257
(carthamus tinctorius)
ancaq birillikdir qışlayan formaları da var. Quruluşuna görə digər yağlı
bitkilərdən fərqlənir, ancaq inkişafına görə günəbaxana oxşardır. Gövdəsi 50-100 sm
hündürlüyündə, müxtəlif dərəcədə budaqlanan, tüksüz parlaq yaşılımtıl ağ rənglidir.
Yarpaqları lanset, oval-lanset, yaxud ellips formalı oturaq (saplaqsız), tüksüz sərt, dairəvi,
kənarı tikanli, yaxud hamar, nəhayəti sivriləşmiş kimidir. Gövdənin yuxarısına doğru getdikcə
kiçilir. Ən yuxarıdakı yarpaqlar daha kəskin kiçilərək çiçək qrupunun (səbətin) xarici örtüyünə
çevrilir.
Çiçək qrupu başcıq formalı çoxçiçəkli, 1,5-4,0 sm diametrli səbətdir. Bir bitkidə 50-yə qədər
səbət, bir səbətdə 30-150 toxum əmələ gəlir. Səbəti xaricdən əhatə edən qabıqların kənarı tikanlı,
yaxud hamar, daxildəkilər tikansızdır.
Saflorun çiçəklərinin hamısı eyni quruluşa malik boruşəkillidir. Çiçəyin tacı beşdilimli, ağ,
narıncı və qırmızı rənglidir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı biryuvalı, uzun sütuncuqludr.
Əsasən çarpaz tozlanır. Çarpaz tozlanması külək və həşəratlar vasitəsi ilə gedir.
Meyvəsi uzunsov-dördüzlü, əsasına doğru
kəskin nazilən, biryuvalı, uzununa zərif qabırğalı,
parlaq və ağ rəngli toxumdur. 1000 ədəd toxumun
kütləsi 40-50 qramdır. Tumun ümumi kütləsinin
50-60%-ni qabıq təşkil edir.
Saflor istilik sevən, quraqlığa davamlı qısa
gün bitkisidir. Quru kontinental iqlimə yaxşı
uyğunlaşıb. Saflor istiliyə çiçəkləmə və yetişmə
fazasında xüsusən tələbkardır. Bununla yanaşı
onun cücərtiləri -5-6
0
C-yə qədər şaxtalara dözür.
Nəmli və dumanlı hava şəraitində çiçəklər pis
mayalanır, səbətlər isə çürüyür.
Saflor torpağa tələbkar deyil. O hətta şoran
torpaqlarda bitə bilər. Münbit torpaqlarda
becərilərkən onun məhsuldarlığı əhəmiyyətli
dərəcəd yüksəlir.
Dostları ilə paylaş: