Məhsulun yığılması. Payızda temperatur 12
0
C-dən aşağı düşdükdə məhsul yığımına
başlanılır. Yığım vaxtı paxlaların yaxşı dolması, nüvələrin bərkliyi, paxlanın səthində gözə çarpan
torun olması və paxlanın sarı rəng almasıdır. Məhsul AP -70 markalı yerfındığı yığan maşınla
toplanır.
Yığılmış paxla 40
0
C-də 5-7 sm qatda sərilib qurudulmalıdır. Paxladan və torpaqdan
təmizlənmiş toxumlarda nəmlik 8%-dən çox olmamalıdır.
Yerüstü kütləni (bəlim) tayaya vuraraq yem kimi istifadə etmək məsləhətdir.
21.1.4. Gənəgərçək Əhəmiyyəti. Gənəgərçək yüksək yağlı bitkilərdəndir. Dəninin (toxum) tərkibində 45-59%
qurumayan yağ var. Qurumayan gənəgərçək yağının
yod ədədi 82-86-ya bərabərdir. Toxumun
tərkibində zəhərli maddə, ritsin var. Toksiki təsiri az olan ritsinin alkaloidi də vardır. İsti üsulla
alınmış gənəgərçək yağından gön-dəri, toxuculuq, lak-boyaq, sabunbişirmədə və sənayenin digər
sahələrində istifadə olunur. Soyuq üsulla alınmış yağdan (kostorovoe) tibidə istifadə olunur. Bu
üsulla alınmış yağda zəhərli maddələrin hissəcikləri olmur.
Gənəgərçək jmıxından kazein kleyi alınır. Tərkibində 7,5% azot olduğundan gübrə kimi
istifadə olunur. Jmıxın hər sentnerində 92 yem vahidi var. Tərkibində zəhərli maddə olduğundan
heyvandarlıqda yem kimi istifadə olunmur.
Yayılması və məhsuldarlığı. Gənəgərçək Afrika mənşəlidir. Bu bitki qədimdən Misirdə
becərilmiş və oradan Asiya, Amerika və Avropaya yayılmışdır.
Yer kürəsində 1,5 mlyon hektardan çox əkin sahəsi mövcuddur. Ən çox Hindistan və
Braziliyada (500 min/ha) nisbətən Argentina, İtaliya, Rumıniya, Ukrayna, Macarıstan və
Bolqarıstanda becərilir. Rusiyada Şimali Qafqaz ərazisində, Rostov vilayətində də əkin sahələri
mövcuddur. Məhsuldarlığı hektardan 8-10, ayrı-ayrı təsərrüfatlarda isə 15-20 sentnerə çatır.