Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə291/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   287   288   289   290   291   292   293   294   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

 
21.1.10. Perilla 
Əhəmiyyəti, yayılması və məhsuldarlığı.
Perillanın toxumlarının tərkibində sənayenin bir 
çox sahələrində istifadə (avtomobil, gəmiqayırma, elektrotexnika və s.) olunan 40-45% tez qurumaq 
qabiliyyətinə malik qiymətli texniki yağ var. Perilla yağı lak-boyaq istehsalında xüsusi əhəmiyyətə 
malikdir ki, ondan parıltılı elastiki örtük əmələ gətirən yüksək keyfiyyətli lak və boyaq alınır.
Perilla cecəsi heyvandarlıq üçün konsentratlı yemdir. Perillanın Şərqi və Cənubi-Şərqi 
Asiyada bir neçə növü, Rusiyada 2 növü becərilir. Çində, Yaponiyada və Koreyada yağlı, efiryağlı 
və salat bitkisi kimi, Rusiyada və ABŞ-da dekorativ bitki kimi becərilir. 
Toxum məhsuldarlığı hektardan 10-12 sentnerdir. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri.
Perilla – dodaqçiçəklilər – 
Labiatae
fəsiləsindən 
Perilla frutescens Brit. (Perilla ocymoides L.)
birillik bitki cinsidir. 


259 
Perillanın kökü 1 metr və ondan da dərinə işləyir. Gövdəsi dikdayanan, budaqlanan, 
hündürlüyü 1,0-1,5 metrdir. Yarpaqları uzun saplaqlı, geniş yumurtavarı, qıraqları diş-diş yaşıl və 
ya tünd-qırmızı rənglidir. Xırda ağ çiçəkləri yarpaq qoltuğunda yerləşir. Öz-özünü tozlayan bitkidir, 
lakin onda həşəratlar vasitəsilə çarpaz tozlanma da müşahidə olunur. Meyvəsi tor qişası ilə örtülü 4 
xırda dəyirmi formalı fındıqçadan ibarətdir. Yetişdikdə limon iysi verir. 1000 ədədinin kütləsi 2-3,5 
qramdır. 
Yetişdirilmə şəraitinə kifayət qədər tələbkardır. Toxumlar 7-8 
0
C temperaturda cücərməyə 
başlayır, lakin 10-12 
0
C–də cücərtilər tez alınır. Cücərtilər yüngül şaxtalara (1-2
0
) dözə bilirlər, 
lakin yaşlı bitkilər payızda belə aşağı temperatura pis dözürlər. Çiçəkləmə dövründə və toxum 
dolarkən yüksək temperaturun olması çiçəklərin tökülməsinə və məhsuldarlığın aşağı olmasına 
səbəb olur. 
Perilla nəmlik sevən bitkidir, çiçəkləmə fazasında nəmliyə tələbatı bir balaca artır. 
Bu bitkinin inkişafı üçün qısa gün və aşağı intensivlikli işıqlanma əlverişlidir. Onun üçün 
strukturlu qara torpaqlar və çaylar vadisi boyu su gətirmiş torpaqlar yaxşı hesab olunur.
Vegetasiyanın əvvəlində perilla budaqlanmaya qədər zəif inkişaf edir, lakin sonradan onun 
boyatması sürətlənir. Onun vegetasiya müddəti 120-150 gündür.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   287   288   289   290   291   292   293   294   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin