219
0,3% yağ və 0,8-1,0% kül maddələri, C, B (B
1
, B
2
, B
6
), PP, K və karotinoidlər vardır. Xüsusilə təzə
yumrular vitaminlə zəngindir. Hər 100 qramında 25 mq C vitamini vardır.
Kartof – hərtərəfli istifadə olunan bitkidir. Yumrularında nişasta, yüksək keyfiyyətli zülal və
vitaminlər olduğundan, bu bitki insanların qidalanması üçün son dərəcə vacib ərzaq məhsulu hesab
olunur. Onu haqlı olaraq ikinci çörək adlandırırlar. Kartofdan 200 adda xörək hazırlanır.
Kartof mal-qara üçün yaxşı yemdir. Üzvi maddələrin həzmə getməsinə görə (83-97%) kartof,
yemlik kökümeyvəlilər kimi, bitki yemləri içərisində birinci yerdə durur. Yumrularından bişmiş və
ya çiy formada heyvanların yemləndirilməsində istifadə edilir. Yerüstü kütləsini siloslaşdırırlar.
Kartof məhsulunun emalından sonra qalan cecə və əzinti (lət) heyvanlar üçün çox yaxşı yemdir.
Yumruların hər sentnerində 29,5, yaşıl kütləsində 8,5, təzə cecəsində 4, qurudulmuş cecəsində 52,
təzə lətində (əzilmiş) 12,2, qurudulmuş lətində isə 95,5 yem vahidi vardır. Hektardan 150 sentner
yumru və 80 sentner yerüstü kütlə məhsulu ilə kartofun ümumi yemlilik dəyəri təxminən 5500 yem
vahidinə bərabərdir.
Kartofun qabığında və yaşıllaşmış yumrularındı pörtlətmə zamanı qismən parçalanan zəhərli
maddə
solanin
(0,005 – 0,01%) vardır. Gün işığı yaxud süni işıqda yaşıllaşmış və cücərmiş
yumrular diqqətlə pörtlədilməsə və zərərsizləşdirilməsə ərzaq kimi və heyvanların yemləndirilməsi
üçün yararlı deyildir.
Yumrular həm də sənayedə müxtəlif məhsulların alınması üçün qiymətli xammaldır. Ondan
spirt, nişasta, dekstrin, qlükoza, kauçuk və s. alınır. Kartofdan alınan nişasta yeyinti, toxuculuq və
kağız sənayesində əvəzsizdir.
Tərkibində 17,6% nişasta olan bir ton yumrulardan 112
litr spirt, 55
kq maye karbonat
turşusu, 170 kq nişasta, 80 kq qlükoza, 1500 litr barda (cecə), 1000 kq lət, 0,39 litr sivuş yağı, 17 kq
sintetik kauçuk və s. alınır.
Kartof həm də yaxşı sələf bitkisidir. Cərgəarası becərilən bitki
kimi özündən sonra torpaq
yumşaq və alaq otlarından təmizlənmiş olur.
Dostları ilə paylaş: