760) İctimai-təhlükə törədən şizofreniyalı xəstə hansı halda anlaqlı qəbul edilir?
A) Kəskin psixotik vəziyyətdə
B) Sabit remissiya vəziyyətində
C) Anlaqlı qəbul edilə bilməz
D) Həmişə anlaqlı hesab edilir
E) İfadə olunmuş şəxsiyyət dəyişiklikləri zamanı
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004
761) Sadalanan halların hansında “anlaqsız müəyyən oluna bilər” kateqoriyası istifadə oluna bilər?
A) Patoloji affekt
B) Sadalananların hamısı
C) Fizioloji affekt
D) Astenik vəziyyət
E) Adi sərxoşluq
Ədəbiyyat: Жариков Н.М., Тюльпин Ю.Т. Психиатрия. Москва. Издательство «Медицина» 2000 г.
762) Psixiatriya stasionarına qeyri-könüllü, təxirəsalınmaz qaydada yerləşdirilməsi haqqında qərarı kim qəbul edir?
A) Təcili yardım həkimi
B) Həkim-psixiatr
C) Psixiatriya müəssisəsinin müdiriyyəti
D) Üç nəfərdən ibarət psixiatr komissiyası
E) Hüquq orqanları nümayəndələri
Ədəbiyyat: Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası qanunu
г. Баку, 12 июня 2001 г. http://www.health.gov.az/article.php?qanun13
763) Qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirməyə görə həkim necə cəzalandırılır?
A) Cavabların heç biri doğru deyil
B) İnzibati məsuliyyət daşıyır və yetirdiyi zərərə görə kompensasiya ödəyir
C) İki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
D) 3 ilədək müddətə işdən azad olunur
E) 3 il müddətinə aşağı vəzifəyə təyin olunur
Ədəbiyyat: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi “Huquq ədəbiyyatı” nəşriyyatı Bakı 2006
Dostları ilə paylaş: |