Psixologiyadan mühaziRƏ MƏtnləRİ İxtisas: Rİm kurs: 3


İnsanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir



Yüklə 0,86 Mb.
səhifə83/95
tarix01.01.2022
ölçüsü0,86 Mb.
#103696
1   ...   79   80   81   82   83   84   85   86   ...   95
İnsanın hər hansı bir və ya bir neçə fəaliyyət sahəsi üçün daha yararlı olduğunu göstərən fərdi psixi xassəyə qabiliyyət deyilir. Deməli, “qabiliyyət” anlayışı altında hər insanın hansı bir və ya bir neçə fəaliyyətin uğurla icrası üçün şərt olan fərdi-psixi xassəsi başa düşülür. Bu cür yanaşma tərzi psixologiyada uzun müddətdən bəri qəbul olunmuşdur. Bununla belə bu cür yanaşma tərzi bir çox müəlliflər tərəfindən müxtəlif şəkildə şərh olunmuşdur. Bu sahədə özünü göstərən yanaşma tərzlərinin psixoloji ədəbiyyatda üç variantı qeyd olunur. Birinci halda qabiliyyət anlayışı altında mümkün olan bütün psixi proses və halların məzmununu başa düşürlər. Bu cür yanaşma tərzi “qabiliyyət” anlayışının ən geniş və qədim şərhindən ibarətdir. Hazırda bu cür yanaşma tərzindən demək olar ki, istifadə olunmur.

İkinci yanaşma tərzinə görə qabiliyyətləri insanın müxtəlif fəaliyyət növlərinin uğurla icrasını təmin edən ümumi və xüsusi bilik, bacarıq və vərdişlərin yüksək inkişaf səviyyəsindən ibarətdir. Bu cür yanaşma tərzi psixologiyada XVIII-XIX əsrlərdə meydana gəlmiş və müasir dövrdə də özünü göstərir.

Üçüncü yanaşma tərzinə gəldikdə, bu yanaşma tərzinə görə qabiliyyətləri bilik, bacarıq və qabiliyyətlərlə eyniləşdirmək olmaz. Qabiliyyətlər həmin bilik, bacarıq və vərdişlərə sürətlə yiyələnməyi, təcrübədə onlardan səmərəli istifadə etməyi təmin edir. qabiliyyətlər altında, birinci, insanları bir-birilərindən fərqləndirən fərdi-psixoloji xüsusiyyətlər başa düşülür. İkincisi, ümumiyyətlə hər cür fərdi xüsusiyyət deyil, yalnız hər hansı bir və ya bir neçə fəaliyyəti uğurla icra etməyə imkan verən fərdi xüsusiyyəti qabiliyyət adlandırmaq olar. Üçüncü, “qabiliyyət” anlayışını hər hansı bir insanda artıq yaranmış olan bilik, bacarıq və vərdişlərlə eyniləşdirmək olmaz. Bilik, bacarıq və vərdişlərə nisbətdə qabiliyyətlər bir növ imkan kimi çıxış edir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası mümkün olmayan fəaliyyətdə aşkar olunur.

Bəs qabiliyyətlərin bilik, bacarıq və vərdişlərlə birliyi nədə ifadə olunur? Qabiliyyətləri birbaşa olaraq bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün gərəkli olan bilik və bacarıqlara yiyəlnmə prosesinin nə qədər tez, dərin, asan və məhkəm icra olunmasında özünü göstərir.

Deməli, qabiliyyətlər insanın fərdi-psixoloji xüsusiyyətləri olub, hər hansı bir fəaliyyətin uğurla yerinə yetirilməsinə imkan yaradır və həmin fəaliyyət üçün gərəkli sayılan bilik, bacvarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır.

İnsanın hər hansı bir fəaliyyəti uğurla yerinə yetirməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin uğurla yerinə yetirilməsi üçün şərt olan özünəməxsus birliyi isteadad adlanır. Əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zənginliyi və ifadəli dil, söz assosiasiyalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxilində birləşib onu uğurla yerinə yetirməyə imkan verirsə, bu ədəbi istedaddır.

Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Buraya müşahidəçilik, didaktik, kommunikativ, perseptiv, pedaqoji təxəyyül, yüksək nitq, suqqestik və s. qabiliyyətlərin toplusu daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji fəaliyyəti uğurla yerinə yetirir.

İstedadın uşaqlıq, yeniyetməlik və gənclik yaşı dövrləri üçün xarakterik olan aşağıdakı növləri vardır:





Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin