Məhsulun yığılması . Yetişərkən soya paxlası açılmır ona görə də dən itkisi az olur. Dən
məqsədi ilə əkdikdə soya tam yetişmə fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və
paxlaların saralmağa başladığı dövrdə dəndə 14-16% nəmlik olduqda SK-5 Niva, SK-4A, SKD-5P,
SKD-5M, "Sibiryak" kombaynları ilə yığılmalıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək
üçün nizamlanmalıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka arasında məsafə
CK- 4A, CK-5 kombaynlarda girəcəkdə 40 mm, çıxacaqda 28 mm-dən az olmamalıdır. Barabanın
dövrü dəqiqədə 400-500 dəfə dövr etməlidir. Yetişməni sürətləndirmək məqsədilə tezyetişən sortlar
əkilən sahələrdə desikasiya aparılır. Bu iş dəndə nəmlik 40-45% olduqda maqnezium – xlorat
preporatının 20 kq-ı suya qarışdırılaraq sahəyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə
desikasiya aparılmır.
Yığılmış toxumda nəmlik 14% - dən çox olarsa asfalt meydançada günəş altında qurudulmalı
və digər qatışıqlardan təmizlənməlidir.
16.6. Lobya Əhəmiyyəti. Lobya qiymətli ərzaq bitkisidir. Ərzaq kimi onun həm dənindən, həm də yaşıl
paxlasından təzə və konservləşdirilmiş halda istifadə
edilir. Yaxşı bişən və həzmə gedən dənin tərkibində əla
dad keyfiyyətinə malik olan 28-30 % zülal var. Quru
kütləyə görə lobyanın yaşıl paxlasının tərkibində 15,7 %-
ə qədər zülal, çoxlu şəkər və hər 100 qramda 22 mq C
vitamini vardır. Lobyanın bəzi növlərini bəzək bitkisi
kimi də istifadə etmək olar.
Bitkinin tarixi və yayılması. Lobya bitkisi
Amerika mənşəlidir. Qədim zamanlardan Mərkəzi və
Cənubi Amerika ölkələrində becərilmişdir. XVI əsrin
sonunda lobya Avropaya gətirilib və XVII – XVIII
əsrlərdə Avropadan Rusiya ərazisinə yayılmışdır. Xırda
toxumlu lobyalar (maş)
5-6 min il əvvəl Cənubi Asiya
ölkələrinin (Çin, Hindistan, Yaponiya və s.) əkinçiliyində
istifadə olunub.
Dünya əkinçiliyində əkin sahəsinə görə lobya
soyadan sonra dənli-paxlalı bitkilər içərisində ikinci yeri
tutur.