinizi asanlaşdıracaq. Planlaşdırma zamanı kadrların potensial üstünlüklərini və çatışmayan tərəflərini də proqnozlaşdırmaq önəmlidir.
İnsan Resursları planlaması; müəssisənin ehtiyacı olan personal sayını müəyyən edərək ehtiyac duyulan qaynaqların haradan və necə təmin ediləcəyini, yəni kənardan yoxsa daxildə rotasiya ilə fərqli departamentdən alınacağını açıq şəkildə müəyyən etməlidir.
İlk olaraq vəzifə öhdəlikləri düzgün müəyyən edilməli və ardından bu vəzifə öhdəliklərinə uyğun olan kadrı necə işə götürəcəyinizə qərar vermək lazımdır. Qeyri-effektiv İRP şirkətin qısamüddətli əməliyyat planları və uzunmüddətli strateji planların yerinə yetirilməsində maneə törədir.
Dostları ilə paylaş: |