195
Amerika lobyası paxlalarının iri, yastı, az toxumlu,
əyri nəhayətli, toxumlarının iri,
yarpaqaltlıqlarının pazşəkilli və xırda, Asiya mənşəli növlər isə paxlalarının nisbətən xırda, silindir
formalı, çox toxumlu, toxumlarının xırda, yarpaqaltlıqlarının enli olması ilə xarakterizə olunur.
Amerika qrupundan əsas əhəmiyətə malik olan növlər:
1.
Adi lobya –
Phaseolus vulgaris
2.
Lim lobyası –
Phaseolus lunatus
3.
Sivriyarpaq lobya –
Phaseolus acutifolus
4.
Çoxçiçəkli lobya -
Phaseolus multiflorus
Asiya qrupundan isə qızılı lobya (maş) -
Phaseolus aureus
növüdür. El arasında piyada lobya da
deyilir. Bunlardan əsasən yeyintidə istifadə ediləni və dən məhsulu üçün becəriləni adi lobyadır.
Bioloji xüsusiyyətləri.
Adi lobya istilik sevən bitkidir. Onun toxumları 10
0
C temperaturda
cücərməyə başlayır, çıxışlar isə 12-13
0
C-də formalaşır. Çıxışlar - 0,5-1
0
C
temperaturda məhv
olur. Eyni zamanda -2
0
C şaxtada cücərti verən sortlar da var.
Lobya əsasən toxumun cücərməsi, çiçəkləmə fazasında və paxla bağlama dövründə nəmliyə
xüsusi tələbat göstərir. Bu dövrlərdə tarla rütubət tutumunun normada olması olduqca vacibdir.
Lobya qısa gün bitkilərinə aiddir. Eyni zamanda günün uzunluğuna müsbət və neytral reaksiya
göstərən sortları da vardır.
Nisbətən strukturlu, orta nəmlikli, torpaqlar (pH= 6,5-7,5)
onlar üçün
yararlıdır.
Dostları ilə paylaş: