Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə288/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   284   285   286   287   288   289   290   291   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

21.1.8. Saflor
Əhəmiyyəti, becərilməsi və məhsuldarlığı.
Saflor quraqlıq rayonlarda günəbaxanı əvəz edən 
yağlı bitkidir. Toxumlarında 25-32% açıq-sarı rəngli dad keyfiyyətinə görə günəbaxandan geri 
qalmayan yarım quruyan yağ vardır. Yağı bilavasitə ərzaq üçün və marqarin hazırlanmasında 
istifadə olunur.
Saflorun cecəsi acıtəhərdir, lakin az miqdarda heyvanları yemləməyə yararlıdır. 100 kq 
cecəsində 55 yem vahidi vardır. Onu çox hallarda gübrə yaxud da yanacaq kimi istifadə edirlər. 
Saflorun toxumu quşlar üçün yaxşı yemdir.
Saflor çox qədim dövrlərdən Hindistanda, Misirdə, Əfqanıstanda, Orta Asiya və 
Zaqafqaziyada məlum olmuş, ondan yağlıq və süpürgəsinin ləçəklərində boyayıcı maddə 
kartamin
olan boyaq bitkisi kimi istifadə edilmişdir. Müasir dövrdə saflor yalnız yağ almaq məqsədi üçün 
becərilir. Onun toxum məhsuldarlığı hektardan 10-12 sentnerdir. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Saflor – 
Carthamus tinctorius L. 
– birillik otvarı 
bitkidir, mürəkkəbçiçəklilər 
Asteraceae (compositae)
– ailəsinə mənsubdur. Birillik, ikiillik və 
çoxillik olmaqla 19 növü əhatə edir. Növlərindən 18 yabanı biri mədənidir. Mədəni saflor 


257 
(carthamus tinctorius)
ancaq birillikdir qışlayan formaları da var. Quruluşuna görə digər yağlı 
bitkilərdən fərqlənir, ancaq inkişafına görə günəbaxana oxşardır. Gövdəsi 50-100 sm 
hündürlüyündə, müxtəlif dərəcədə budaqlanan, tüksüz parlaq yaşılımtıl ağ rənglidir. 
Yarpaqları lanset, oval-lanset, yaxud ellips formalı oturaq (saplaqsız), tüksüz sərt, dairəvi, 
kənarı tikanli, yaxud hamar, nəhayəti sivriləşmiş kimidir. Gövdənin yuxarısına doğru getdikcə 
kiçilir. Ən yuxarıdakı yarpaqlar daha kəskin kiçilərək çiçək qrupunun (səbətin) xarici örtüyünə 
çevrilir. 
Çiçək qrupu başcıq formalı çoxçiçəkli, 1,5-4,0 sm diametrli səbətdir. Bir bitkidə 50-yə qədər 
səbət, bir səbətdə 30-150 toxum əmələ gəlir. Səbəti xaricdən əhatə edən qabıqların kənarı tikanlı, 
yaxud hamar, daxildəkilər tikansızdır.
Saflorun çiçəklərinin hamısı eyni quruluşa malik boruşəkillidir. Çiçəyin tacı beşdilimli, ağ, 
narıncı və qırmızı rənglidir. Erkəkciyi beşdir. Dişiciyinin yumurtalığı biryuvalı, uzun sütuncuqludr. 
Əsasən çarpaz tozlanır. Çarpaz tozlanması külək və həşəratlar vasitəsi ilə gedir.
Meyvəsi uzunsov-dördüzlü, əsasına doğru 
kəskin nazilən, biryuvalı, uzununa zərif qabırğalı, 
parlaq və ağ rəngli toxumdur. 1000 ədəd toxumun 
kütləsi 40-50 qramdır. Tumun ümumi kütləsinin 
50-60%-ni qabıq təşkil edir.
Saflor istilik sevən, quraqlığa davamlı qısa 
gün bitkisidir. Quru kontinental iqlimə yaxşı 
uyğunlaşıb. Saflor istiliyə çiçəkləmə və yetişmə 
fazasında xüsusən tələbkardır. Bununla yanaşı 
onun cücərtiləri -5-6 
0
C-yə qədər şaxtalara dözür. 
Nəmli və dumanlı hava şəraitində çiçəklər pis 
mayalanır, səbətlər isə çürüyür.
Saflor torpağa tələbkar deyil. O hətta şoran 
torpaqlarda bitə bilər. Münbit torpaqlarda 
becərilərkən onun məhsuldarlığı əhəmiyyətli 
dərəcəd yüksəlir. 

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin