Hisslər beyin fəaliyyətinin məhsulu kimi. Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sisnir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə aş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişiliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn, tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü artır, ya da azalır, nəbz vurma dəyişir, göz bəəyi genişlənir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər. Hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat tərzindən, münasibətindən asılı olaraq beyində müəyyən rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyiçikliyin baş verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, narazılıq, sevinc, heyrət, şühə maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi ilə nəticələnir. Deməli, müəyyən dinamik sterotipin əmələ gəlməsi və ya pozulması xarici ifadəsi də aydın göstərir. Çünki hər hansı hissi halətdən sonra insanda ürək döyüntüsü arta bilər, üzün rəngi və tənəffüs dəyişə bilər. Əlbəttə emosiyalarla əlaqədar olan bədən reaksiyalarının mərkəzləri qabıaltı sahədə yerləşmişdir. Lakin baş beyin qabığı qabıqaltı mərkəzlərə ləngidici təsir edir. Bunun nəticəsində insan reaksiyaları nizama salınır. Ancaq baş beyin qabığında əmələ gələn sinir proseslərinin (oyanma və ləngimənin) bir-birini əvəz etməsi də müəyyən hisslərin əmələ gəlməsinə səbəb olur. Məsələn, böyük yarımkürələrin ləngimə vəziyyətinə keməsi qorxaqlıq, çəkinmək kimi hisslərin, donub qalma, tutulma kimi halətlərin əmələ gəlməsinin əsasını təşkil edir.
Dinamik stereotipin yaranması və ya pozulması hisslərinin əmələ gəlməsində mühüm rol oynayır. Əgər qıcıqlayıcı müəyyən ardıcıllıqla təsir edirsə, beynimizdə həmin ardıcıllıqla müvəqqəti sinir rabitələri əmələ gəlib möhkəmlənir. Belə möhkəmlənmiş rabitələr insanın cisim və hadisələrə bəslədiyi münasibətin əsasını təşkil edir. Həmin sistemdə olan hər hansı dəyişiklik bizdə sevinc, kədər, ümidsizlik, şənlik və s. hisslər əmələ gətirir. Deməli, müəyyən dinamik stereotiplərin əmələ gəlməsi və ya pozulması ilə əlaqədar olan sinir prosesləri hisslərin fizioloji əsasını təşkil edir.
İkinci siqnal sistemi insan hisslərinin yaranmasında və tənzim edilməsində mühüm rol oynayır. Bununla da beyin qaığı bədəndə baş verən bütün prosesləri öz nəzarəti altında saxlayır. Söz qızıqlandırıcılarının vasitəsilə başqa şəxslərin daxili aləminə təsir etmək, onlarda müxtəlif emosional vəziyyət, hisslər yaratmaq mümkün olur.
Bədəndə olan müəyyən üzvi dəyişikliklər müxtəlif hisslərinin yaranmasına səbəb olur. Belə dəyişikliklərə insanda hisslərin xarici ifadəsini müəyyən etmək mümkündür. Bu vaxt müəyyən hisslərin əmələ gəlməsi ilə əlaqədar insanda tənəffüs sürəti dəyişir, qan damarları ya genişlənir ya da büzülür və s.
42. Ali hisslər.
Ali hisslərin məzmunu şəxsiyyətin inkişaf səviyyəsindən, dünyagörüşündən, bilik və bacarığından, əqidə və inamından asılı olduğu üçün subyektiv xarakter daşıyır. Yönəldiyi sosial idrak obyektindən asılı olaraq ali hisslərin 4 növü fərqləndirilir: əxlaqi, intelektual, estetik və praksis hisslər. Ali hisslər– şəxsiyyətin formalaşması prosesində, mürəkkəb sosial tələbatların ödənilməsi ilə bağlı əmələ gəlir, məsələn, vətənpərvərlik, inam, dostluq və s. Sadə hisslərisə bütün canlı orqanizmlərin, o cümlədən, insanların üzvi tələbatlarının təmin olunması ilə əlaqədar olaraq baş qaldırır. Əxlaqi hisslərihəm də mənəvi, dünyagörüşü hissləri də adlandırırlar. Əxlaqi hisslərin obyekti ayrı-ayrı adamlar, kiçik qruplar, kollektivlər, dövlət, idarə və təşkilatlar, ictimai hadisələr, insan münasibətləri, mövcud qanunlar, qaydalar və insanın özü və keçirdiyi hisslər ola bilər. Əxlaqi hisslər sosial mahiyyət kəsb etdiyi üçün əsasən ailə, məktəb və digər sosial institutlarda həyata keçirilən tərbiyə işləri ilə sıx bağlıdır. İnam, dostluq, yoldaşlıq, xeyirxahlıq, məhəbbət, insanpərvərlik, vətənpərvərlik borc, həya və məsuliyyət hissi, vətəndaşlıq, humanizm və s. əxlaqi hisslərə misal ola bilər.
Dostları ilə paylaş: |