259
Perillanın kökü 1 metr və ondan da dərinə işləyir. Gövdəsi dikdayanan, budaqlanan,
hündürlüyü 1,0-1,5 metrdir. Yarpaqları uzun saplaqlı, geniş yumurtavarı, qıraqları diş-diş yaşıl və
ya tünd-qırmızı rənglidir. Xırda ağ çiçəkləri yarpaq qoltuğunda yerləşir. Öz-özünü tozlayan bitkidir,
lakin onda həşəratlar vasitəsilə çarpaz tozlanma da müşahidə olunur. Meyvəsi tor qişası ilə örtülü 4
xırda dəyirmi formalı fındıqçadan ibarətdir. Yetişdikdə limon iysi verir. 1000 ədədinin kütləsi 2-3,5
qramdır.
Yetişdirilmə şəraitinə kifayət qədər tələbkardır. Toxumlar 7-8
0
C temperaturda cücərməyə
başlayır, lakin 10-12
0
C–də cücərtilər tez alınır. Cücərtilər yüngül şaxtalara (1-2
0
) dözə bilirlər,
lakin yaşlı bitkilər payızda belə aşağı temperatura pis dözürlər. Çiçəkləmə dövründə və toxum
dolarkən yüksək temperaturun olması çiçəklərin tökülməsinə və məhsuldarlığın aşağı olmasına
səbəb olur.
Perilla nəmlik sevən bitkidir, çiçəkləmə fazasında nəmliyə tələbatı bir balaca artır.
Bu bitkinin inkişafı üçün qısa gün və aşağı intensivlikli işıqlanma əlverişlidir. Onun üçün
strukturlu qara torpaqlar və çaylar vadisi boyu su gətirmiş torpaqlar yaxşı hesab olunur.
Vegetasiyanın əvvəlində perilla budaqlanmaya qədər zəif inkişaf edir, lakin sonradan onun
boyatması sürətlənir. Onun vegetasiya müddəti 120-150 gündür.
Dostları ilə paylaş: