Bioloji xüsusiyyətləri. Çəmən pişikquyruğu uzun gün bitkisidir. Temperatura tələbkardır.
Toxumları 1-2
0
C temperaturda cücərməyə başlayır. Soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir.
Optimal temperatur 15-20
0
C–dir. Qışa və şaxtaya davamlılığı payızlıq taxıllar qədərdir. Yerüstü
kütlənin formalaşması üçün optimal temperaturun miqdarı 18-19
0
C
– dir.
Çəmən pişikquyruğunun hər bir kolunda üç cür cavan budaq olur. 1. Qısa vegetativ yarpaq
dəstələri, 2. Uzun vegetativ budaq (inkişaf etmiş budaqlar çiçəksizdir), 3. Generativ budaqlar
(budaq və çiçək qrupundan ibarətdir).
Bir kolda budaqların miqdarı 6 ədəddən 280 ədədə qədər olur. Çəmən pişikquyruğunun
kollanması yazda və yay-payız dövründə olur. Hər bir budaq generativ fazanı keçdikdən sonra
məhv olur. Yəni bir il yaşayır. Ona görə də çoxillik istifadə zamanı çəmən pişikquyruğunun
kütləsini torpaq səthindən 4 sm-dən aşağı olmadan biçilməsi zəruridir. Bu halda, qalan vegetativ
budaqlar yaxşı inkişaf edərək növbəti ildə tam qiymətli kol əmələ gətirirlər.
Çəmən pişikquyruğu nəmlik sevən bitkidir. 1 sentner quru kütlə yaratmaq üçün 500 sentnerə
qədər su buxarlandırır.
Yaxşı quru ot yaxud toxum məhsulu verərkən çəmən pişikquyruğu torpaqdan çoxlu miqdarda
qida elementləri, xüsusən azot və kalium aparır. 1 sentner quru otla torpaqdan 1,3-1,4 kq azot, 0,6-
0,8 kq fosfor, 1,9 –2,0 kq kalium elementi aparır. Toxumluq bitki isə 1 sentner toxum və ona
müvafiq yerüstü kütlə ilə torpaqdan 7 kq azot, 6,3 kq fosfor və 25-26 kq kalium elementi aparır.
Çəmən pişikquyruğu müxtəlif torpaqlarda becərilir, qumsal və duzlu torpaqlar yararlı hesab edilmir.
Növbəli əkində yeri. Adətən çəmən pişikquyruğunu yonca və üçyarpaqla bir yerdə qarışıq
səpirlər. Bəzən çoxillik paxlalı otlardan sonra da becərilir. Təmiz halda toxum məqsədi ilə
becərilir