Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Buğda məhsulunun idarə olunması



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə108/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   104   105   106   107   108   109   110   111   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

14.2.3. Buğda məhsulunun idarə olunması 
 
Mədəni bitki o bitkiyə deyilir ki, bu və ya digər tələbat (ərzaq, yem, sənaye, müalicə vasitəsi, 
bəzək) üçün yararlı olsun. 
Bitkinin təbiətini və yaşayış amillərinə tələbini idarə etməklə, seleksiya və becərılmə 
texnologiyasından istifadə edərək insan becərdiyi bitkinin təbiətini dəyişir, onların məhsuldarlığını 
artırır və məhsulun keyfiyyətini yaxşılaşdırır. İnsan tərəfindən tənzim olunan torpaq-iqlim şəraiti 
bitkinin həyat şəraitini təşkil edir. 
İnsan torpağa müxtəlif becərmə üsulu tətbiq edir, ona gübrə verir, toxum səpir, bitkiyə qulluq 
edir və nəticə etibarı ilə bitkinin normal böyüməsi, inkişafı və məhsulun artırılması üçün şərait 
yaradır. İnsan qayğısı ilə əhatə olunmuş əkilən bitki daha da mədəniləşir, bol və keyfiyyətli məhsul 
verir. İnsanın himayəsi və qulluğundan kənarda olan mədəni bitki getdikcə yabanılaşır, az 
məhsuldar olur və hətta tələf olur. Bununla da mədəni bitki yabanı bitkidən fərqlənir. 
Mədəni bitkilərin inkişaf tarixi insan cəmiyyətinin inkişaf tarixi ilə əlaqədardır.
K. Marks özünün «Kapital» əsərində yazmışdır ki, mədəni bitkilər və heyvanlar təsəvvür 
edildiyi kimi təbiətin hazır məhsulu deyil, həqiqətdə məqsədəuyğun surətdə yönəldilmiş insan 
əməyinin məhsuludur, həm də nəinki keçmiş əməyin, o, eyni dərəcədə indiki əməyin məhsulu 
olmaqla, bir sıra keçmiş və indiki insan nəsillərinin əməyinin nəticəsidir. 
Əkinçilik sisteminin və qulluq işlərinin dəyişməsi və bitkinin yaşayış mühitinin dəyişməsi 
ona səbəb olmuşdur ki, mədəni bitkilərdə onların yabanı formalarında olmayan yeni-yeni əlamətlər 
meydana gəlmişdir. Hər hansı bitki mədəni əkinçilik şəraitinə nə qədər çox cəlb olunubsa, insanın 
fəaliyyəti ilə nə qədər çox dəyişdirilibsə, o bitkinin mədəni və yabanı forması arasında fərq də 
dərinləşmişdir. Bitkinin becərildiyi şəraitin dəyişməsi bitkinin özünün və onun həyat şəraitinə 
tələbatının dəyişməsinə səbəb olmuşdur. Bu və ya digər bitkinin məhsuldarlığının yüksəldilməsinə 
yönəldilən cəhd bitkidə insan üçün faydalı olan əlamət və orqanın dəyişməsinə (şəkər 
çuğundurunda kökümeyvənin daha iri olmasına, kökdə şəkər faizinin yüksəldilməsinə; kartofda 
köküyumrunun formasının yaxşılaşmasına, daha iri olmasına və nişastanın artmasına, buğda və 
digər dənli taxıllarda dənin iri və dolu olmasına, sünbülün çox sünbülcüklü, sünbülcüyün çox 
çiçəkli və çox dənli, dəndə zülalın xüsusilə lizinin, kleykovinanın (özlülük) çox olmasına, yatmaya 
davamlı qüvvəli buğda sortlarının; pambıqda qozaların iri, lif çıxımının çox, lifin daha uzun 
möhkəm olmasına, rapsda 
erurx
yağı olmayan sortların; soyada paxlaların daha hündürdə əmələ 
gəlməsinə, yüksəkboylu sortların yaranmasına; qarğıdalıda daha yüksək lizinli sortların 
yaradılmasına) səbəb olmuşdur. 
Məhsulun formalaşmasının əsas qanunauyğunluqları yaşayış faktorlarının eyni dərəcədə 
əhəmiyyətli olması və birinin digərini əvəz edə bilməməsi; faktorların kompleks təsir göstərməsi 
qanunu, minimum, maksimum və optimum qanunları və sairədir. Faktorların eyni dərəcədə 
əhəmiyyətli olması və birinin digərini əvəz edə bilməməsi qanunu öyrədir ki, bitkinin yaşaması 
üçün işıq, istilik, hava, su və qida maddələri lazımdır. Bu faktorlardan hər hansı biri çatmadıqda 
bitki tələf olur. Həmçinin bitki üçün tələb olunan suyu işıq, işığı su, suyu hava ilə əvəz etmək 
olmaz. 
Hər hansı bir faktor çatmadıqda və ya maksimumda olduqda bitki tələf olur. Faktorun birinin 
maksimumda olması başqa bir faktorun minimumda olmasına səbəb olur.
Biologiya elmi öyrədir ki, faktorların hamısı ilə bitkini təmin etdikdə daha yaxşı nəticə alınır. 
Məhsulu formalaşdıran faktorlar bitkinin böyümə və inkişafı müddətində nə qədər əlverişli 
olarsa, məhsulu təşkil edən quruluş elementləri və nəticə etibarı ilə məhsul da o qədər yüksək olar. 
Yüksək məhsul almaqla, daha doğrusu vegetasiya müddətində gələcək məhsulun miqdarını 
bioloji nəzarət yolu ilə izləmək və idarə etmək olar. Payızlıq buğda özünün ontogenez inkişafında 
ardıcıl olaraq beş mərhələ keçirir.
1. Embrional, yaxud toxumluq dövrü (cücərti vəziyyəti); 2. Cavanlıq dövrü – vegetativ 
orqanların formalaşması və çiçək qrupunun bünövrəsinin qoyulması; 3.Yetişkənlik dövrü – çoxalma 


122 
orqanlarının formalaşması; 4. Çoxalma dövrü; 5. Qocalma dövrü – meyvə verən orqanlar məhv 
olur.
Bitkinin ontogenezində (fərdi inkişafında) müşahidə olunan 12 mərhələ 8 inkişaf fazası ilə 
əlaqədar keçir. Mərhələləri adi gözlə müşahidə etmək olmur, inkişaf fazaları isə bitkinin morfoloji 
orqanları ilə əlaqədar olduğu üçün adi gözlə müşahidə olunur və fenoloji fazalar, yəni adi gözlə 
fərqləndirilə bilən (gözlə görünən) fazalar adlanır.
Fazalar mərhələlərlə, mərhələ isə məhsul elementlərindən bu və ya digərinin əmələ gəlməsi 
ilə bağlıdır. Ona görə də ontogenezin inkişafını bilmək və izləmək çox faydalıdır. 
Müxtəlif inkişaf fazalarında hansı mərhələlərin və hər bir mərhələdə məhsul elementlərinin 
hansının əmələ gəlməsi 37 saylı cədvəldə verilmişdir. 
Cədvəldən göründüyü kimi birinci, üçüncü, beşinci, yeddinci və səkkizinci faza tək bir 
mərhələdən; ikinci, altıncı faza iki, dördüncü faza isə üç mərhələdən ibarətdir.
Yüksək məhsul almaq üçün səpindən başlamış dənin dolmasınadək keçən bütün müddətdə 
buğda əlverişli şəraitdə olmalıdır. Belə ki, əgər torpaq səpinə yaxşı hazırlanmış olarsa, səpindən 
sonra torpaq hopdurma üsulu ilə suvarılarsa səpilmiş toxumların hamısı cücərər və 1m
2
-dəki 
bitkilərin sayı normal olar. Üçüncü həqiqi yarpaq və ya kollanma fazasında nəmlik, qida maddələri 
normal olarsa, kollanma çox olur, sünbül oxu uzun olmaqla onda daha çox pillə əmələ gəlir. Hər 
pillədə bir sünbülcük əmələ gəldiyindən pillə nə qədər çox olarsa sünbüldəki sünbülcük də bir o 
qədər artıq olar. 
Kollanma buğda bitkisində ən çox davam edən fazadır. Belə ki, bu üçüncü yarpaq fazasından 
başlayaraq, payız, qış ayları və yazda boruyaçıxma fazası başlayanadək davam edir. Ona görə də 
yüksək məhsulun əsası məhz kollanma fazasında qoyulur.
Boruyaçıxma fazasında aqrotexniki şərait əlverişli olduqda bitkinin quraqlığadavamlılığı 
artır, sünbüldə sünbülcüklərin və sünbülcükdə çiçəklərin miqdarı çoxalır. 
Sünbülləmədən sonra şəraitin yaxşı olması sünbülcükdə olan çiçəklərin normal 
formalaşmasına, sünbülün dənliliyinə, dənin həcminə və kütləsinə təsir edir.
Hər faza daxilində formalaşan mərhələ və əmələ gələn məhsul elementinin fenoloji fazalar 
vasitəsi ilə izlənməsinə bioloji nəzarət və ya bioloji açar deyilir. Bu bioloji açar aqronom və 
bioloqların əlində məhsuldarlığı idarə edən mühüm vasitədir. 
Məs: hektarda 3 mln. bitki, məhsuldar kollanma 1,2; sünbüldə 16 sünbülcük, sünbülcükdə 2 
ədəd dən və 1000 ədəd dənin kütləsi 40 qr. olarsa, hektardan məhsuldarlıq B
m
= 300 000 x 1,2 x 16 
x 2 x 40 : 100 000 000 = 46 sentner. 
Bu bərabərlikdə bölənə qədər olan məhsul elementinin hansı biri artarsa məhsul çoxalar. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin