Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə270/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   266   267   268   269   270   271   272   273   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Bioloji xüsusiyyətləri. 
Günəbaxan istilik, işıq, nəmlik və qida maddələrinə tələbkar bitkidir. 
Torpaqda temperatur 4-6 
0
C olduqda toxumlar cücərməyə başlayır. Bu temperaturda cücərtilər 20-
30 günə əmələ gəlir. 8-10 
0
C temperaturda cücərtilər 15-20 günə, 15-16 
0
C temperaturda 9-10 günə 
və 20 
0
C temperaturda isə 6-8 günə əmələ gəlirlər. Səpindən çıxışların alınmasına qədər fəal 
temperaturun cəmi 140-160 
0
C-yə bərabərdir. Torpağa səpilmiş günəbaxan toxumları qısa müddətli 
şaxtalara dözürlər. Odur ki, toxumları torpağa payızda və erkən yazda səpmək olar. Vegetasiyanın 
əvvəlindən çiçəkləməyə qədər havanın orta sutkalıq temperaturu 22 
0
C, çiçəkləmədən yetişməyə 
qədər isə 24-25 
0
C əlverişli hesab olunur. Aşağı temperatur isə bitkilərin vegetasiya müddətini 
uzadır. 30 
0
C-dən yuxarı temperatur günəbaxan bitkisinə öldürücü təsir göstərir. 
Nəmliyə tələbatı müxtəlifdir. Belə ki, günəbaxan cücərtilərin alınmasından çiçəklənmə 
dövrünə qədər suya az tələbkardır. Çiçəkləmə və dənə dolma dövründə günəbaxanın nəmliyə 
tələbatı çoxalır. Bu dövrdə nəmliyə tələbat vegetasiya ərzində ümumi tələbatın 75%-nı təşkil edir. 
Vegetasiya müddətində bir bitki 200 kq su sərf edir. Günəbaxanın transpirasiya əmsalı 470-570 
arasında dəyişir. 
Qranulometrik tərkibi yüngül olan münbit torpaqlarda günəbaxan yaxşı məhsul verir. Bataqlı, 
qumlu və turş torpaqlardan başqa qalan torpaqlarda yüksək aqrotexnika tətbiq etməklə 
günəbaxandan istənilən məhsul götürmək mümkündür. Qranulometrik tərkibi ağır olan və güclü 
şorlaşmış torpaqlarda günəbaxan becərmək mümkün deyil. Torpağın reaksiyası pH= 6,0-6,8-ə 
bərabər olmalıdır. 
Qida elementlərinə münasibətinə gəldikdə günəbaxan bəzi bitkilərə nisbətən bir ton dən üçün 
2,0-2,5 dəfə artıq qida maddələri tələb edir. 
Günəbaxan azot elementini əsasən səbət əmələ gəldikdə çiçəkləmənin sonuna qədər, fosforu 
çıxışlar alındıqdan çiçəklənməyə qədər, kaliumu isə səbətlərin əmələ gəlməsindən dənin 
yetişməsinə qədər tələb edir.
Toxum tam yetişdikdə demək olar ki, azot və fosforun əsas hissəsi dəndə toplanır. Kalium 
elementinin dəndə 10%-ı, qalan 90%-ı isə bitkinin vegetativ orqanlarında toplanır. 


245 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   266   267   268   269   270   271   272   273   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin