Q. Y. MƏMMƏdov m. M. İSmayilov b I t k I Ç İ L i K



Yüklə 7,47 Mb.
Pdf görüntüsü
səhifə293/418
tarix05.12.2023
ölçüsü7,47 Mb.
#138344
1   ...   289   290   291   292   293   294   295   296   ...   418
05 08 2021 12 21 57 119 7828561 Bitkiçilik = 2012

Becərilmə texnologiyası.
Növbəli əkində lallemantiya payızlıq buğda və başdan-başa 
becərilən bitkilərdən sonra yerləşdirilir. Lallemantiyanın özü qısa vegetasiya müddətinə malik 
olduğundan payızlıqlar üçün yaxşı sələfdir.
Lallemantiya mineral gübrələrin (NPK hektara 45 kq.) verilməsinə tələbkardır. 
Torpağın becərilməsi dənli taxıl bitkilərindən sonra əvvəlcə üzləmənin aparılması və payız 
şumunun qaldırılması, erkən yazda malalama və səpinqabağı kultivasiyanın malalama ilə birlikdə 
aparılmasından ibarətdir. 
Səpindən əvvəl lallemantiyanın toxumları 65%-li fenturamla hər 100 kq toxuma 300 qram 
hesabı ilə dərmanlanır. 
Lallemantiya erkən səpilir, səpin adi cərgəvi yaxud gencərgəli üsulla, cərgəarası 45 sm 
olmaqla aparılır. Səpin norması müvafiq olaraq hektara 18-20 və 8-10 kq-dır. Toxumun basdırılma 
dərinliyi 2-3 sm-dir. 
Əkinlərə qulluq cücərtilər əmələ gəldikdə malalamadan və gencərgəli əkinlərdə 3-4 dəfə cərgə 
aralarının becərilməsindən ibarətdir. 
Lallemantiya gövdənin aşağı hissəsindəki çiçək köbəsindəki toxumlar tünd rəng aldıqdı 
yığılır. Ən yaxşı yığım üsulu təchiz edilmiş kombaynla aşağıdan biçməkdir. 
Saxlama müddətində lallemantiya toxumlarının nəmliyi 10%-dən artıq olmamalıdır. 
21.2. Efiryağlı bitkilər
Efiryağlı bitkilərin toxumlarında, çiçəklərində, yarpaqlarında, budaqları və digər orqanlarında 
uçucu aromatik maddələr saxlayan - tərkibi müxtəlif üzvi birləşmələr: sulu karbonlar, spirtlər
fenollar, efirlər, aldehidlər, ketonlar və üzvi turşular
 
olan 
efir yağı
 
vardır. 
Efir yağlarının əksəriyyətinə bitkilərdə sərbəst halda rast gəlinir. Onların miqdarı müxtəlif 
bitki növlərində çox böyük intervalda, 0,001% - dən 22%-ə qədərdir. Elə bitki növü ola bilər ki, efir 
yağının miqdarı və tərkibi əhəmiyyətsiz olsun. Bu başlıca olaraq becərilən bölgədən, bitkinin 
yaşında, inkişaf fazasından və digər şərtlərdən asılı ola bilər. Müəyyən edilmişdir ki, soyuq və 
rütubətli şəraitə nisbətən quru və isti hava şəraitində bitkilərdə efir yağı daha çox toplanır. Bitkidə 
efir yağının miqdarı daha çox çiçəkləmə və yetişmə dövründə olur.
 
Efir yağı istehsal etmək üçün becərilən bir qrup bitkilərə efiryağlı bitkilər deyilir. Bunların 
tərkibində müxtəlif kimyəvi tərkibə malik uçucu ətirli (aromatik) maddələr – efirlər, fenollar, 
spirtlər, sulu karbonlar, turşular vardır. Bitkinin toxumlarında, çiçəklərində, yarpaqlarında, 
budaqlarında və digər orqanlarında olan bu yağların miqdarı yüzdə bir faizdən 5-7%-ə qədərdir. 
Efiryağlı bitkilərə cirə, zəncəfil (imbir), zirə, nanə, razyana və s. aiddir. 
Efir yağları yeyinti, tibbi və ətriyyat sənayesində istifadə olunur. Meyvə və toxumların emal 
tullantıları heyvandarlıq üçün yem mənbəyidir.

Yüklə 7,47 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   418




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin