İxtisas: RİM
Kurs: 3
Fənn: Psixalogiya
Müəllim: K. Əhmədova e-mail adresi: Kifayet.ehmedova11@gmail.com
MÖVZU 6: QRUPLARIN PSİXOLOGİYASI
Plan:
1. Qruplar haqqında anlayış.
2. Qrupların təsnifatı.
3. Kiçik qrupların fenomenologiyası və qruluşu.
4.İnsanlararası münasibətlər
ƏDƏBİYYAT
1.Bayramov Ə. S.Tərccümə red.ilə Ümumi psixologiya,B.1982
2.Bayramov Ə.S.,Əlizadə Ə.Ə. Psixologiya, B.1989,2006
3.Məhərrəmov M. C. Psixologiya B.1968
4 Əliyev R. Psixologiya ,B.2006
1. Qruplar haqqında anlayış. İnsan cəmiyyət daxilində doğulub yaşayır. Hər bir insan nəinki bioloji, eyni zamanda sosial irsə sahib olub, konkret mühitdə və cəmiyyətdə mövcud yaşayış tərzini, görüşləri, adət və ənənələri təkrar edir. Bu baxımdan hər bir insan öz dövrünün övladıdır. Burada insan birliyi önəmli rol oynayır. Əgər insan tənha yaşasaydı nə onun bir şəxsiyyət kimi formalaşması, nə də öz tələbatlarını ödəməsi işi istənilən səviyyədə gedə bilməzdi. Elə buna görə də tarix boyunca insanlar müxtəlif qruplarda birləşir və fəaliyyət göstərirlər. Bəs hər cür insan birliyini qrup adlandırmaq olarmı? Qrupların əsas xüsusiyyətləri nədir?
Hər şeydən öncə hər cür insan birliyini, məsələn, təsadüfən avtobusdda, küçədə birgə gələn insanları qrup adlandırmaq olmaz. Bu insanlar yaxın olmalarına baxmayaraq, bir-birlərinə qarşılıqlı təsir göstərmirlər. Hər hansı bir insan birliyini qrup adlandırmaq üçün həmin insanların bir məqsəd uğrunda birgə fəaliyyətə qoşulması tələb olunur. Amerikan psixoloqu D.Mayers qrupa belə bir tərif vermişdir: Qrup bir-birinə qarşılıqlı təsir göstərən, bir-birinə uzun müddət təsir göstərməklə özlərini “biz” kimi qavrayan iki və daha artıq insan birliyidir. İnsanların təsadüfi birliyindən fərqli olaraq qrup üzvləri qrup üçün tipik olan fəaliyyət növlərinə daxil olurlar. Məsələn, ali məktəbin tələbə qruplarında gələcəyin mütəxəssisi kimi formalaşmalı olan insanlar birləşirlər. Adətən hər bir insan müxtəlif qrupların üzvü ola bilir. Lakin hər bir insan bütün qruplarda eyni statusa malik olmur, müxtəlif qruplarda müxtəlif rolları yerinə yetirir. Məsələn, uşaq ailədə övlad, məktəbdə şagird; yaşlı insan ailədə valideyn, işdə müdir və ya adi işçi və s. rolunu yerinə yetirə bilər.
Sosial qruplarda hər cür sosial münasibətlər mövcud olur. Sosial qruplar cəmiyyətin qəbul etdiyi, özünün məqsəd və vəzifələri onun xeyrinə olan qruplardır. Bu cür qruplara ailəni, orta və ali məktəb qruplarını, təşkilat və idarələrdə toplanmış insan qruplarını və s. aid etmək olar. Həmin qrupların strukturu, normaları cəmiyyətin mövcud tələblərinə uyğun olmaqla, bir növ cəmiyyət tərəfindən idarə olunur. Təsadüfi insan birliklərində isə çox vaxt bu cür idarə olunma mövcud olmur. Bu cür insan birlikləri bir növ kütlə xarakteri daşıyır. Kütlə aydın dərk olunmuş ümumi məqsəddən məhrum olan, lakin bir-biri ilə öz emosional vəziyyətinin oxşarlığı və ümumi diqqət obyektinə görə bağlı olan, xüsusi strukturu olmayan insan toplusudur. Sosial qruplarda isə aydın dərk olunmuş ümumi məqsədlər olur. Qrupların bu funksiyaları vardır:
|