Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə372/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   368   369   370   371   372   373   374   375   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

«sıfır» 
tipli bar budaqları da deyilir. Belə budaqda yalnız bir 
buğumarası əmələ gəlməklə, onun inkişafı dayanır və buğumarasınan sonundakı tumurcuq və yan 
tumurcuqlar meyvə üzvünə çevrilir. Adətən budaqların axırında 3-4 meyvə orqanı da əmələ gələ 
bilər. 
Rüşeym torpaqda kök atdıqdan sonra, ləpə yarpaqaltı dirsək torpaqda böyüyüb yay kimi 
əyilərək torpağa müqavimət göstərir, ləpəyarpaqaltı dirsək partlamış toxumun qılafını ləpə 
yarpaqları ilə birlikdə torpaq səthinə çıxarır. Böyrəkşəkilli ləpə yarpaqlarının vəzifəsi cavan 
cücərtini ehtiyat qida maddəsi ilə təmin etməkdir. Əsl yarpaqlar əsas gövdədə spiralvarı xətt üzrə 
növbə ilə əmələ gəlir. Pambığın yarpağı yarpaq ayasından, saplaqdan və saplağın əsasında yerləşən 
iki ədəd yarpaqaltlığından ibarətdir. Birinci 4-6 yarpaq bir-birinə yaxın, iki-iki yerləşir. 
İlk əmələ gələn yarpaqlar tamkənarlı, sonrakılar isə dilimli olur. Yarpaqda dilimlərin sayı 3-5 
bəzən 7-8-əqəd olur. Ayanın ümumi forması ürəkvarı, səthi hamar, rəngi isə açıq-yaşıl, yaşıl bəzən 
qırmızı yarpaqlı pambıqlar da olur. Yarpaqların alt və üst tərəfləri tükcüklərlə örtülü olur. 
Pambığın çiçəyi saplaqcıqdan, çiçək yanlığından, kasacıqdan, erkəkcik və dişicik 
orqanlarından ibarətdir. Çiçək qönçənin inkişafından əmələ gəlir. Qönçə əmələ gəldikdən 25-30 gün 
sonra çiçək açır. Çiçək iri, cəlbedici, iki cinsiyyətli və aktinomorfdur. Çiçəyin elementləri 5 dairədə 
yerləşir. 1-ci xarici dairədə 3 iri çiçəkyanlığı, 2-ci dairədə bir-biri ilə birləşmiş 5 kasacıq, 3-cü 
dairədə 5 ədəd sərbəst ləçək, 4-cü dairədə çoxlu sayda erkəkciklər, 5-ci dairədə isə dişicik yerləşir. 
Çiçəkyanlığı çiçək kasacığının alt tərəfini örtərək meyvənin qidalanmasında iştirak edir. Çiçəyin 
tacı açılmış çiçəklərdə qüfa bənzəyir. Pambıq öz-özünü tozlayan bitkidir. 
Kasacığın kənarları dişli və dalğavarı olmaqla, çiçək tacını alt tərəfdən bürüyür.
Ləçəkləri beş ədəd, tərsyumurtavarı, pazşəkilli, kənarı bir-birinin üzərinə yatmış vəziyyətdə, 
rəngi ağ, sarımtıl, tünd sarı, qırmızı olmaqla birrəngli yaxud alabəzəkdir. 
Ləçək yarpaqları bir-birinə sıx düzülərək, yumurtalığı aşağı tərəfdən bürüyürlər. Odur ki, 
pambıq çiçəyinin yumurtalığı yuxarı yumurtalıq adlanır. Çiçəyin dişiciyinin yumurtalığı 3-5, nadir 
hallarda 2 yaxud 6 yuvalı olur. Hər yuvada 7-11 ədəd toxum kisəsi yerləşir. Çiçəyin dişiciyi 3 
hissədən – ağızcıq, sütuncuq və yumurtalıqdan ibarətdir. Dişiciyin sütuncuğu uzundur, ağızcığı 
erkəkcik borusunun nəhayətindən xaricə çıxır. Erkəkcik borusu 5 cərgə düzülmüş, saplaqlı, 
ikiyuvalı toz kisələrindən və tozcuqlardan ibarətdir. Tozcuqlar nəzərə çarpmayacaq dərəcədə xırda, 
sarı rəngli və tikanlıdır.
Çiçəklərin açılması normal şəraitdə adətən səhər tezdən başlayır, həmin günün birinci 
yarısında da mayalanır. Axşama yaxın ləçəklər soluxmağa başlayır, ertəsi günü uzun və orta lifli 
sortlarda moruğu-qırmızı, zərif liflilərdə narıncı-sarı rəngə çevrilir və qıvrılır. Bir neçə gün 
keçdikdən sonra çiçəyin ləçəkləri (tacı) quruyaraq tökülür, yalnız yumurtalıq qalır. Mayalandıqdan 
sonra yumurtalıq böyüyərək qoza əmələ gətirir. 
Pambığın meyvəsi qozadır. O, inkişaf edir, yetişərək açılır. Qozalar yumurtavarı, konusvarı, 
yumru-yastı, kürəşəkilli və s. ola bilər. Qzanın diametri 5-6 sm, bir qozadan alınan xam pambığın 
kütləsi yabanı növlərdə 0,2-1,1 qr. mədəni növlərdə 3-12 qr. olur. Ortaliflilərdə isə 5-8 qr. arasında 
dəyişir. Qozanın yuvasında dilimlər vardır ki, onları bir-birindən arakəsmələr ayırır. Belə dilimlər 3, 
4, və 5 ədəd olur. Qozanın hər dilimində 5-11, orta hesabla bütün qozada isə 25-30 toxum olur. 
Qozanın inkişaf dövrü iki mərhələyə bölünür. 1-ci mərhələdə qozalar böyüyür, 2-ci mərhələdə 
də 25-30 günə qozaların içərisindəki liflər və çiyid tam yetişir 
Çiyid (toxum) - yumurtavarı və ya uzun olmayan armud formalı olub, eni və uzunu müxtəlif 
ölçüdə olur. Çiyid rüşeymdən və onu örtən iki qat pərdədən 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   368   369   370   371   372   373   374   375   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin