Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə336/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   332   333   334   335   336   337   338   339   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Çəpişotu tarlalarının növbəli əkinsiz yaxud ot durumunun 5-7 il 
istifadə edilməsi üçün tarla və yemçilik növbəli əkinlərində yerləşdirilməsi məqsədəuyğundur. Daha 
yaxşı sələfləri təmiz və bitkili herik, başdan-başa becərilən (kökümeyvəli, kartof, tərəvəz), eləcə də 
altına üzvi gübrələr verilmiş payızlıq taxıl bitkiləridir.
Torpağın əsas becərilməsi sistemi ehtiyatla, alaqlardan maksimum təmizlənmə və torpaq 
səthinin hamarlanmasından ibarətdir. Nəmlik itkisinin qarşısını almaq və torpaq səthini hamarlamaq 
üçün səpinqabağı becərməyə mala çəkilməsi ilə başlanılır. Bu, toxumların eyni dərinliyə düşməsini 
və cücərtilərin bir bərabərdə alınmasını təmin edir. Səpilən ili onun tədricən (yavaş) inkişaf etməsi 
herbisidlərdən istifadənin zəruriliyinə səbəb olur. Təxminən alaqları tam məhv etməyə nail olmaq 
üçün səpinə qədər hektara təsiredici maddə hesabı ilə 1 kq 
treflan
, növbəti becərmədə isə alaqlar 
cücərməyə başladıqda hektara 1,5 kq 
bazaqran
sərf olunur. 
Çəpişotu torpaqdan çoxlu miqdarda qida elementləri, bir ton quru maddə yaratmaq üçün 27-35 
kq azot, 2-4 kq fosfor, 5-11kq kalium aparır.
Bitkinin azota olan tələbatı neytrala yaxın torpaq turşuluğunda, fəal gedən bioloji azotun təsbit 
olunması hesabına, nəmlik və havalanması yaxşı olan, fır bakteriyalarının fəal ştamları olan, makro 
və mikroelementlərlə orta və yüksək dərəcədə təmin olunmuş torpaqlarda ödənilir.
Toxumun səpinə hazırlanmasının əsas üsulları – skarifikasiya (toxumun cızılması), 
dərmanlanması və molibden preparatı ilə işlənilməsidir. Toxumlar aktiv, virulent və rəqabət 


291 
qabiliyyətli bakteriya ştamları ilə (
rizotorfinlə
) yoluxdurulmalıdır. Bakterial preparatla 
yoluxdurmanı molibden gübrəsi ilə qarışdırmaq mümkündür.
Az alaqlanmış sahələrdə yem məqsədi ilə çəpişotunu cərgəarası 15 sm, hektara 4 mln ədəd 
cücərmə qabiliyyətli toxum səpməklə becərmək üçün herbisidlərdən istifadə edilməsi məqsədə 
uyğundur. Alaqlarla əhəmiyyətli dərəcədə zibillənmiş sahələrdə herbisidlərdən istifadə etmədən, 
eləcə də çəpişotunun toxum materialına qənaət etməklə, cərgəarası becərmələr aparmaq üçün 
gencərgəli (cərgəarası 45 sm) üsulla - səpin norması hektara 2 mln toxum tövsiyə olunur. 1-2 ildən 
sonra gencərgəli səpinlərdə bitki sıxlığı və nəticə etibarı ilə məhsuldarlıq da adi cərgəvi üsuldakı 
kimi olacaq. Çəpişotunun ot durumu seyrəldikdə yaxşı olar ki, 1-2 il toxum üçün saxlansın, lakin 
sonradan biçin üçün istifadə olunsun. Toxumluq sahələrdə biçin və toxumdan istifadəni 
növbələndirməklə, ot durumunun yatmasının və güclü sıxlaşmanın qarşısını almaq mümkündür.
Əgər kaliumun torpaqda miqdarı orta dərəcədən aşağıdırsa, həyatının ikinci ili və növbəti 
illərdə bitkidə kalium gübrəsi ilə yemləmə aparılır, məhsul isə yaşıl kütlə yaxud toxum üçün yığılır. 
Tarlada sürünən ayrıqotu göründükdə hektara təsiredici maddə hesabı ilə 0,5-1,0 kq 
fyuziladla
çiləmə aparılır. 
Çəpişotunun spesifik zərərverici və xəstəlik törədicisi hələlik yoxdur, lakin onu digər paxlalı 
bitkilərin zərərverici və xəstəlikləri zədələyə bilər. Zəruri hallarda kimyəvi preparatlar tətbiq edilir.
Kifayət qədər rütubətli bölgələr bu bitkinin davamlı toxumçuluq zonası hesab olunur. 
Çoxsaylı tədqiqatların nəticələri göstərir ki, ot durumunu 5-10 il toxum üçün istifadə etdikdə orta 
hesabla hektardan 240-300 kq məhsul alınır. 
Toxum məqsədi ilə hektara cücərmə qabiliyyətli toxumun səpin normasını 1 mln. qədər 
azaltmaq, cərgə aralarını isə (60 sm) genişləndirmək olar. Çəpişotu əla bal verən bitkidir, onun 
toxumluq sahəyə gətirilməsi məhsuldarlığı və toxumun keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. 
Toxumun yetişməsi vegetasiya müddətindən və hava şəraitindən asılı olaraq 85-110 gün çəkir. 
Paxlalar 90-100% qonurlaşdıqda kombaynla birbaşa yığım başlanır. Nəmişli havalarda toxumu 
kombaynla birbaşa yığılmaq üçün 15%-li 
reqlonla
hektara 0,8 kq təsiredici maddə hesabı ilə 
desikasiya tətbiq olunur. Ancaq bu vaxt yaşıl kütlənin yem üçün istifadəsinin itirilməsi 
mümkündür.
Hissə-hissə yığımda kombaynın birinci gedişində yetişmiş toxumlar döyülür, qalan kütlə isə 
tirələrə sərilir. Bir neçə gündən sonra kütlə quruyur və toxum yetişir. Kombayn çeşidləyici ilə
ikinci gedişdə qurumuş kütləni xırdalayır. Paxlaların 80-90-%-i qonurlaşdıqda ikimərhələli (hissə-
hissə) yığıma başlamaq olar. Toxum təmizlənməli və 13-14% nəmliyə qədər qurudulmalıdır. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin