Botaniki təsviri. Pambıq
bitkisi
əmənköməncilər
(
Malvaceae )
ailəsinin
Gossypium cinsinə aiddir. Pambığın 35 növü
vardır onlardan 5-i mədənidir. Bitkinin boyu
90-130-180 sm-ə qədər olur.
Mil kök sistemi torpağın 1,5-2,0 metrə
qədər dərinliyinə işləyir. Sort və növdən asılı
olaraq kökün diametri 1,5-2,0 sm, bəzən 3
sm-ə də çatır. İlk birinci ayda kök sistemi çox
tez inkişaf edir. Torpağın 4-6 sm dərinliyində
mil kökün üzərində birinci dərəcəli yan
köklər əmələ gəlir və bunlar torpağın aşağı
qatına doğru işləyir. Birinci dərəcəli yan
köklərdən tədricən ikinci-üçüncü dərəcəli
köklər ayrılır. Qönçələmə fazasına qədər əsas
kök intensiv inkişaf edir, sonra isə yan köklər
inkişaf etməyə başlayır. Əsas kök birinci iki
həftədə orta hesabla sutkada 2-3 sm-ə qədər
artır. Kök kütləsinin əsas hissəsi torpağın 40-
50 sm dərinliyində yayılır. Kökün inkişafı
vegetasiyanın sonuna kimi davam edir, lakin
kütləvi çiçəkləmədən sonra böyüməsi və
fəaliyyəti zəifləyir.
Gövdə toxumun ləpələrinin arasında
yerləşən tumurcuğun böyüməsindən əmələ
gəlir. Kök sistemində olduğu kimi onun inkişafı pambığın növləri, sortları və becərilmə şəraiti ilə
əlaqədardır. Gövdəsi dikduran, möhkəm, tükcüklərlə örtülü, rəngi yaşıl yaxud qırmızımtıl, aşağı
hissəsi odunlaşmış olur. Vegetasiyanın sonunda gövdənin hündürlüyü orta müddətdə və tezyetişən
sortlarda 75-150 sm, gecyetişənlərdə 200 sm-ə qədər, diametri isə 2,0-2,5 sm və daha artıq olur. Hər
bir yarpaq qoltuğunda 2-3 tumurcuq olur.
Budaqları boy (monopodial) və bar (simpodial) budaqlarına ayrılır. Monopodial budaqlar
gövdənin aşağı hissəsindən iti bucaq altında ayrılaraq inkişaf edir. Düz xətt boyunca inkişaf edir və
simpodial budaqlardan güclü olur. Bar budaqları boy budaqlarından hündürdə yerləşir. Simpodial
budaqlar çiçək daşıyan, meyvə verən budaqlardır
Byğumaralarının sayına görə bar budaqları hədsiz və hədli tipə ayrılır. Üzərində birdən çox
dirsək və ya buğum əmələ gətirən budağa hədsiz tip, yalnız bircə buğum əmələ gətirən budağa isə
hədli tip deyilir.
Hədsiz simpodial budaqlar buğumaralarının uzunluğuna görə 4 qrupa bölünür.
I – buğumarası qısa 3-5 sm, II – buğumarası orta 6-15 sm, III – buğumarası uzun 16-25 sm,
IV – buğumarası daha uzun 25 sm və daha çox.
Şəkil 49. Adi pambıq
: 1,2 – bitki cücərti
və yetişmə fazasının sonunda; 3 – çiçək və
yarpaq; 4 – yetişməmiş meyvə (qoza);
5 – yetişmiş qoza; 6 – qərzək;
7 – lifli toxum; 8 – tüklu və tüksüz toxum.