265
Nanə istiliyə az tələbkardır. Üstünü örtmədən nazik qar örtüyü altında yaxşı qışlayır.
Torpaqda temperatur 2-3
0
C olduqda nanənin kökümsov gövdələrində tumurcuqlar oyanmağa
başlayır. Cavan budaqlar -6
0
C şaxtalara dözürlər. Nəmlik sevən bitkidir. Tarla rütubət tutumu 80%
olduqda yerüstü kütlə daha intensiv inkişaf edir. Kifayət qədər işığa həssas bitkidir.
Kölgəliklər
bitkinin yarpaqlarında efir yağının miqdarının azalmasına səbəb olur. Düzən münbit qara torpaqlar
və qurudulmuş torflu torpaqlar nanə üçün daha yaxşı hesab olunur.
Becərilmə texnologiyası.
Növbəli əkində nanədən daha yüksək məhsul əldə etmək üçün.
gübrə verilmiş və başdan-başa becərilən bitkilərdən, payızlıqlardan
sonra gübrələnmiş herik və
yoncanın birinci ilindən sonra yerləşdirmək məsləhətdir.
Nanə üzvi və mineral gübrələrin verilməsinə yaxşı reaksiya göstərir. Onun altına hər hektara
15-20 ton peyin və N
90
P
60
K
90
mineral gübrə verilir. Peyin və mineral gübrənin bir hissəsi payızda
əsas şum altına, qalan mineral gübrəni isə kultivasiyadan əvvəl və kökümsov gövdə əkildikdən
sonra yemləmə şəklində verilir.
Kökümsov gövdə erkən yazda yazlıq bitkilərlə eyni vaxtda köçürülür. Kökümsov gövdələri
cərgəarası 70 sm olmaqla köçürdükdə yaxşı nəticə verir. Kökümsov gövdənin norması hektara 0,8-
1,0 tondur. Basdırılma dərinliyi yazda 6-8 sm, payızda 10-12 sm-dir. Əkin materialı
kimi cavan
budaqları olan kökümsov gövdədən istifadə edilir. Əkin materialı aprel ayında köçürülür. Hektarda
bitki sıxlığı 130 mindən az olmamalıdır.
Əkin materialı köçürüldükdən 30 gün sonra çıxışların tam görünməsi qeydə alınır. Çıxışlar
alınana qədər nanə əkinləri cərgələrin köndələninə yüngül mala ilə malalanır. Vegetasiya
müddətində isə 2-3 dəfə cərgə aralarının becərilməsi aparılır.
Yarpaq məhsulunu nanə həyatının birinci, ikinci və üçüncü illərində verir.
Adətən nanənin
həyatının ikinci ili daha məhsuldar olur. Yarpaqlar yığıldıqdan sonra mineral gübrə verilərək sahə
malalanır.
Nanənin yığımına texniki yetişkənlik fazasında başlanılır. Birinci ili becərilən nanənin texniki
yetişkənliyi bitkilərin 50%-i çiçəklədikdə (iyul), ikinci və üçüncü ildə tam qönçələmə dövründə
(iyunun sonu) başlanılır.
Nanəni paxlalı bitkilər, taxıl biçən və ot çalan maşınlarla biçirlər.
Biçilmiş kütlə 1-2 gün müddətində tarlada qalır, soluxandan sonra nəqliyyata yüklənir
və emal
üçün zavoda göndərilir.
Nanə suvarmaya yaxşı reaksiya göstərir. Yaxşı suvarılan şəraitdə ondan ildə iki dəfə efiryağlı
xammal üçün məhsul alınır. Suvarılan nanənin hər hektarında 60-90 kq efir yağı toplanır.
Suvarılmayan sahələrdə isə hektardan 20-30 kq-a qədər toplamaq mümkündür. Torpaqda rütubət
tutumu ən azı 70-75% olduqda nanə əkinləri yağışyağdırma üsulu ilə suvarılmağa başlanır.
Nanənin kökümsov gövdəsini yerüstü ləklərdə saxlayırlar. Ləklərin üzəri 10-15 sm
qalınlığında torpaqla örtülür. Möhkəm soyuqlar düşdükdə torpaq qatı 15-20 sm-ə çatdırılır.
Kökümsov gövdələri ləklərdə saxlamaq üçün daha yaxşı temperatur 0
0
-dən -4
0
-yə qədərdir.
Dostları ilə paylaş: