177
Çıxışlar
boy və inkişafın birinci fazasıdır. Torpağa səpilmiş toxum 3-5 gündən sonra şişir və
cücərir, lakin çıxışlar (ləpə yarpaqlar) ləpəaltı dizciyin böyüməsi sayəsində 8-10 gündən sonra
alınır.
Çıxışlar əmələ gəldikdən 8-11 gün sonra, həqiqi ikinci yarpaq əmələ gəldikdə
budaqlanma
fazası başlayır. Birinci və ikinci yarpaq qoltuqlarındakı tumurcuqlardan birinci sıra zoğların təməli
qoyulur. Deməli hamaşçiçəyi formalaşdıran birinci düyün (buğum) əmələ gələnə qədər növbəti
buğum arlarının əmələ gəlməsi ilə gövdədə bir-birinin ardınca birinci sıra yeni zoğlar əmələ gəlir.
Belə ki, buna oxşar gövdənin ikinci sıra budaqlanması törəyir. Kifayət qədər nəmlik olduqda
budaqlanma vegetasiyanın sonuna qədər davam edir.
Budaqlanmanın əvvəlindən 5-6 gün keçdikdən sonra
qönçələmə
fazası başlayır. Gövdənin
birinci hamaşçiçəyində, vegetasiya dövrünün sonunu sübut edən qönçə əmələ gəlir. İkinci və
üçüncü sıra budaqlarda qönçələrin əmələ gəlməsi vegetasiya dövrünün sonuna qədər davam edir.
Çıxışlar alındıqdan 25-30 gün sonra
çiçəkləmə
fazası başlayır və 20-40 gün davam edir.
Çiçəkləmənin davam etməsi başlıca olaraq hava şəraiti ilə müəyyən edilir, quraq havada o azalır,
lakin isti və nəmişli şəraitdə artır. Birinci çiçək budağın aşağı hamaşçiçəyində açılır, yan budaqlarda
çiçəkləmə 4-8 gündən sonra başlayır. Çiçəyin açılması prosesi 5-10 dəqiqə davam edir, lakin o açıq
vəziyyətdə 7-10 saat qalır. Əgər tozlanma (mayalanma) baş veribsə, onda çiçək örtülür. Əlverişsiz
hava şəraiti (quraqlıq) çiçəkləməni dayandıra bilər, lakin əlverişli şərait (atmosfer çöküntüləri)
yenidən çiçəkləməyə səbəb ola bilər. Beləliklə qarabaşağın uzun müddət çiçkləməsi, onun
uyğunlaşmış xarakterlərindən biridir. O elə bil ki, meyvələrin formalaşması üçün əlverişli şərait
gözləyir.
Meyvə əmələgəlmə və yetişmə, eləcə də çiçəkləmə bir bitkinin timsalında 30-45 gün davam
edir. Eyni müddətdə bitkidə yetişmiş, yetişməyən və süd yetişkənlik vəziyyətində meyvələr, eləcə
də çiçəklər və qönçələr olur. Qarabaşaqda generativ orqanların böyük hissəsi məhv olur. İstilər və
quraqlıq, yağışlar və çiskinlər, küləklər və temperaturun kəskin aşağı enməsi mayalanmanı pozur,
dənin dolması və dən məhsulunun aşağı düşməsinə gətirib çıxarır.
Çiçəkləmənin başlanğıcından 25-30 gün keçəndən sonra plastik maddələrin meyvələrə
(nəmlik 35-40%) daxil olması dayanır, onlar bərkiyir, sorta xarakter olan rəng əldə edirlər. Yetişmə
fazasını bitkilərdə meyvələrin 75%-dən az olmayaraq qonurlaşması müəyyənləşdirir.
Dostları ilə paylaş: