250
sahələri İndoneziya, Çin və Hindistandadır. Rusiyaya XIX əsrdə gətirilib. Ukrayna Zaqafqaziya və
Orta Asiya ölkələrində geniş becərilir. Məhsuldarlığı hektardan 15-18 sentnerə, suvarma şəraitində
isə 40-60 sentnerə çatır.
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Araxis birillik otvari bitkidir. Paxlalılar –
Fabaceae ailəsinin
15 növü müəyyən edilmişdir. Yalnız
Arachis hypogeae
adlanan növü becərilir.
Becərilən bu forma kolşəkilli və yerə səriləndir. Azərbaycanda kolşəkilli forma yayılmışdır. Onun
hündürlüyü 50-60 sm-ə çatır. Kökü torpağın 180-200 sm dərinliyinə, ətrafa isə 140 sm-ə qədər
yayılır.
Yarpağı cütlələkşəkillidir. Yarpaqlarının səthi mum təbəqəsi ilə örtülü olduğu üçün parıldayır.
Gövdəsi, budaqları, yarpaq saplağı və yarpaqaltlıqları alt tərəfdən tüklü olur.
Çiçəkləri
gövdənin aşağı hissəsindəki
yarpaq qoltuqlarında 2-2, 3-3 əmələ gəlir. Çiçəyi
qısa saplaqlıdır. Cücərtilərdən 30 gün sonra 1-ci
çiçək görünür. Torpağa daxil olan yeraltı çiçəklər
(kleystoqamiya) öz-özünü tozlayır. Yerüstü
çiçəklərdə çarpaz tozlanma mümkündür. Əsasən
öz-özünü tozlayandır. Vegetasiya müddətində 1
bitkidə 2000-ə qədər çiçək əmələ gəlir.
Mayalandıqdan sonra çiçəyin saplağı – kinofor
uzanmağa başlayır, 6-cı gün aşağıya doğru sərt
dönüş edərək öz ucunda mayalanmış yumurtalığı
aşağı aparır. Kinofor torpağa çatdıqda torpağa
daxil olur və yumurtalığın sonrakı inkişafı orada
gedir və paxla əmələ gəlir.
Araxisin meyvəsi çatlamayan paxladır. Paxla
silindrik və ya barama formasında olur. Səthi torlu
və uzununa damarlı olur. Paxlada 1-2 ədəd bəzən
çox toxum olur. Toxumları yuvarlaq, zəif oval
formalı, uzunluğu 1,0-1,8 sm, eni 0,8-1,0 sm,
qalınlığı 0,5-1,0 sm olur. Mütləq kütləsi 200-400
və 300-800 qram arasında dəyişir.
Araxis istilik, işıq və nəmlik sevən bitkidir.
Toxumlar 12
0
C temperaturda cücərməyə başlayır.
Cücərtilər –1
0
C şaxtalarda məhv olur. Bitkinin
inkişafı üçün optimal temperatur 25-28
0
C-dir. 12
0
C-dən aşağı temperaturda meyvə əmələ gəlmir.
Suya ən çox çiçəkləmə fazasının başlanğıcından
paxlaların əmələ gəlməsinə qədər tələbkardır. Bu dövrdə nəmliyin çatışmaması çiçəkləməni
dayandırır, meyvə əmələ gəlməsi azalır və məhsuldarlıq aşağı düşür.
Araxis şoran və bataqlı torpaqları sevmir. Vegetasiya müddəti 120-160 gündür.
Dostları ilə paylaş: