296
norması hektara 8-9 kq, adi cərgəvi əkinlərdə isə 15-16 kq-dır. Əkinlərə qulluq çəmən
pişikquyruğunda olduğu kimidir.
Çəmən yulafının dəni yetişən zaman güclü tökülür. Ona görə də yığıma mum yetişkənlik
fazasında başlayırlar. Yaxşı olar ki, toxumluq sahələr birbaşa kombaynla yığılsın. Yığılmış
toxumlar təmizlədikdən sonra nəmliyini 14-15%-ə çatdırılır və saxlama yerlərinə daşınır.
Təcrübələr göstərmişdir ki, becərmə texnologiyasına düzgün əməl etdikdə hektardan 5-7 sentner
dən məhsulu götürmək mümkündür.
22.2.3. Çoban toppuzu
Botaniki quruluşu və bioloji xüsusiyyətləri.
Çoban toxmağı
(Dactylis glomerata L.)
seyrəkkollu çoxillik ot bitkisidir. Saçaqlı kök sistemi torpağın 100 sm dərinliyinə işləyir. Gövdəsi
dikdurandır və hündürlüyü 150 sm-ə çatır. Hamar və enli bol yarpağı uzundur, hər gövdədə 4-8
buğum olur. Silindrşəkilli yarpaqları yeni əmələ gəldikdə uzununa ikiqat bükülür. Yarpaqların rəngi
əvvəl açıq-yaşıla, sonra isə boz-yaşıla çalır. Yarpaq qınları örtülü, dilləri uzunsov yumurtavarı,
yuxarıdan parçalanmış və saçaqlı olur. Uzun müddət biçilməmiş qaldıqda gövdəsi qabalaşır.
Mürəkkəbçiçəklidir, çiçəkləri sünbülcükdən ibarət olub, yığcam və ya dağınıq süpürgə əmələ
gətirir. Bir neçə çiçəkdən ibarət sünbülcüklər süpürgənin oxu, yaxud budaqları üzərində yerləşir.
Sünbülcüklərin rəngi yaşıl, bəzən də açıq-yaşıl və açıq-bənövşəyi olur. Toxumu (meyvəsi) yastı,
pərdəli üçkünc nisbətən uzunsov formalı və boz rənglidir. Mütləq kütləsi 0,8-1,3 qramdır.
Həyat tərzi yoncaya uyğun olduğundan Azərbaycanın suvarılan bölgələrində xüsusən
pambıqçılıq rayonlarında yonca ilə qarışıq əkildikdə daha yaxşı nəticə verir.
Naxçıvan Muxtar Respublikasının dəmyə torpaqlarında çobantoxmağının təmiz və qarışıq
səpinlərinin öyrənilməsi onun yay otlaqlarının bitki örtüyünə də yaxşı təsir etdiyini göstərir. O,
yonca və xaşa ilə qarışıq halda səpildikdə bitki örtüyü zənginləşir və məhsuldarlığı artır. Havalar
quraq keçdikdə dəmyə şəraitdə çobantoxmağının yerüstü hissəsi quruyur, yağıntı olduqda və
torpaqda normal rütubət yarandıqda yenidən göyərib yaşıl kütlə əmələ gətirir. Çobantoxmağı
suvarıldıqda bol məhsul verir. O, işığa tələbkardır, lakin kolların, ağacların altında və meşələrdə də
yaxşı inkişaf edir. Bu, çobantoxmağının işıq və kölgəsevən bitki olduğunu göstərir. Onun çoxillik
paxlalılarla qarışıq əkini torpağın strukturunu yaxşılaşdırır.
Avropanın hər yerində və Asiyanın bəzi ərazilərində 5 növü yayılmışdır. Azərbaycanda 3
növü vardır.
Həyatının birinci ili çobantoppuzu uzun yarpaqlı vegetativ gövdə əmələ gətirir. Həyatının
üçüncü ili tam inkişafına çatır. İyun ayında çiçəkləyir və toxumun yetişməsi iyulun əvvəlində başa
çatır.
Çoban toppuzu tez inkişaf edən və nəmlik sevən bitkidir. Yazda yüksək və keyfiyyətli yem
kütləsi verir. İlk yazda bütün bitkilərdən tez inkişafa başlayır ki, bu da körpə quzuların və ana
qoyunların otlaması üçün əlverişli şərait yaradır. Bundan əlavə, çobantoxmağı Azərbaycan
şəraitində qış fəsli öz yaşıl hissəsini itirmir. Bu da qış otlaqlarında mal-qaranın otarılması üçün
böyük əhəmiyyət kəsb edir. Torpağın strukturunu yaxşılaşdırır, münbitliyini bərpa edir (xüsusən
çoxillik paxlalı otlarla qarışıq əkdikdə), qışı sərt keçən dağlıq dəmyə bölgələr və quraqlıq ərazilər
üçün son dərəcə əhəmiyyətlidir. Qışadavamlılığı nisbətən yüksək, quraqlığa davamlılığı isə zəifdir.
Qurudulmuş düzən bataqlı torpaqlarda, eləcə də gilli və gillicəli torpaqlarda yaxşı bitir.
1 ton quru ot yaratmaq üçün çoban toppuzu torpaqdan 23-25 kq azot, 4-5 kq fosfor və 36-38
kq kalium elementi aparır. Xüsusən azot gübrəsinin verilməsinə daha tələbkardır.
Çoban toxmağı Orta Asiyada, Qafqazda, Ukraynada və Rusiyanın qaratorpaq olmayan
bölgələrində də yaxşı inkişaf edir.
Dostları ilə paylaş: