Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K


Birinci və ikinci qrup dənli taxıl bitkilərinin fərqləndirici əlamətləri



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə80/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   76   77   78   79   80   81   82   83   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Birinci və ikinci qrup dənli taxıl bitkilərinin fərqləndirici əlamətləri.
Dənli taxıl bitkiləri 
morfoloji əlamətlərinə, bioloji xüsusiyyətlərinə və təsərrüfat əhəmiyyətlərinə görə iki qrupa 
bölünür.
Birinci qrup taxıllar Qırtıckimilər 
(Poaceae)
fəsiləsinə aid olub, buraya buğda, çovdar, arpa, 
vələmir, tritikale daxildirlər. Bu qrupun bitkiləri aşağıdakı əlamətlərlə xarakterizə olunurlar: çiçək 
qrupu sünbüldür, (vələmirdə süpürgədir), meyvəsi uzununa şırımlı dəndir, gövdəsi – adətən içiboş 
küləşdir, kök sistemi saçaqlıdır, toxum bir neçə kökcüklərlə cücərir. Bitkiləri yazlıq və 
payızlıqdırlar, istiliyə tələbatları az, lakin nəmliyə tələbkardırlar, uzun gün bitkilərinə aiddirlər.
İkinci qrup taxıllar da (qarğıdalı, sorqo, çəltik, darı) həmçinin Qırtıckimilər 
(Poaceae)
fəsiləsinə aiddirlər. Bu qrupa aid olan bitkilərin fərqli xüsusiyyətləri: çiçək qrupu süpürgədir 
(qarğıdalıda erkək çiçək qrupu süpürgədə, dişi isə qıcada yerləşir), gövdəsinin içərisi özəklə 
doludur, kök sistemi saçaqlıdır, dəni bir kökcüklə cücərir, meyvəsi şırımsız dəndir. Bitkilər yalnız 
yazlıq formalıdır, işığa və istiliyə nisbətən tələbkardırlar, quraqlığa davamlılıqları ilə fərqlənirlər 
(çəltik müstəsna olmaqla), qısa gün bitkilərinə aiddirlər.
Vegetasiya dövrünün uzunluğuna görə onlar vegetasiya dövrü qısa olan - 60-80 gün (arpa, 
darı və s.); orta - 90-110 gün (vələmir, yazlıq buğda və s.) və uzun 120-140 gün (qarğıdalı, çəltik 


95 
və s.) bitkilərinə bölünürlər. Vegetasiya dövrünün uzunluğuna torpaq-iqlim şəraiti, sort 
xüsusiyyətləri və digər faktorlar güclü təsir göstərir.
Dənli taxıl bitkiləri payızlıq, yazlıq və yazlıq-payızlıq formalara ayrılır. Payızlıqlar - bu 
taxıllar inkişaflarının başlanğıc dövründə yarovizasiya mərhələsini keçirmək üçün 20-50 gün 
müddətində alçaq -1 
0
C-dən +10 
0
C temperatur tələb edirlər. Ona görə də onları payızda davamlı 
şaxtaların düşməsinə 50-60 gün qalmış səpirlər, məhsul isə növbəti ili alınır. Yaz səpinində bitki 
adətən kollanır, gövdə və sünbül əmələ gətirmir. 
Yazlıq formalar yarovizasiya mərhələsini keçirmək üçün 7-20 gün ərzində daha yüksək 5-
20
0
C temperatur tələb edirlər, ona görə onları yazda səpirlər və həmin ili də məhsulu yığılır. 
Yazlıq-payızlıq formaların yarovizasiya mərhələsi 3-5 
0
C temperaturda keçir. Bu formaların 
sortları payız və yaz səpinlərində normal inkişaf edərək məhsul verirlər.
Dənli taxıl bitkilərinin yuxarıda göstərilən üç bioloji formalara bölünməsi şərtidir, lakin bu 
formalardan istifadə edilməsi istehsalatda böyük əhəmiyyət kəsb edir və yaz dövründə və yığım 
zamanı gərgin zəhmətin azalmasına imkan yaradır.
Cədvəl 37 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin