Psixologiyanın predmeti və vəzifələri



Yüklə 102,58 Kb.
səhifə47/60
tarix31.12.2021
ölçüsü102,58 Kb.
#112181
1   ...   43   44   45   46   47   48   49   50   ...   60
psixologiya imtahan

İradi işin funksiyaları. İradə şəxsiyyəti xarakterizə edən ən mühüm psixi keyfiyyət kimi 2 mühüm funksiyanı yerinə yetirir: 1) təhriketmə funksiyası; 2) ləngitmə funksiyası. İnsanın qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışması, bu yönümdə mübarizə aparması, qarşısına çıxan maneələri dəf etməsi, eyni zamanda özünün aktual tələbatı ilə bağlı olmayan işlər görməsi, dünyagörüşünə, əqidəsinə, inam və idealına uyğun gəlməyən fəaliyyətdən imtina etməsi təhriketmə və ləngitmə funksiyaları vasitəsilə gerçəkləşir. Bu funksiyalar bir-birinə qarşılıqlı surətdə əlaqədardır. İradə şəxsiyyətin motivləri ilə motivləri bağlıdır. Lakin motivlərdən fərqli olaraq iradə insanı yalnız fəallığa təhrik etmir, həm də lazım gəldikdə onun fəallığını ləngidir. İradə başqa psixi hadisələr kimi inikasın bir formasıdır. Belə bir inikas zamanı fəaliyyəin obyektiv məqsədi psixikada əks olunur. İradə özündə şüurun 3 mühüm xassəsini birləşdirmişdir: idrak, münasibət və hiss.

İnsan fəaliyyətinin məzmununa, onun səmərəliliyinə müxtəlif amillər təsir göstərir. Onlardan biri iradə ilə bağlıdır. Belə ki, insan iradə vasitəsilə öz fəaliyyətini həm tənzimləyir, həm də onun motivlərinin gücləndirilməsinə şərait yaradır. Fəaliyyət motivlərinin aktuallaşdırılması, şəxsiyyətin xəyali motivlərinin gücləndirilməsi hesabına əmələ gəlir. Xəyali motivlərin formalaşması, şəxsiyyətin inkişaf səviyyəsindən asılıdır. Bir halda tələbə gözünün qabağına gətirir ki, o beynəlxalq əhəmiyyətli konfransda xarici qonaqların çıxışlarını səlist və düzgün qaydada iştirakçılara tərcümə edir, təşkilst komitəsi tərəfindən təşəkkürnamə alır. Tədbirdən sonra məşhur bir şirkətin prezidenti ona yaxınlaşaraq onların şirkətində tərcüməçi işləməyi təklif edir. Başqa halda isə o, gözlərinin qarşısında rəfiqələrinin məşhur estrada müğənnisinin konsertində iştirak etmələrini, ondan sonra şəhərə gəzməyə çıxmalarını, deyib-gülmələrini canlandırır. Bütün bunlar xəyali situasiya kimi fəaliyyətin gedişinə güclü surətdə təsir göstərir, onun səmərəsini birinci halda artırır, ikinci halda isə zəiflədir. Müsbət xəyali motivin köməyi ilə insan gördüyü işə daha mühüm məna verməklə, özünün iradi səyini gücləndirmiş olur. Deməli, iradə həm də təxəyyülə də bağlıdır. Belə ki, insan fəaliyyət göstərəcəyi şəraiti təxəyyüldə canlandırdıqda görəcəyi işi daha yaxşı icra edir.

Təlim prosesində, eləcə də, tərbiyə işində müəllimlər, tərbiyəçilər və valideynlər uşaqlarda görəcəkləri işlə bağlı müsbət xəyali motivlər yaratmaqla onlara psixoloji cəhətdən kömək edə bilərlər.

İradi keyfiyyətlər şəxsiyyətin iradi fəaliyyəti prosesində təzahür edir və formalaşır. Ümumiyyətlə, insanın iradi keyfiyyətləri çoxdur və onlar xarakter əlaətləri kimi çıxış edir və bunlardan ən mühümləri müstəqillik əksi qeyri müstəqillik, təkidlilik, tərəddüdlük, qətiyyətli, qətiyətsizlik, soyuqqanlılıq, soyuqqanlı olmamaq, inamlı, inamsız və s. İradi keyfiyyətlərin formalaşmasında tərbiyənin rolu çox böyükdür. Tərbiyə düzgün qurulmadıqda şəxsiyyətdə iradi nöqsanlar yaxud mənfi iradi keyfiyyət əmələ gəlir. Şəxsiyyətin iradi keyfiyyəti 3 qrupa bölünür:



  1. İlkin iradi keyfiyyətlər: iradi güc, təkidlilik

  2. Törəmə iradi keyfiyyətlər: qətiyətlilik, cəsarət, özünü ələ almaq, inam

  3. İradi keyfiyyətlər: məsuliyyətlilik, intizamlılıq, işgüzarlılıq, təşəbüskarlıq.

İradi keyfiyyətlər həm müsbət, həm də mənfi ola bilər.

İradi işin mərhələləri aşağıdakılardır:


  1. Yüklə 102,58 Kb.

    Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin