Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə335/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   331   332   333   334   335   336   337   338   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri.
Həyatının birinci ili çəpişotu yavaş-yavaş inkişaf edir, bir dəfədən 
artıq biçin vermir (hektardan 4 ton quru ot məhsulu). Belə ki, əgər vegetasiyanın sonuna bitkinin 
boyu 20 sm-dən azdırsa həyatının birinci ili onun biçilməsi məsləhət görülmür.
İkinci ilindən başlayaraq və sonrakı illərdə də onun bütün istifadə olunduğu müddətdə yüksək 
məhsuldarlığını saxlamaqla çəpişotu ildə 2-3 dəfə tam qiymətli biçin verir.
Çəpişotu daha erkən yazda yem verir, yonca və üçyarpaq isə bu zaman yalnız intensiv boy 
atmağa başlayır. Vegetasiya müddəti uzun, ot durumunun payızın axırına qədər istifadəsi mümkün 
olan, yaxşı xora verən, daha çox budaqlanma enerjisinə malik bu bitki yaşıl konveyerdə 
əvəzolunmazdır. Çəpişotunun yüksək məhsuldarlığı yüksək qidalılığı ilə uyğun gəlir. 100 kq yaşıl 
kütləsində 20-21 yem vahidi, 100 kq quru otunda isə 57-58 yem vahidi vardır. Yerüstü kütləsinin 
tərkibində zülalın miqdarı 16-25%-dir. Bir yem vahidində xam zülalın miqdarı 175-216 qramdır. Bu 
bitkinin yemlilik dəyəri onun yaxşı yarpaqlanması (50-70%) ilə əlaqəlidir. 
Çəpişotu təkcə zülalın yüksək miqdarı ilə yox, kül elementləri və sulu karbonların olması ilə 
də fərqlənir. Onun yemlilik dəyəri bütün vegetasiya müddətində saxlanır. Yarpaqlar və budaqlar 
toxum yetişdikdən sonra da qidalılıq dəyərini saxlamaqla yaşıl qalırlar. Bitkidən təzə halda mal-
qara üçün yem, quru ot tədarükü, senaj, qurudulmuş yüksək zülallı konsentratların (briket, dənəvər, 
ot unu, doğranmış ot ) hazırlanmasında istifadə olunur. Zülalın və amin turşularının tərkibinə görə 
Şəkil 45. Çəpişotu 


290 
çəpişotu yoncaya yaxındır, mikroelementlərin miqdarına görə isə ənənəvi yem bitkilərindən geri 
qalmır.
Çəpişotunun cücərtiləri səpindən 8-15 gün sonra əmələ gəlir. Yerüstü hissəsi çox yavaş 
böyüyür, həmçinin kütləsinə görə 2-3 dəfə yerüstü hissəni ötüb keçən güclü və sıx kök sistemi 
inkişaf edir. Bununla belə müvəffəqiyyətlə qışlaması üçün 100-120 gün tələb olunur. Vegetasiyanın 
sonuna bitkinin boyu 40-60 sm-ə çatır. İkinci və sonrakı illərdə uzanması çox erkən başlayır.
Çiçəkləmə 20-25 gün davam edir. Toxumlar çiçəkləmədən 30-40 gün sonra yetişməyə 
başlayırlar. Hava şəraitindən asılı olaraq yazda bitkinin boyunun uzanmasından toxumun 
yetişməsinə qədər 2,5-3,0 ay keçir.
Yetişmə prosesində bitkinin budaqları qabalaşır, ancaq yarpaqlarla birlikdə toxumun tam 
yetişməsinə qədər yaşıl qalırlar. Toxum yığılan zaman eyni vaxtda yem məqsədi ilə yaşıl kütlə də 
almaq mümkündür.
Yaşıl kütlə yaxud quru ot yığıldıqdan sonra xora məhsulu formalaşır. Onun həcmi birinci 
biçindən fərqli olaraq yağıntıların miqdarı və torpağın tarla rütubət tutumundan yüksək dərəcədə 
asılıdır. Şəraitdən asılı olaraq vegetasiya müddətində ildə 2-3 biçin almaq mümkündür.
Çəpişotu xüsusən inkişafının başlanğıcında işığa tələbkardır və kölgəliyi sevmir. Örtük bitkisi 
hədsiz sıx olmamalı yaxud yatmamalıdır, onu erkən yığmaq lazımdır. Həmin səbəbdən də adətən 
səpin aparılan ili çəpişotu alaqlara qarşı həssasdır.
Çəpişotunun toxumları 5-6 
0
C temperaturda cücərir, optimal cücərmə temperaturu 10-12 
0
C-
dir. Yüksək soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir. Bitkiyə -3-5 
0
C payız və yaz şaxtaları ziyan 
gətirmir.
Nəmliyə tələbatına görə çəpişotu yonca və üçyarpaq arasında (müqayisədə) orta vəziyyətdə 
durur. Çəpişotunun birinci biçininin formalaşmasına digər paxlalı bitkilərə nisbətən yaz quraqlığı 
əhəmiyyətli dərəcədə az təsir edir. Həyatının birinci ili nəmliyin çatışmamasına daha çox həssasdır, 
bu vaxt kök sistemi təzəcə formalaşmış olur. Kifayət qədər nəmlik olduqda çəpişotundan daha 
yüksək məhsul götürmək mümkündür.
Bu bitki üçün münbit, yumşaq və nəmli torpaqlar daha yaxşı hesab olunur. Çəpişotunu 
müxtəlif torpaqlarda (qaratorpaq, çimli-podzol, çimli-karbonatlı (gilli və qumlucalı), meliorasiya 
edilmiş torflu və subasar torpaqlarda) becərmək mümkündür. Bütün hallarda torpaq 
mədəniləşdirilmiş, alaqlardan təmiz, kifayət qədər şum qatı dərin və üzvi maddələrlə zəngin 
olmalıdır. Qida maddələri ilə kasıb torpaqlarda çəpişotu pis böyüyür. Torpaq reaksiyasının məhlulu 
neytrala yaxın olmalıdır, bu bioloji azotun təsbit olunması sisteminin yaranmasına köməklik edir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin