Toxumun səpinə hazırlanması. Yüksək keyfiyyətli toxum əldə etmək üçün fermer
təsərrüfatlarının ayrıca toxumluq sahəsi olmalıdır. Həmin sahədə becərmə texnologiyasının bütün
şərtlərinə əməl edilməklə optimal müddətdə və yüksək səviyyədə həyata keçirilməlidir. Məhsul
yığımı dövrü süpürgənin yuxarı hissəsinin toxumları ayrıca toplanmalıdır. Çünki yuxarı hissədə
olan dənlər nisbətən tez əmələ gəlir, daha sağlam və ehtiyat qida maddəsi ilə zəngin olurlar. Yaxşı
və keyfiyyətli çıxışlar almaq üçün iri toxumlar seçilməlidir. Toxumluq material toxumtəmizləyən
maşınlarda çeşidlənməlidir. Səpin üçün 1,7-2,0 mm iriliyində olan toxumlar seçilməlidir. Səpin
üçün götürülmüş toxumlar termiki üsulla 100 kq toxum 25 litr suda 28
0
C temperaturda iki sutka
saxlanılır və sonra qurudulur. Toxumlar havada qurudulduqdan sonra sürmə xəstəliyinə qarşı 1 ton
toxuma 1 kq hesabı ilə qranozan və merkurbenzolla dərmanlanır. Bu da məhsuldarlığı 10-15%
artırır. Zərərvericilərdən mühafizə məqsədilə 12%-li heksaxloran işlənilir. Aparılmış təcrübələrlə
müəyyən edilmişdir ki, darı toxumu səpinqabağı azotobakterin və fosforobakterinlə işləndikdə
məhsuldarlıq nisbətən yüksəlir.
Səpin müddəti, üsulu və norması. Faraş səpin zamanı
darının toxumları cücərməmiş halda
torpaqda qalır. Qıllıca və sair alaqlar cücərərək sahəni alaqlayır. Temperatur yüksəldikdə darı
toxumları cücərti verir, sahə alaqlı olduğundan cücərtilər zəif olur və yaxşı inkişaf edə bilmir, bəzən
də tamamilə məhv olurlar.
Torpağın əkin qatında temperatur 14-15
0
C olduqda aprel ayının ikinci yarısında səpin
aparılır. Gec aparılan səpinlər yaxşı nəticə vermir. Belə ki, bitkinin xüsusiyyətlərinə uyğun olaraq
inkişaf fazaları optimal şəraitdə keçmir.
Darının səpin üsulu müxtəlifdir. Onu gencərgəli (cərgəarası 45 sm), zolaqlı (cərgəarası 7,5
sm) zolaqarası 60 sm, adi cərgəvi (12-15 sm) və yuva üsulu səpinləri mövcuddur. Suvarılan
bölgələrdə geniş istifadə olunan səpin üsulu adi cərgəvi (cərgəarası 12-15 sm), dəmyə şəraitdə isə
gencərgəli cərgəarası 45 sm–dir.
Səpin norması toxumun iriliyindən, torpaq tipindən, səpin üsulundan və s. şərtlərdən asılı
olaraq dəyişir. Dəmyə şəraitdə gencərgəli üsulla səpin apardıqda hektara 1,5-2,0 milyon ədəd və ya
15-18 kq cücərmə qabiliyyətli toxum, suvarılan bölgələrdə başdan-başa adi cərgəvi üsulla (12-15
sm) səpin apardıqda hektara 2,5-3,0 milyon ədəd və ya 25 kq toxum götürmək lazımdır. Torpaqların
qranulometrik tərkibindən və toxumların iriliyindən asılı olaraq toxumları 2-5 sm dərinliyə
basdırmaq lazımdır.