Müəssisənin fəaliyyətinə nəzarət üçün rəhbər tərəfindən «Rəhbər nəzarəti» nəzərdə tutulub ki, burada əsas göstəricilər əks olunur:
müəssisənin hesablarında və kassalarda pul vəsaitləri qalıqları;
satış dinamikası;
debitor borcu – ümumi, gecikdirilmiş;
kreditor borcu – ümumi, gecikdirilmiş;
mənfəət və zərərlər;
malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə alıcı və sifarişçilər qarşısında yerinə yetirilməmiş öhdəliklər;
malların göndərilməsi və xidmətlərin göstərilməsi üzrə təchizatçılar və podratçılara olan yerinə yetirilməmiş öhdəliklər.
Əlavə olaraq aşağıdakı məlumatı əldə etmək olar:
ümumi göstəricilər: satışlar, gəlirlər və xərclər, dövriyyə vəsaitlərinin (pul vəsaitlərinin, ehtiyatların və debitor borclarının) vəziyyəti;
pul vəsaitləri: dövr üzrə, maddələr daxilində qalıqlar və pul vəsaitlərinin hərəkəti;
debitor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika;
kreditor borcu: dövr üzrə, borc müddətinə görə qalıqlar və dinamika.
« Azərbaycan üçün şirkətin idarə edilməsi » Almaq
Proqramın tövsiyyə olunmuş pərakəndə qiyməti, AZN, ƏDV-siz – 408 AZN
Tövsiyyə olunan iş yerlərin sayı – birdən iyirmiyə kimi.
« Azərbaycan üçün şirkətin idarə edilməsi »-ni bir neçə kompüterdə istifadə etmək istəyirsinizsə, əlavə lisenziyalar alınmalıdır.
Müştəri lisenziyasının qiyməti(AZN)
1 iş yeri – 138 AZN
5 iş yeri – 477 AZN
10 iş yeri – 917 AZN
20 iş yeri – 1 742 AZN
Dostları ilə paylaş: |