48
qarışığı güclü inkişaf edir, əlbəttə onun məhsuldarlığı üçyarpağın təmiz səpinindəki məhsuldarlığına
nisbətən daha kiçik miqdarda aşağı enir.
Fosfor və kaliumla kifayət qədər təmin olunmayan orta turş torpaqlarda üçyarpaq tərəfindən
atmosfer azotunun simbiotik təsbit olunması fəallığı aşağı, məhsul isə orta və pis keyfiyyətli olur.
Bu cür şəraitlərdə yaxşı əhənglənmiş torpaqlara nisbətən üçyarpaq güclü seyrəkləşir və üçyarpaq-
pişikquyruğu qarışığı bu bitkilərin təmiz əkinlərinə nisbətən daha yüksək məhsul verir.
Zəif mədəniləşdirilmiş münbitliyi az olan torpaqlarda taxıl otları qarışığının komponenti
sığorta bitkisi kimi çıxış edir, məsələn, nə qədər ki, pişikquyruğu becərilmə şəraitinə daha az
tələbkardır və harada ki üçyarpaq pis inkişaf edir, orada qənaətbəxş məhsul verir. Eyni zamanda ot
qarışığında üçyarpağın mövcud olması taxıl otları komponentində (tərkib hissəsi) yemin
keyfiyyətini yaxşılaşdırır.
Çoxillik təcrübə göstərir ki, paxlalı-taxıl otları qarışığının məhsulu və yemin keyfiyyəti
komponent qarışığının tərkibindən asılıdır. Taxıl otlarının bəzi növləri paxlalılar komponentini
güclü surətdə boğurlar, nəticədə onun məhsuldarlığı və onunla birlikdə yemin keyfiyyəti aşağı enir.
Komponentləri uyğun gələn belə ot qarışığı daha çox məhsul verirlər.
Birgə əkinlər
– bu eyni tarlada bitkilərin cərgələrdə yaxud zolaqlarda növbə ilə iki və daha
çox bitki növlərinin əkilməsidir. Səpindən qabaq bitkilərin toxumları qarışdırılmır, lakin təkbətək
əkilir. Məsələn, qarğıdalı ilə soyanın birgə səpini zamanı bir aqreqatla qarğıdalı, digəri ilə soya
səpilir.
Birgə əkinlərin məqsədi qarışıq əkinlərdə olduğu kimi yemin keyfiyyətini yüksəltməkdən
ibarətdir.
Birgə
əkinlərin
qarışıq
əkinlərdən əsas üstünlüyü ondan ibarətdir ki, birinci gübrənin
verilməsi və əkinlərə qulluq işlərini fərqləndirməyə imkan verir. Məsələn, qarğıdalının soya ilə
zolaqlı üsulla birgə səpini zamanı qarğıdalı altına azot gübrəsi vermək olar, soyanı isə onsuz
səpmək lazımdır. Qarğıdalını qulluq işləri prosesində mineral azotla yemləndirmək olar, lakin
azotla yemləmə vermədən soyanın azotu müştərək təsbit etməsi qabiliyyətindən istifadə etməklə
onu yetişdirmək mümkündür. Alaqlara qarşı mübarizə məqsədilə qarğıdalı altına
triazn
qrupu,
ancaq soya altına isə
treflan
herbisidlərini tətbiq etmək olar. Bu bitkilərin qarışıq əkinlərində
göstərilən herbisidlərin tətbiq edilməsi qeyri mümkündür.
Toxumları müxtəlif irilikdə olan bitkilərin qarışıq əkinləri zaman məsələn soya ilə sorqo,
toxumluq yeşikdə (qutu) toxumun təmizlənməsi baş verir və səpin hamar (düz sıra) alınmır. Birgə
səpin zamanı isə bu çatışmazlıq aradan qaldırılır.
Birgə zolaqlı səpin zamanı bitkilərin bir-birinə neqativ təsirləri az olur, təxminən son dərəcə
bir-birini kölgələndirmir. Hətta, birnövlü təmiz əkinlərə nisbətən gövdələrinin hündürlüyü müxtəlif
olan bitkilərin əkini zamanı hündür gövdəli bitkilər daha yaxşı işıqlanırlar və bir bitkinin kütləsi
daha çox olur. Qısa gövdəli komponentlər bir qədər kölgələnmə hiss edirlər, ancaq onlar qarışıq
əkinlərə nisbətən olduqca zəif olurlar.
Dostları ilə paylaş: