221
lazımi dərəcədə təyin edir. Gövdənin torpaqda qalan buğumaralarının yarpaq qoltuğundan cavan
zoğ –
stolon
inkişaf edir ki, onun axırıncı buğumarası şişkinləşərək yumrunu əmələ gətirir.
Gövdəyə nisbətən stolonların qalınlığı həmişə kiçik olur. Stolonların uzunluğu müxtəlif – tezyetişən
sortlarda onlar qısa, gecyetişənlərdə isə əksinə uzun ola bilər.
Kartofun yarpaqları mürəkkəbdir. Yumrulardan yaxud toxumların cücərməsindən alınan ilk
yarpaqlar sadə və tamkənarlı olurlar. Bitki inkişaf etdikcə kəsik-kəsik yarıqlı təklələkşəkilli
yarpaqlar əmələ gəlir. Yarpağın əsas saplağının sonu tək dilimlə (kartofda yarpaqcıq dilim, yaxud
yarpaq payacığı adlanır) qurtardığına görə təklələkşəkilli adlanır. Sort əlaməti olaraq əsas saplağın
üzərində iri dilimlərin arasında birincilərə nisbətən xırda (ikinci dərəcəli), bunların da arasında daha
xırda (üçüncü dərəcəli) dilimlər əmələ gəlir.
Yarpaqların dilimlənməsi üç qrupa bölünür:
1 –
Zəif dilimlənmə
– ikinci dərəcəli dilim bir cüt olur, üçüncü dərəcəli dilim əmələ gəlmir.
2 –
Orta dərəcədə dilimlənmə
– ikinci
dərəcəli dilim iki cüt olr, üçüncü drəcəli dilim az olur.
3 –
Kəskin dilimlənmə
– ikinci dərəcəli dilim iki-üç cüt, üçüncü dərəcəli dilim çox olur.
Formasına görə nisbətən tipik dilimli yarpaqlar birinci cüt hesab edilir. Bəzi sortlarda son
dilimin əsası iki qonşu dilimlərə bitişir. Kartof yarpağının ayası zəif, yaxud kəskin tüklü olur, rəngi
isə sarımtıl - yaşıldan tünd yaşıla qədər dəyişir.
Kartofun çiçək qrupu uzun saplaqlı dəstə təşkil edir. Dəstədə 2-4 çiçək olur. Bitkinin
çiçəkləmə və meyvə vermə qüvvəsi sortun bioloji xüsusiyyəti ilə bərabər, onu əhatə edən mühitdən,
xüsusən iqlim şəraitindən asılıdır. Çox hallarda əmələ gəlmiş meyvə orqanları tökülür.
Çiçəkləmənin intensivliyinə bitkinin mexaniki zədələnməsi də təsir edir.
Ultrabənövşəyi, qırmızı
şüaların radiasiyası nəmliyi istənilən qədər olan mötədil iqlimə malik dağ və dağətəyi bölgələrdə
kartofun çiçəkləmə və meyvə vermə prosesi normal gedir. Çiçəyin ləçək yarpaqları beş ədəd, ağ,
qırmızı, bənövşəyi, göy-bənövşəyi, qırmızı-bənövşəyi rəngli olmaqla bir-birinə bitişmişdir. Hər
çiçəkdə beş erkəkcik, bir dişicik vardır. Toz kisələri bir-birinə sıxılaraq konus əmələ gətirirlər.
Konus sarı, narıncı, yaşılımtıl-sarı, və bədrəng-sarı rəngli olur. Yaşılımtıl-sarı, və bədrəng-sarı
rəngli toz kisələri ya heç toz əmələ gətirmir, yaxud da tozcuqları çox az və ya qeyri-məhsuldar olur.
Kartof öz-özünü tozlayan bitkidir.
Kartof bitkisinin meyvəsi şarşəkilli yaxud oval, ikiyuvalı çox toxumlu şirəli yaşıl gilədir. Gilə
yetişən zaman ağarır və çiyələk ətrinə bənzər ətir verir. Qida kimi istifadəyə yararsızdır, ona görə
ki,
tərkibində çoxlu miqdarda
solanin
alkaloidi vardır. Toxumları xırda, yastı, əyri rüşeymli, boz
(açıq-sarı) rənglidir. 1000 ədəd toxumun kütləsi 0,5 qrama yaxındır.
Yumruları ilə becərilən kartofun kök sistemi
saçaqlıdır
.
O, kök sisteminin ayrı-ayrı budaqlarının
cəmini özündə əks etdirir. Köklər o qədər də
torpağın dərinliyinə işləmir. Köklərin yarıdan çoxu
əkin qatında, 22-38%-i bir qədər dərinə, ayrı-ayrı
köklər isə 150 sm-ə qədər dərinliyə işləyir. Köklərin
torpağın dərin qatlarına
işləməsi müxtəlif sortlarda
eyni
deyildir,
tezyetişən
sortlarda
kiçik,
gecyetişənlərdə əhəmiyyətli dərəcədə dərindir.
Güclü kök sisteminin əmələ gəlməsi becərmə
şəraitindən - torpaqda olan qida maddələrinin
miqdarından, havalanma, və nəmlikdən əhəmiyyətli
dərəcədə asılıdır. Fosfor elementinə münasibətinə
görə Kartofun kök sistemi
fəal uduculuq qabiliyyəti
ilə fərqlənir.
Stolon müəyyən qədər böyüdükdən sonra
nəhayəti şişkinləşərək cavan yumru əmələ gətirir. Kartofun yumrusu buğumaraları qısalmış gövdə
budağından ibarətdir. Yumrunun üzərində reduksiya olunaraq xırda pulcuq, yaxud enli qaş
formasını almış yarpaqlar müşahidə olunur. Əsas formasını və quruluşunu itirmiş belə yarpaqların
Şəkil 29. İşıqda cücərdilmiş kartof
yumruları
222
qoltuğunda 2-3 gözcük yerləşir. Yumrunun hər gözcüyündə 3 ədəd tumurcuq əmələ gəlir.
Gözcüklər yumrularda spiral şəklində düzülmüşlər. Yumrunun təpə hissəsindəki gözcüklər orta
hissəsindəkinə nisbətən bir-birinə yaxın yerləşmişlər.
Yetişmiş yumrular mantar toxumadan ibarət nazik qabıqla örtülmüşdür ki, bu qat yumruları
qurumaqdan və xəstəlikdən qoruyur. Mantar qatının alt hissəsində
nişasta dənələri ilə dolmuş
qabığın parenxim hüceyrələri, sonra isə gözcüklərlə birləşən törədici toxumalar və damarlı - lifli
həlqələr dəstəsi yerləşir. Yumrunun daxili hissəsində də yəni özəyində nişasta vardır, lakin qabığa
nisbətən azdır.
Hər bir sortun xarakterinə uyğun olaraq yumruların forması olduqca müxtəlifdir. Yumrular
əksər sortlarda yuvarlaq, oval və uzunsov olur. Lakin xarici şəraitin təsirindən hər hansı sorta xas
olan tipik forma dəyişə bilər. Yumruların forması uzunluğunun eninə və eninin qalınlığına nisbəti
ilə təyin olunur. Yuvarlaq yumrunun diametri onun hər tərəfində bərabərdir. Uzunsov yumruların
uzunluğu enindən 2,0-2,5 dəfə çox olur. Oval formalı yumruların isə orta hissəsi nisbətən enlidir.
Yumrunun ətli hissəsi ağ, sarı, sarımtıl-qırmızı, və göy rəngli ola bilər. Müəyyən edilmişdir
ki, ətli hissəsi sarı olan yumruların tərkibində azotlu maddələrin miqdarı digərlərinə nisbətən çox
olur. Qabığın rəngi mantar qatının qalınlığından və hüceyrə şirəsinin piqmentlərindən asılıdır.
Mantar qatı nazik olduqda ətli hissənin rəngi xaricdən seçilir. Hüceyrə şirəsində olan rəngləyici
piqmentlərin təsirindən qabıq çəhrayı, qırmızı, bənövşəyi rəngə çevrilir.
Yumrunun səthində
mərciməkcik adlanan açıq rəngli xırda nöqtələr vardır ki, tənəffüs və nəmliyin buxarlanması
bunların vasitəsi ilə gedir. Mərciməkciklərin miqdarı və ölçüsü əsasən kartofun becərilmə
şəraitindən asılıdır.
Dostları ilə paylaş: